"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…

24 Noyabr 2015 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap
Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…

MTN generalları Bakı torpaqlarını necə yağmalayıb; icra başçılarının Eldar Mahmudova və MTN-in yüksək çinli məmurlarına hədiyyə etdiyi torpaq sahələrinin, obyektlərin siyahısı “Yeni Müsavat”da

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Vəkil Ramiz Zeynalov “Yeni Müsavat” qəzetinə irihəcmli bir müraciət yollayıb. Prezident İlham Əliyevə, habelə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ünvanlanan müraciətdə MTN rəhbərliyi, orada təmsil olunan nazirlərin mal varlıqları ilə bağlı ilginc faktlar var. 
R.Zeynalov bildirir ki, aşağıda oxuyacaqlarınız onun uzunmüddətli araşdırmalarının nəticəsidir və yazdıqlarına görə də cavabdehlik daşıyır. Vəkil müraciətini belə başlayır ki, icra başçıları torpaq sahələrini MTN-in sabiq rəhbəri  və onun quldur dəstəsinə, “Azİmport” MMC-nin əsl sahibi və şərikləri Azər Əsgərova, onun erməni əsilli  qohumu Rəşad Məmmədov və sonuncunun atası Rəfayel Lətif oğlu Məmmədovun adına niyə və necə bagışlayıb?
Vəkil yazıb ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülaga İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd  olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. Vəkil müraciətinə Mərdəkan Dendrarisinin tarixi, əhəmiyyəti, ordakı bitki aləmi barədə ensiklopedik məlumatları da əlavə edib.  Bu məlumatlardan biri kimi Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-nun bu bağda yerləşdirilməsi da qeyd olunub: “…Dövlət mülkiyyəti barədə anlayışı belə  olmayan başçı G.İslamov prezident İlham Əliyevin  iqtisadi məsələlər üzrə  köməkçisi olan Əli Əsədovun təkidi  ilə Dendrari parkının 2 hektar və ona bitişik Kurortlatlar Şurasına məxsus ”Abşeron sanatoriyası”nın 3 hektar torpaq sahələrini (cəmi 5 hektar) ata malı kimi  hələ Şüvəlan gülcülük sovxozunun direktoru  işlədiyi dövrdən dostluq etdiyi, aylıq haqq verdiyi Eldar Mahmudova ev tikmək üçün qanunazidd sərəncamla verib. Əli Əsədov  Xəzər rayonu, dənizkənarı park və Bakıda abadlıq işlərinin icra edilməsi üçün büdcə və ARDNŞ-in ayırdığı  vəsaitin oğurlanmış hissəsi hesabına təcili olaraq  sahibi olduğu “Azİmport” MMC vasitəsilə sahəni  hasara alıb. Eldar Mahmudov  həmin torpaq sahəsində 4 mərtəbəli, hər mərtəbəsi təxminən 1000 kv.metr,  damında vertolyot meydançası  olan mülk və arxası Xəzər Rayon Polis İdarəsinin inzibati binasına baxan, uzunluğu təxminən 100 metr olan 2 mərtəbəli damı bağlanmış ikinci bir mülk inşa edib. Üstü vertolyot meydançası olan 4 mərtəbəli mülkün inşası hələ tamamlanmayıb və hazırda dayandırılıb”.
 
 
R.Zeynalov icra başçısının E.Mahmudova jestlərinin bununla yekunlaşmadığını yazıb və iri bir siyahını da müraciətinə əlavə edib: 
1. 2007-ci ildə E.Mahmudovun sahibi oldugu “Kaspian Petrol ” firmasına  Pirallahı qəsəbəsində yerləşən Olimpiya  kompleksinin yanında, Əli Əsədov tərəfindən hasara alınmış 10 hektar  torpaq sahəsi;
2. 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi  Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və  İHB Gülaga İslamov tərəfindən  Eldar  Mahmudova hədiyyə edilib;
3. 2013-cü ildə aeroport şossesində yerləşən  “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir.
4. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizaga Murtuzayevə  məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən,  ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS)  qanunsuz olaraq ƏMDK-nın sədr müavini Rafiq Cəlilov və komitənin əməkdaşı Yusif Qəmbərov  tərəfindən sahibi və əmək kollektivinin xəbəri olmadan, razılıqları belə alınmadan gizli, Xəzər RİHB Gülaga İslamovun sərəncamı ilə E.Mahmudova verilib. Həmin YDS ətrafında olan  2( iki) hektar torpaq sahəsi  ilə birlikdə sonuncunun adına özəlləşdirilib. Əli Əsədov isə həmin torpaq sahəsini hasara alaraq, yanındakı Yaşar Babayevə məxsus “ABU” yanacaqdoldurma stansiyasını abadlıq adı ilə sahibinə kompensasiya ödəmədən söküb. Gələcəkdə öz adına  özəlləşdirmək üçün  həmin torpaq sahəsinin  ona  və  sahibi olduğu “Azimport” MMC-nin təsiscisi Azər Əsgərova ayrılması barədə Xəzərin başçısı G.İslamov sərəncam verib, özü ilə Azər Əsgərovun adına həmin sahədə altı zirzəmili mağazalar inşa etdirib. Əzizaga Murtuzayev və Yaşar Babayevin hüquqları tapdalanıb, onlara  halallıq belə verilməyib.
5. 2015-in may ayında “ Azİmport” MMC-nin sahiblərindən biri, Bayraq meydanının rəisi olmuş Rəşad Məmmədov DİN əməkdaşları tərəfindən həbs edildikdən dərhal sonra Akif Çovdarov  quldur dəstəsi ilə birlikdə  Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan  5 milyon manat rüşvət alıb.
Zavod və dənizin içində körpü..
. 
R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb.
Zirə qəsəbəsi:
Musa Süleymanov
1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində – qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki “TV Musa ləqəbli” Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb.
A.Covdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.
R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən  2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan  nardaranlı Həsən  Ağayev, 2011- 2014-ün noyabrına qədər  Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunan  soyadı  məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı  Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə  və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.
Müraciət aşağıdakı iddialarla davam edir: “Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ”Avtomobilist” pioner düşərgəsinin arxasında yerləşən  2 hektar torpaq sahəsi  olan  uşaq bağçası qanunsuz olaraq  ƏMDK-nın sədr müavini Rafiq Cəlilov tərəfindən özəlləşdirilib və  3 yerə bölünərək-MTN-in Antiterror Mərkəzinin rəhbəri general Teymur Quliyev, onun müavini Elçin Əliyev və hazırda MTN-in Binəqədi rayon şöbəsinin rəisi Rafiq adlı şəxsin mülkiyyətinə verilib. Görəsən, onları Rafiq Cəlilovla hansı tellər bağlayır?”
Vəkilin siyahısında digər ilginc faktlar da var. R.Zeynalov yazıb ki,   Mərdəkan qəsəbəsinin girəcəyinin  solunda hazırda  “Embavood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiteror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib, ƏMDK-nın müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb.
Siyahıda Şağan qəsəbəsindəki obyekt də yer alıb.
 
1. Olimpiya kompleksinin yanında  inşa edilən “Xan Çinar” restoranı icra başçısı G.İslamov tərəfindən MTN-in qadın generalının  oğlu Eldara hədiyyə edilib. Tikintinin torpaq sahəsi əvvəl Xəzər RİH-in ərazi idarəetmə şöbəsinin rəisi  İbrahim Mustafayevin  qaynının adına sənədləşdirib.  Restoran  İH Türkan  qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev  tərəfindən inşa edilib.
R.Zeynalov yazıb ki, Türkan qəsəbəsi üzrə  İH nümayəndəsi Rahil Babayev də bu “hədiyyəvermə” əməliyyatında iştirak edib. Belə ki, o, MTN-in 2004-cü ildən bu günə qədər Xəzər rayon şöbəsinin rəisləri işləmiş aşagıdakı şəxslərə qanunsuz olaraq qəsəbə ərazisindən G.İslamovun göstərişi ilə  torpaq sahələri ayırıb:
1. Həsən Ağayevə – 50 sot, Rafiqə-24 sot, hazırkı  Fərhad adlı rəisə 36 sot.
2. 2004-2011-ci illərdə MTN-in Xəzər rayon şöbəsinin rəisi,  E.Mahmudovun  yaxın adamı,  hazırda təqaüddə olan nardaranlı Həsən Ağayevin tələbi üzrə şöbənin bütün əməkdaşlarının hər birinə sənədsiz  10 sot torpaq sahəsi verilib və hasarlanıb.
Müraciətdəki iddialar bununla bitmir. Vəkil yazır ki, Xəzər RİH başçısı olmuş İ. Fərəcovun 10 may 1994-cü il  tarixli, 407/15 nömrəli sərəncamı ilə o vaxt Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 11,mənzil 33-də yaşayan, hazırda  Bakı şəhəri, Ə. Əzimzadə küçəsi ev 5, mənzil 11-də qeydiyyatı olan  müharibə iştirakçısı Abbasov Anar Elman oğluna Mərdəkan qəsəbəsi 5/256 №  sahədə fərdi ev tikmək üçün 1200 kv metr torpaq sahəsi ayrılıb. 1995-ci ildə icra başçısı təyin edilmiş G.İslamov həmin sahəni zəbt edib, Abbasova həmin yerdə ev tikməyə icazə, sərəncam verməyib. İH-in təsərrüfat şöbəsinin rəisi MTN-çi Akif Çovdarovun yaxını olan  Elşən Salahov vasitəsilə  həmin torpaq sahəsi alış-veriş üçün  sərfəli olduğundan – Mərdəkan qəsəbəsinə giriş yolunun solunda “Santral elektrik” mağazasının yanında yerləşməsi  ilə əlaqədar sənədləri saxtalaşdırılıb. 2015-ci ilin sentyabr ayında isə artıq təqaüddə olan  Həsən Ağayevə 2008-ci il tarixli saxta sərəncamla 200  min manata satıblar. H.Agayev  sahəni təcili  hasarlamağa başlasa da, MTN-dəki həbslər və A. Abbasovun 21.09. 2015-ci il tarixli  Xəzər RPİ-yə ərizəsi əsasında aparılmış yoxlama nəticəsində  sahədə tikinti işlərini dayandırılıb.
Vəkil MTN-dəki digər kadrlara verilən hədiyyələri də sıralayıb.  R.Zeynalov yazıb ki, 2014-cü ildən MTN Xəzər şöbəsinin rəisi olan Fərhad adlı şəxs sabiq nazirin ən yaxın adamlarından biri olmaqla, əvvəl Şəki şöbəsinin rəisi olub. A.Çovdarovun təklifi ilə Xəzər şöbəsinə təyin edilib. Onu icra hakimiyyəti başçısı G.İslamovla tanış edən, yaxınlaşdıran Xəzər rayon Ağsaqqallar Şurasının sədri A.Çovdarovun ən yaxın adamlarından biri olan Hacı Rövşən Salahovdur: “Onun oğlu Salahov Elşən Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə Akif Çovdarov tərəfindən təyin edilib və onun kadrı olmaqla rayon ərazisində bahalı ev və torpaq  alqı-satqıları və sair hallar barədə ona məlumat verib. Akif Çovdarovun quldurluqla həmin şəxslərdən aldığı pulun bir hissəsi onun da payına düşüb. Elşən Salahov əvvəllər ”Standart KB”də işləyib, atası Hacı Rövşən Akif Çovdarovun rayon üzrə pul yığanıdır”.
Müraciətin sonrakı hissəsində isə Zirə qəsəbəsindəki kabel zavodunun arxasından Akif Çovdarova 20 hektar torpaq sahəsi ayrılıb, həmin torpaq sahəsində general Covdarovun  keçi ferması fəaliyyət göstərir:“”Aktava” aviaşirkətinin adına, faktiki Akif Covdarova 34 hektar torpaq sahəsi ayrılıb. Xəzər rayon İHB 836 nömrəli, verilmə tarixi saxtalaşdırılmış 30.12.2005-ci il tarixli sərəncamı ilə Buzovna- Şüvəlan yolunun sağında 3 hektar torpaq sahəsi Rəşadın atası  Məmmədov Rəfail Lətif oğluna verilib. Həmin torpaq sahəsi 10 hektardan ibarət olmaqla, Hafiz Məmmədova məxsus “Baglan LTD”yə məxsusdur və Gülaga İslamov qanunsuz olaraq həmin torpaq sahəsinin 3 hektarını Rəfayel Məmmədovun adına köhnə saxta sərəncamla verib. Həmin yolun üstündə  keçmiş “Sahil” stansiyasında 50 sot torpaq sahəsi Çovdarovun adına  ƏMDK sədr müavini Cəlilov tərəfindən orada mağaza olmaya- olmaya özəlləşdirilib”.
Siyahıda Əli Abbasovun da adı var 
 
Müraciətdə daha sonra Dübəndi bağlar sahəsi də yer alır. Siyahıya diqqət:
1. MTN generalı Hilal Əsədova – 10 hektar torpaq; hasar bələdiyyə sədri Firuz Rzayevin hesabına inşa edilib.
2. Zirə-Pirallahı yolunun sağında Vidadi Zeynalova və Xəzər rayon telefon qovşagının rəisi  Cavidə  8 hektar torpaq sahəsi; parniklər salınıb.
Siyahıda xeyli ilginc adlar var:
1.1999- 2000-ci il tarixli  saxta sərəncamla A.Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan- Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib: ərazi Rabitə naziri Əli Abbasov, Vidadi Zeynalov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov arasında bölünüb.
R.Zeynalovun müraciəti “Azİmport” MMC-nin əməkdaşları və sahiblərinə verilən hədiyyələrin siyahısı ilə yekunlaşır.
1. Qala Zeytun Bağlarının sahəsindən – Rəşad Məmmədovun atası Məmmədov Rəfael Lətif oğlunun adına 3  və 8 hektar torpaq sahəsi.
2. Qala qəsəbəsi 4 yol ərazisində Rəşad Məmmədov və Azər Əskərova 10 hektar torpaq sahəsi ayrılıb. Həmin sahədə 4 mülk inşa edilib. Rəşad, Azər, Əli Əsədov və “Azimport” MMC-nin iş icracısı Fazil ücün.
 
Adıçəkilən şəxsləri və onların hüquqi nümayəndələrinin mövqeyini işıqlandırmağa hazırıq. 
Previous Post

Akif Çovdarovun keçi ferması, MTN məmurlarının zavodları, restoranları…

Next Post

Azərbaycanda sələfilərin biznesi

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Azərbaycanda sələfilərin biznesi

Azərbaycanda sələfilərin biznesi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.