"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev: “Polemikadan sonra Ermənistan təmsilçiləri susdular” -FOTO

27 May 2015 - 11:33
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

“BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü həm partiya, həm də ölkəmiz üçün önəmli hadisədir”

“Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists – AECR) üzvlüyünə namizədliyi qəbul olundu. Bununla bağlı qərar Alyansın Böyük Britaniyada keçirilən illik toplantısında verildi”

 

APA-nın məlumatına görə, bunu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AMİA) Londonda keçirilmiş illik konqresində iştirak etmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

 

Q. Həsənquliyev bildirib ki, Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Alyans Avropa siyasi partiyalarının ən böyük və nüfuzlu ittifaqlarından biridir.

 

O qeyd edib ki, Alyansa üzv olmaq üçün ötən ilin yaz aylarında müraciət ediblər: ” Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nizamnaməsinə əsasən, üzvlüklə bağlı məsələlərə qurumun illik toplantısında baxılır. Bu məqsədlə, Alyansın Böyük Britaniyada keçirilən ali yığıncağına dəvət almışdım. Xatırladım ki, bizdən xeyli öncə Alyansının üzvlüyünə namizəd olmaq üçün müraciət edən çoxlu sayda partiya  olsa da, budəfəki toplantıda yalnız 3 partiyanın – Azərbaycandan BAXCP-nin, Slovakiyadan Azadlıq və Həmrəylik, İtaliyadan isə Mühafizəkarlar və İslahatçılar partiyalarının müraciətlərinə baxıldı”.

 

 

Q. Həsənquliyev deyib ki, Ermənistan nümayəndələri BAXCP-nin üzvlüyə namizəd kimi qəbul olunmasına mane olmağa cəhd ediblər: ” BAXCP-nin təqdimatından sonra müxtəlif məsələlərlə, o cümlədən bu il keçiriləcək parlament seçkiləri ilə bağlı mənə ünvanlanan sualları cavablandırdım. Bu zaman Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Naira Zoqrabyan söz alaraq, “siyasi məhbusların olduğu ölkəni təmsil edən bir partiyanın Alyansa üzvlüyünün quruma heç bir müsbət divident gətirməyəcəyini” vurğuladı. Qalmaqalları ilə Azərbaycanda da yaxşı tanınan erməni deputatın sualdan daha çox mövqe ifadəsinə bənzəyən fikirlərinin cavabında bildirdim ki, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları barədə danışmağa, ümumiyyətlə, mənəvi haqqı çatmır. Naira Zoqrabyana burada Azərbaycanın müxalifət partiyasını təmsil etdiyimi xatırlatdım. Qeyd etdim ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da insan haqları ilə bağlı problemlər var. BAXCP dəfələrlə Azərbaycan hökumətinə bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi motivlərlə həbs olunduqları iddia olunan, haqlarında məhkəmə hökmü olan şəxslərin əfv edilməsi, digərlərinin isə haqlarında həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə müraciətlər edib. Lakin bütün hallarda, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları ilə bağlı Azərbaycandakı vəziyyət haqqında danışması ağlasığmazdır. Azərbaycanda Ermənistanda olduğu kimi fərqli siyasi xətt götürən şəxsləri – ölkə parlamentinin sədrini, baş naziri başqalarına da dərs olun deyə, xof yaratmaq üçün ictimaiyyətin gözü qarşısında, canlı yayımda edam etmirlər. Yaxud seçkilərin nəticələrinə etiraz edənləri güllələmirlər. Bütün bunlar sübuta yetirir ki, Ermənistan təmsilçiləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə sussalar, daha yaxşı olar. Çünki onların ölkəsində fərqli düşünən insanlar fiziki cəhətdən məhz edilir”.

 

 

Q. Həsənquliyev həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və nəticədə 1 milyon insanın öz evlərindən didərgin düşməsi barədə də danışıb.

 

 

“Bu polemikadan sonra Ermənistan təmsilçiləri susdular və partiyanın üzvlüyə namizədliyi səsə qoyulanda heç bir etiraz etmədilər. Sonradan məlumat aldım ki, Ermənistan təmsilçiləri ilə bu barədə öncədən müzakirə aparılıb və onlara deyilib ki, Azərbaycanı təmsil edən bu və ya digər siyasi partiyaya qarşı əsaslı iddiaları olmadıqları üçün etirazları qeyri-səmimi təsir bağışlayacaq. Beləliklə BAXCP-nin Alyansın üzvlüyünə namizədliyi səsə qoyuldu və qərar yekdilliklə qəbul olundu” deyə, partiya sədri bildirib.

 

 

Onun sözlərinə görə, partiyanın Alyansa üzvlük məsələsinə isə noyabrın 14-də Tunisdə keçiriləcək toplantıda baxılacaq. 6 ay sınaq müddətində isə Alyansın təmsilçiləri Bakıya gələcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaqlar.

 

Q. Həsənquliyev qeyd edib ki, Alyansda 16 Avropa ölkəsi ilə yanaşı Avstraliya, Kanada, Mərakeş, Yeni Zelandiya və ABŞ-ı təmsil edən partiyalar Alyansın tərəfdaşlarıdır. Böyük Britaniyada keçirilən toplantıda ABŞ-ın Respublikaçılar Partiyasını 2 senator təmsil edib: “Cənubi Qafqaz regionundan isə yalnız Azərbaycan bu qurumda təmsil olunmurdu. “Çiçəklənən Ermənistan” və Gürcüstanın Xristian Demokratik Xalq Partiyası Alyansın üzvləridir. Bu qurumda kifayət qədər nüfuzlu, öz ölkələrinin ictimai rəyinə təsir göstərməyi bacaran, o cümlədən hakim partiyalar təmsil olunur. Qardaş Türkiyənin hakim partiyası da Alyansın üzvüdür. Bütün bunlar isə deməyə əsas verir ki, BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçlar Alyansına üzvlüyü partiyanın beynəlxalq əlaqələrinin genişlənməsinə, təcrübə qazanmasına, Azərbaycanla bağlı həqiqətlərin geniş təsir imkanları olan bir auditoriyaya çatdırılmasına imkan yaradacaq, partiyamızın və bütövlükdə çoxpartiyalı sistemin inkişafına təkan verəcək. Azərbaycanla bağlı aparıla biləcək hər hansı bir kampaniyanın qarşılığının verilməsinə zəmin yaradacaq. Bu baxımdan, BAXCP-nin Alyansa üzvlüyü həm partiya, həm də ölkəmiz üçün önəmli hadisədir”.

Previous Post

Qüdrət Həsənquliyev: “Polemikadan sonra Ermənistan təmsilçiləri susdular” -FOTO

Next Post

Putin: “Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir ”

Bənzər yazılar

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək. Elchi.az xəbər verir ki,...

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

İlon Maskın yarım milyardlıq uğursuz seçki mərcı

04 Noyabr 2026 - 16:45

İlon Maskın bəxti gətirmədi. O, respublikaçıları dəstəkləmək üçün təxminən yarım milyard dollar xərclədi, lakin onlar ABŞ-dəki seçkilərdə məğlub oldular. Elchi.az...

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

“İqtisadiyyatın artım tempinin azlığı hamımızı narahat etməlidir”- Qüdrət Həsənquliyev

04 Noyabr 2026 - 16:26

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun...

Next Post

Putin: “Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir ”

Putin: “Azərbaycan sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir ”

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.