"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Ermənistanı xofda saxlayan Bakı görüşləri

15 İyun 2015 - 09:10
in SİYASƏT
FacebookVatsap

Ermənistanı xofda saxlayan Bakı görüşləri

Bunu da oxuyun

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Qafqazın “olimpiya şəhəri”ndən düşmənə soyuq mesajlar; Putin, Ərdoğan və Əliyev tərəfdaşlığın daha yüksəyə qaldırıla biləcəyinin anonsunu verdilər; 24 apreldən sonra Rusiya və Türkiyə liderlərinin məhz Azərbaycanda bir araya gəlməsi işğalçı ölkəyə başqa bir bəd müjdə oldu; “Avropa Oyunlarından sonra Qarabağda situasiya dəyişə bilər…”

İşğalçı Ermənistan Rusiyanın Azərbaycan və Türkiyə ilə əlaqələrindən həmişə əndişələnib. Bu əndişə əsassız deyil, təbii ki. İrəvan ehtiyat edir ki, günün birində Moskva-Bakı-Ankara “üçbucağı” və ortaq anlaşma çərçivəsində Qarabağla bağlı onun maraqlarına zidd qərar verilər. Yaxud Kreml Qərblə geosiyasi və iqtisadi rəqabətin hansısa mərhələsində forpost Ermənistanı “xərcləyər”, Azərbaycanın öz ərazilərini hərb yolu ilə azad etməsinə Türkiyənin də xahişini nəzərə almaqla, göz yummağa razılaşar.

 
Hər necə olmasa, Rusiya prezidenti Vladimir Putinin I Avropa Yay Oyunlarının açılış mərasiminə qatılmaq üçün Bakıya gəlməsi, üstəlik 24 apreldə İrəvandan fərqli olaraq gecəni də Azərbaycan paytaxtında keçirməsi təkcə saxta soyqırım yubileyinə qatılmaqdan dolayı rəsmi Bakının könlünü almaq jesti deyildi, hər şeydən öncə şimal qonşumuzun ölkəmizlə əlaqələrə verdiyi önəmin təzahürü idi.
*    *    *
 
Vladimir Putinin Bakıda iyunun 13-də azərbaycanlı həmkarı ilə görüşü bunu bir daha təsdiqlədi. Xəbər verildiyi kimi, Kreml başçısı görüş zamanı ölkəsinin Azərbaycanın əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu xüsusi vurğulayıb.
Sitat: “Mən dövlətlərarası əlaqələrimizin xarakteri və səviyyəsi haqda sizin dəyərləndirmənizi bölüşürəm. İqtisadiyyatdakı bütün çətinliklərə baxmayaraq ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 12%, bu ilin ilk rübündə isə 6% artıb”. 
Rusiya prezidenti əlavə edib ki, əməkdaşlıq nə qədər çox inkişaf etsə, bir o qədər yaxşıdır və Rusiya bunda maraqlıdır. “Moskva və Bakı çox səylər göstərir ki, ikitərəfli əlaqələri şaxələndirsinlər. Bundan ötrü bütün zəmin və əsaslar var”, – deyə Putin qeyd edib.
Öz növbəsində İlham Əliyev Avropa Oyunlarının açılış mərasiminə qatıldığı üçün Putinə minnətdarlıq edib və iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. “Bu, gələcəyə daha böyük optimizmlə baxmağa imkan verir. Ölkələrimiz arasında əlaqələr çox pozitiv, dinamik inkişaf edir və ildən-ilə biz blankanı daha yüksəyə qaldırırıq. İki ölkənin liderləri müntəzəm görüşür, nazirlikləri arasında aktiv dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir. Humanitar əməkdaşlıq isə əlaqələrimizdə həmişəki kimi ən nümunəvidir” – bildirib Azərbaycan prezidenti.
***
Düşmən ölkə üçün Bakı ilə bağlı başqa bir xoşagəlməz müjdə 24 apreldən sonra Putinin ilk dəfə və məhz Azərbaycanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gəlməsi hesab edilə bilər. Məlum olduğu kimi, iki lider arasında danışıqlar qapalı rejimdə keçirilib. Lakin görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi müzakirələrin nə dərəcədə aktuallıq kəsb etdiyini ortaya qoyur.
Məsələn, Rusiya tərəfdən müzakirələrdə prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un başçısı Aleksey Miller iştirak ediblər. Danışıqların yekunu barədə detallı bilgi verilməsə də, iştirakçıların ranqlarından görünür ki, müzakirələr əsasən “Türk axını” qaz kəməri layihəsinin aqibətindən, Türkiyədə tikiləcək AES-lərdən, ümumən regionun iki böyük dövləti arasında iqtisadi, energetik, ümumən strateji tərəfdaşlıq əlaqələrinin 24 apreldə dayanmış yerdən davam etdirilməsinin zəruriliyi ətrafında olub.
Bundan əlavə, prezident Putin qardaş ölkənin bölgədəki vazkeçilməz roluna işarə edərək Ərdoğana kompliment də deyib. Türkiyə prezidentinin açılış mərasiminə Avropa liderlərindən heç kimin gəlməməsi ilə bağlı gileyinə Rusiya dövlət başçısı belə reaksiya verib ki, “Türkiyə Avropa Birliyi üzvlüyünə namizəd olduğu üçün elə Bakıda bütün Avropa Birliyini təmsil edib”.
Bu, əslində Ermənistanla yanaşı, Avropa Birliyinə də Türkiyənin dəyərini hesaba almağın zəruriliyi ilə bağlı bir mesaj idi. Onu da qeyd edək ki, Putin Ərdoğanla məhz türkiyəli həmkarının qaldığı oteldə görüşüb. Bu da qardaş ölkənin önəmi ilə bağlı verilən başqa bir mesajdır.
***
Doğrudur, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Qarabağ tematikasının, Avrasiya Birliyinə Azərbaycanın mümkün üzvlüyünün hansı səviyyədə müzakirə olunduğu haqda dəqiq informasiya yoxdur. Ancaq Kremlin mətbuat katibi Dmitri Peskov Putinlə Əliyevin çox pozitiv danışıqlar apardıqlarını söyləyib. “Rusiya və Azərbaycan prezidentlərinin Bakı görüşü çox pozitiv keçdi, ikitərəfli əlaqələrin bütün kompleksi və beynəlxalq məsələlər müzakirə edildi. Prezident səfərini çox xoş təəssüratlarla başa vurdu” – deyib o.
Mətbuat katibinin sözlərinə görə, iki prezidentin görüşü bir neçə formatda keçib: “Əvvəlcə XİN başçıları və xarici siyasət köməkçiləri səviyyəsində görüş oldu. Sonra isə danışıqlar nümayəndə heyətləri səviyyəsində davam etdirildi. Nəhayət, prezidentlərin ikitərəfli görüşü reallaşdı”.
Daha sonra Putinin Ərdoğanla görüşünə toxunan mətbuat katibi Rusiya və Türkiyə liderlərinin iki ölkə arasında mal dövriyyəsinin 100 milyard dollara çatdırmaqla bağlı strateji hədəflərini təsdiqlədiklərini qeyd ediblər.
“Prezidentlər həmçinin, ”Türk axını”nı, Ukraynadakı vəziyyət də daxil, beynəlxalq məsələləri müzakirə ediblər, iqtisadi-ticari münasibətlər də daxil olmaqla, ikitərəfli əlaqələrin bütün spektrinə dair fikir mübadiləsi aparıblar. Münasibətlərdə bütövlükdə pozitiv dinamika olduğu vurğulanıb. Ətraflı şəkildə AES tikintisi müzakirə edilib. Eyni zamanda mövcud problemlərin altı da cızılıb” – əlavə edib o.
***
Bütün hallarda Kreml başçısının Bakıda Əliyev və Ərdoğanla quruca təmaslarının özü Ermənistanın narahatlığı üçün yetərlidir. Çünki İrəvan Rusiyanın Türkiyə və Azərbaycanla münasibətlərinin soyuq olmasında maraqlıdır və bu üç ölkənin hər hansı formatda, səviyyədə yaxınlaşmasından ciddi şəkildə təlaşlanır – ilk növbədə də Qarabağa görə.
Bu arada rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer Avropa Oyunlarından sonra Qarabağ zonasında vəziyyətin dəyişə biləcəyini söyləyib. Onun ehtimalına görə, Oyunlar bitəndən sonra təmas xəttində situasiya dəyişə bilər. Musavat.com-un məlumatına görə, bu barədə o, erməni nəşrinə müsahibəsində deyib.
Yada salaq ki, az öncə bəzi rusiyalı ekspertlər İrəvana səfər çərçivəsində bildirmişdilər ki, Avropa Oyunlarından sonra “Bakının əl-qolu açılacaq və Minsk Qrupunun fəaliyyətindən narazı olduğu üçün o, geniş miqyaslı hərbi əməliyyatlara başlayacaq”.
“Mən gərginliyin artacağını düşünməyə meyilliyəm. Ola bilsin, bu, əvvəlki dönəmlə müqayisədə daha intensiv xarakter alsın. Ancaq bunun bütün cəbhə xətti boyu yayılacağı inandırıcı görünmür. Belə genişmiqyaslı əməliyyatlar üçün ilk növbədə hazırlıq işləri aparılmalı, qüvvələr səfərbər edilməli, müvafiq qüvvələr təmas xətti boyu yerləşdirilməlidir. Hələ ki, bu hərəkətlər yoxdur. Üstəlik də belə hərəkətləri gizlətmək də mümkün deyil. Bununla belə, ciddi hərbi qarşıdurmalar mümkündür” – vurğulayıb hərbi analitik.
***
Maraqlıdır ki, Avropa Oyunlarından sonra müharibənin mümkünlüyü barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Bakı və İrəvana son səfəri çərçivəsində bildirmişdi. Nəticəsiz sülh danışıqlarından bezən Azərbaycanın Avropa Yay Oyunlarından sonra bir neçə rayonu azad etməyə başlaya biləcəyinin mümkünlüyünü həmçinin də yerli ekspertlər (Elxan Şahinoğlu) dilə gətirmişdi – bir şərtlə ki, Rusiya məsələyə qarışmasın, neytrallıq göstərsin. 
Bəs Bakı bu neytrallıqla bağlı Putindən təminat ala bildimi və aldısa, o zaman nəyin qarşılığında? Suallara cavabları, yəqin ki, çox gözləməli olmayacağıq. 
Previous Post

Ermənistanı xofda saxlayan Bakı görüşləri

Next Post

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənəd qəbulu dayandırılıb

Bənzər yazılar

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40

ABŞ Prezidenti Donald Tramp immiqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib. Elchi.az bu barədə xarici mediaya...

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb. Bu barədə Elchi.az-a...

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

31 İyul 2026 - 18:55

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında...

Next Post

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənəd qəbulu dayandırılıb

Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənəd qəbulu dayandırılıb

Son xəbərlər

Britaniyada quraqlıq kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub

Britaniyada quraqlıq kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub

01 Avqust 2026 - 18:27
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb

UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb

01 Avqust 2026 - 18:14
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb

İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb

01 Avqust 2026 - 17:26
​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

01 Avqust 2026 - 16:35
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 16:30
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

01 Avqust 2026 - 15:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

01 Avqust 2026 - 14:46
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.