"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: “Boykot çağırışları daha çox bazarlıq niyyəti daşıyır” – MÜSAHİBƏ

15 Avqust 2015 - 13:39
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

 

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

76b48e9134768fe096ca13777e1468ecBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

– Partiyada seçkiyə hazırlığınız necə gedir? Seçkidə iştirak etmək barədə qərar vermisiniz?

 

– Əlbəttə, qərar vermişik. Biz, ümumiyyətlə, birləşdirici qurultay keçirəndən qərar vermişik ki, bütün seçkilərdə siyasi partiya iştirak eləməlidir. Yalnız öz namizədlərimizlə çıxış etməyimiz vacib deyil. Partiyalardan ibarət blokda da iştirak edə bilərik. Amma bütün hallarda siyasi partiya seçkilərdə iştirak etməlidir.

 

Seçkilər platformanı daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Parlament seçkiləri ilə bağlı namizədlərimiz 80 dairədə müəyyənləşib, iş davam edir. İdarə Heyətində qərar qəbul olunacaq. Sonra təbliğat kampaniyasına start verilməsini gözləyəcəyik və öz platformamızı çap edib yayacağıq.

 

–Partiyanızın  üzvü olmayan, lakin cəmiyyətdə tanınmış şəxslərin namizədliyini dəstəkləmək planınız var?

 

– Bəli. Hakim partiya istisna olmaqla bitərəflərin və digər müxalif partiyaların namizədlərini dəstəkləyə bilərik. Məsələn, hansısa dairədə öz namizədimiz olmayacaqsa, bizimlə əməkdaşlıq edən digər partiyanın namizədini dəstəkləyəcəyik, daha şanslı namizədin xeyrinə öz namizədimizi geri də çəkə bilərik. Bu, əlbəttə seçki prosesində məlum olacaq.

 

– Azərbaycanda seçkilərlə bağlı artıq “boykot” çağırışını səsləndirənlər də var. Onlar hesab edir ki, seçkilərdə iştirak etməyin əhəmiyyəti yoxdur. Buna münasibətiniz necədir ?

 

– Azərbaycanda seçkilər majoritar sistemlə keçirilir, amma biz proporsional seçki sisteminin tərəfdarıyıq. Bəzi partiyalar bilirlər ki, seçkilərdə heç bir uğur qazanmaq şansları yoxdur, ona görə də indidən seçkiləri “boykot” edəcəklərini bəyan edirlər. Bu yolla hakimiyyətlə hansısa bazarlığa gedə biləcəklərini düşünürlər. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə hansısa dairədən iqtidarın öz namizədi ilə çıxış etməməsinə nail olub, parlamentdə təmsil olunmalarına şərait yaradılmasını istəyirlər. Hesab edirəm ki, bu “boykot” çağırışları daha çox bazarlıq niyyəti daşıyır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bir müddət əvvəl keçən seçki ilə bağlı açıqlamasında bildirmişdi ki, bəzi beynəlxalq təşkilatlar onunla görüşündə həmin partiyaların belə istəyini çatdırıblar. Amma təcrübə göstərir ki, Azərbaycan siyasi mühitində “boykot” heç vaxt özünü doğrultmayıb, heç bir təsir imkanına malik olmayıb.

 

– Bu seçkidə Milli Məclisin palitrasının dəyişməsini gözləyirsinizmi? Ümumiyyətlə, ciddi dəyişikliyə ehtiyac olduğunu düşünürsünüzmü?

 

– Mən hesab edirəm ki, seçkidən seçkiyə Milli Məclisin işgüzarlığı, daha hazırlıq parlamentin formalaşması zəruridir. Ona görə ki, dünyada rəqabət getdikcə güclənir. Parlament həm də hakimiyyətin bir qolu kimi ölkəni dünyada təmsil edir. Bu baxımdan parlamentdə hazırlıqlı adamların olması tələb olunur. Milli Məclisçoxlu beynəlxalq təşkilatlarda təmsil olunur, ora çox hazırlıqlı adamları göndərmək lazımdır. Ona görə də çox ümid edirəm ki, növbəti parlamentimiz indikindən də güclü olacaq. Seçiciləri də indidən çağırıram ki, onlar namizədlərə səs verərkən parlament üzvlərinə “asfalt çəkən”, “su borusu təmir etdirən” şəxs kimi baxmasınlar. Onları səs verdikləri millət vəkilinin parlamentdə seçicinin rifahının yaxşılaşdıracaq qanunların qəbulunda, beynəlxalq təşkilatlarda ölkəni təmsil etmə qabiliyyətini nəzərə alsınlar.

 

Bundan başqa, seçicilər iqtidardan razı olsalar belə, ölkənin problemlərinin birinin də müxalifətin zəif olması ilə bağlılığını nəzərə almalıdırlar. Bu seçkilərdə müxalifətə, layiqli müxalifətə səs verəcəklərinə ümid edirəm. Bu isə parlament idarə olunmasında müxalifətin iştirakı demək olacaq. İndiki parlamentdə nəinki vitse-spiker, komitə sədri, hətta komitə sədrinin müavini səviyyəsində də müxalifət təmsil olunmur.  Çox təəssüf ki, Azərbaycan parlamenti Cənubi Qafqazda fraksiyası olmayan yeganə parlamentdi.  Düşünürəm ki, bu seçkidə olacaq dəyişikliklər bizim parlamentin imicinin dəyişməsinə də imkan verəcək.

 

Eyni zamanda parlamentə yeni üzlərin, xüsusilə hazırlıqlı gənclərin gəlməsinə ehtiyac var. Ölkədə bir neçə bu cür hazırlıqlı qəzet redaktoru, agentlik direktoru, qeyri-hökumət təşkilatının təmsilçisi var ki, onlar parlamenti layiqincə təmsil edəcək hazırlıqlı şəxslərdir. Məncə, seçicilərimiz də bu seçimlərində dünyada ölkəmizi layiqincə təmsil edə biləcək belə şəxslərə üstünlük verməlidirlər. Reallığı deyək, elə media rəhbərləri var ki, onlar bəzi siyasətçilərdən çox hazırlıqlıdırlar. Ad çəkmək istəmirəm, amma ümumiyyətlə qəzet oxumayan, medianı izləməyən partiya sədrləri, funksionerləri var. Media rəhbərləri, QHT təmsilçiləri isə işləri tələb etdiyi üçün informasiyalıdırlar, beynəlxalq tədbirlərdə tez-tez təmsil olunurlar və uğurlu millət vəkili kimi də fəaliyyət göstərə bilərlər.

 

Burda xüsusilə mən bir məsələyə də toxunmaq istəyirəm. Parlamentə seçiləcək, xüsusilə beynəlxalq təşkilatlarda təmsil olunacaq şəxslərin xarici dil bilmələri əlbəttə yaxşı olar. Amma məncə bu əsas məsələ olmamaqdır. Mən NATO PA-nın iclaslarında iştirak edirəm. Avropanın bir çox ölkələrinin nümayəndə heyətləri belə özləri ilə tərcüməçi gətirirlər. Əsas məsələ xarici dildə danışmaq deyil, nəyi, necə danışdığını bilməkdir.

 

 

– Proqnozunuz necədir? Neçə faiz dəyişiklik gözləyirsiniz parlamentdə?

 

– Mən həmişə nikbin yanaşıram. Bu dəfə də seçkilərdə ciddi dəyişikliklər gözləyirəm. Parlamentinin yarısının dəyişəcəyini gözləyirəm.

 

– ATƏT-in seçkiqabağı müşahidə missiyası artıq Azərbaycandadır. Sizin də onlarla görüşünüz olub. Sizcə, Beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in bu seçkiyə münasibəti necə olacaq?

 

– Mən eynilə ATƏT təmsilçiləri ilə görüşdə də dedim ki, Azərbaycanda ATƏT və ədalət anlayışlarının bir yerdə səslənməsi insanlar təəccüblənir. Ona görə ki, bizim 20 faiz torpaqlarımız Ermənistan tərəfdən işğal olunub, 1 milyondan artıq qaçqınımız var, bu problemin həlli ilə məşğul olan ATƏT  hələ də işğalçıya öz adını deməyib, ədalətli mövqe ortaya qoymayıb. İşğal faktına bu müddət ərzindəATƏT yalnız seyrçi olub.

 

Buna baxmayaraq,  siyasi institut olaraq ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə etməsi vacib məsələdir. ATƏT ölkədə qiymətləndirmə apararkən onu da nəzərə almalıdır ki, Azərbaycan qərb strukturlarına inteqrasiya edib, amma Şərq mentalitetinin daşıyıcısıdır. Bu gün Şərq ölkələrində, keçmiş sovet ölkələrində baş verənlər Azərbaycan xalqını da narahat edir, çəkindirir. ATƏTseçki qiymətləndirməsini gələcək əməkdaşlığa zərər vurmadan aparmalıdır.

 

ATƏT-ə iqtidarla müxalifətin zəif olmasının səbəbləri barədə müzakirələr aparmağı təklif etdim. Məsələn, ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına ehtiyac var. Bu çoxpartiyalı sistemin inkişafına təkan verə bilər. İqtidarla belə qlobal məsələlərin müzakirə olunmasına ehtiyac var.

 

O ki qaldı beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin dəyişməsinə, buna inamım azdır. Bunun əsas səbəbi Ermənistanın bizim torpaqlarımızı işğal etməsi və o beynəlxalq təşkilatların, onlara himayədarlıq edən ölkələrin də Ermənistanla eyni din həmrəyliyindən çıxış etməsi, bəzi hallarda ayrı-ayrı təşkilatların, siyasətçilərin isə erməni diasporundan asılı vəziyyətdə olmasıdır. Onlar “insan hüquqları” adı altında Azərbaycana təzyiq etmək istəyirlər. Ona görə də Azərbaycana nə vaxtsa Ermənistandan yaxşı qiymət verəcəklərini düşünmürəm. Amma bu qətiyyən Azərbaycanın Qərblə əməkdaşlığı kəsməli olması anlamına gəlməməlidir. Əksinə, biz işləməliyik. Qərb ölkələrinin ictimaiyyətinə onların siyasətçilərinin erməni diasporunun təsirində olması barədə həqiqətləri çatdırmalıyıq. Eyni zamanda diasporu gücləndirməliyik.

 

– İqtidarla müxalifət arasında bir ara intensiv dialoqlar keçirilirdi. Seçkiqabağı belə bir dialoq ola bilərmi?

 

– Mən bu dialoqun davam etməsini çox istəyərdim. Seçki qabağı belə görüşün keçirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu görüş bizə seçkiləri qarşılıqlı anlaşma şəraitində keçirməyə təkan verəcək.

Previous Post

Qüdrət Həsənquliyev: “Boykot çağırışları daha çox bazarlıq niyyəti daşıyır” – MÜSAHİBƏ

Next Post

Piramidanın altında göl tapılıb

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Piramidanın altında göl tapılıb

Ermənilər Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər - VİDEO

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.