"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

I Media Konfransda Azərbaycan məsələsi

21 May 2015 - 13:33
in XƏBƏR LENTİ
FacebookVatsap

I Media Konfransda Azərbaycan məsələsi

Bunu da oxuyun

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

“Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin I Media Konfransında qarşılıqlı ittihamlar səslənir

“Beynəlxalq qurumlar düşünməlidirlər ki, hansı səbəblərə görə göstərilən cəhdlər heç bir nəticə vermir və “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrdə medianın durumu yaxşılaşmaq yerinə pisləşir”. Bu sözləri “Şərq tərəfdaşlığında medianın rolu” mövzusunda Riqada keçirilən I Media Konfransda Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.
Müşfiq Ələsgərli bildirir ki, durum “Şərq tərəfdaşlığı” proqramının başladığı 2009-cu ildən fərqlənmir:“Proqram başlayanda bildirilirdi ki, vəziyyət daha da yaxşılaşacaq, indi toplanıb elan edirik ki, durum xeyli pisləşib. Nə baş verir? Deməli, strategiya və taktika düzgün qurulmayıb. Burada Azərbaycan haqqında elə danışıldı ki, mən düşündüm, doğrudanmı söhbət mənim ölkəmdən gedir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksbildirir ki, Azərbaycanda danışan insanlar həbs edilir. Bu ona görədir ki, cənab Mujnieskin Azərbaycandakı çevrəsi dardır. Bir sıra qurumların səyləri ilə jurnalistlər hansısa siyasi proseslərə qoşulur, onlarla bağlı hər hansı problem yaşananda bu, Azərbaycan mediasının problemi kimi təqdim edilir. Bu yanlışdır. Biz demirik ki, ölkəmizdə problem yoxdur. Təbii ki, var və biz bunları çözməyə çalışırıq. Bu proqramın həyata keçirilməsində daha bir problem isə ölkələrə fərdi yanaşma olmamasındadır. Bəzi ölkələrə nəinki fərdi yanaşılmır, üstəlik, qərəli münasibət göstərilir. Ermənistan haqqında danışılanda yalnız “A1+” telekanalının adı çəkilir. Ermənilər özləri media ilə bağlı çox böyük problemlərin olduğunu bildirsə də, cənab Mujnieks yalnız bir telekanal haqqında danışır. Mənə maraqlıdır, biz buraya problemlərimizin aradan qaldırılmasına yardım almaq üçünmü gəlmişik, yoxsa sadəcə tənqid olunmağa, haqqımızda mənfi imic formalaşdırılmasını müşahidə etməyə? Hansısa ölkələrin süni şəkildə şişirdilməsini, hansısa ölkələrin sıradan çıxarılmasını doğru saymıram”.
Yada salaq ki, Nils Mujnieks konfransdakı çıxışında ifadə azadlığını məhdudlaşdırıldığı, media üzərində davamlı basqının olduğu, jurnalistlərin həbs edildiyi üçün Azərbayanın ünvanına sərt tənqidlər səsləndirmişdi. Konfransın gedişində jurnalistlərin suallarını cavablandıran Avropa Şurasının təmsilçisi bir daha rəsmi Bakını həbsdə olan qəzetçilərin, siyasi fəalların azad edilməsinə çağırıb: ““Blogerlər, insan haqları müdafiəçiləri,  jurnalistlər həbsdən azad edilməli, hökümət Avropa İnsan Haqları Konveniyası üzrə öhdəliklərini yerinə yetirməldir. Onlar hələ ki bunu etmirlər. Hakimiyyətlə  dialoq yaratmağa, istiqamətlərini dəyişmələrinə razı salmağa çalışmışam, ancaq hələ ki uğur əldə edə bilməmişəm. Ümid edirəm ki, Azərbaycan istiqamətini dəyişəcək və doğru olanı edəcək. Bu insanlar Azərbaycan üçün böyük resursdur. Mən bu fəzifəni daşıdığım müddətdə Azərbaycanda insan haqları pozuntularını işıqlandırmağa davam edəcəyəm”.
Mujnieks Bakıda keçiriləcək I Avropa Oyunlarını Azərbaycanla bağlı gerçəklərin daha aktiv intensiv şəkildə gündəmə gətirilməsi üçün vasitə adlandırıb: “Azərbaycan ədliyyə sisteminin ciddi problemləri var, insanlar haqsız yerə həbs edilir. Avropa Oyunları dünyanı Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün bir fürsətdir, çünki oyunlar zamanı diqqət Azərbaycanın üzərində olacaq. Ümid edirəm ki, olimpiya olyunlarında iştirak üçün gedəcək şəxslər, oraya nümayəndə heyəti göndərən dövlətlər Azərbaycanda insan haqlarının durumundan  xəbərdar olmalı, eyni zamanda öz mətbuatları vasitəsilə diqqəti Azərbaycandakı vəziyyətə çəkməlidirlər. Azərbaycan höküməti Xədicə, Rəsul, Hilal kimi haqsız olaraq həbsdə olan insan haqları müdafiəçilərini, jurnalistləri və digərlərini sərbəst buraxmalıdırlar”.
Mujnieks hüquqşünas İntiqam Əliyevin həbsindən də danışıb: “İntiqam Əliyev Avropa Şurasının yaxın tərəfdaşıdır. O, Azərbaycanda Avropa Şurasının tətbiq etdiyi hüquq proqramının koordinatoru idi. Əliyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən Azərbaycan vətəndaşlarına vəkillik edirdi. Ancaq Azərbaycan QHT-lər haqqında qanunan dəyişikliklər edəndən sonra onun fəaliyyəti çətinləşdi, sonda isə onun özünün azadlığı əlindən alındı. Bu gün Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərmək mümkün deyil. Düşünürəm ki, İntiqam Əliyev haqsız yerə həbs olunub və sərbəst buraxılmalıdır”.
Media Konfransın gedişində əsas vurğu Rusiyanın üzərində olub. Bir neçə paneldə davam edən təqdimat və müzakirələrdə Rusiyanın Ukraynaya, eləcə də bütünlükdə Qərbə qarşı təbliğat apardığı bildirilir. Belorus təmsilçiləri deyiblər ki, ölkələri Ukrayna ilə bağlı xəbərlərin təqdimatında bütünlüklə Rusiyanın təsiri altındadır. Əhalinin təxminən 2/3 hissəsi Rusiya telekanallarını seyr edir, Rusiyanın çap və elektron mediasını oxuyur. Bu səbəbdən gerçəklikdə baş verənlərdən xəbər tutmur, Rusiyanın təbliğat maşınının təsiri altına düşür. Bu maşının əsas işi isə Qərbi guya ölkələrin daxili işinə qarışdığına görə pisləmək, Rusiyanı və onunla tərəfdaşlıq edən ölkələri sıradan çıxarmağa çalışdığını söyləməkdir.
Belorusla bağlı təqdimatda o da bildirilib ki, ölkədə media azadlığı yalnız rəsmilərin xüsusi sifarişləri ilə məhdudlaşdırılmır, qanunlara da ciddi dəyişikliklər edilir. Belorusun “KİV haqqında” qanunundakı son dəyişikliklər isə haqqında məhkəmələrə müraciət edilən media qurumlarının fəaliyyətinin dayandırılması haqqındadır. Təklif edildikdən cəmi 4 gün sonra qəbul edilən dəyişikliklərə görə, hər hansı media qurumu haqqında məhkəmələrə 2 şkayət daxil olubsa, onun fəaliyyəti dayandırıla bilər. Avropa strukturlarının təmsilçiləri bu qərarı absurd, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması kimi qiymətləndirib.
Ermənistanla bağlı çıxışlar isə “A1+” telekanalının bağlanması ətrafında qurulub. Müxalifətə yaxın olduğu bildirilən kanal bir neçə ilə öncə hakimiyyətin basqısı ilə bağlanıb. İndi kanal məhdud imkanlarla internet üzərindən işləyir. Media ekspertləri rəsmi İrəvanın medianın fəaliyyətini tam nəzarətdə saxlamaq üçün həm inzibati resurslardan yararlandırğını, həm də qanuna dəyişikliklər edildiyini bildirib. Ermənistan mediasında ən ciddi problem həm də professionallıqla bağlıdır. İrəvan Press Klubunun sədri Boris Novosardyan bildirib ki, illərdir bu məsələ gündəmə gətirilsə də heç bir irəliləyiş yoxdur. Həm çap, həm də elektron mediada professionallıq aşağı səviyyədədir. Xüsusən tənqidi məqalələrdə jurnalistikanın etik kodeksinə əməl edilmir.
Azərbaycan mediasının durumunu isə konfrans iştirakçılarına “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çatdırıb: “Təxminən bir il öncə Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə media ilə bağlı böyük dövlət tədbir keçirildi. Orada elan edildi ki, medianın qarşısında 3 vəzifə olmalıdır – dövlətçiliyin qorunması, vətənpərvərliyin təbliği, vətəndaş mövqeyinin nümayiş etdirilməsi. İndi Azərbaycan mediası professionallığa aid olduğu böyük şübhə yaradan bu 3 istiqamət üzrə hərəkət edir. Əslində isə çağdaş media söz azadlığı, müstəqillik, professionallıq prinsipləri ilə fəaliyyət göstərməlidir. Bu sıralama təsadüfi deyil. Bu prinsiplər bir-birinə bağlıdır. Əgər söz azadlığı yoxdursa, müstəqillik mümkün deyil, ilk iki prinsip təmin olunmursa, professionallığın heç bir mənası qalmır. “Şərq tərəfdaşlığı” proqramına qoşuan bəzi ölkələrdə media ciddi şəkildə irəliləyib. Bəzi ölkələrdəki uğurlara baxarkən inanmırsan ki, cəmi 25-30 il öncə biz eyni dövlətin tərkibində yaşamış, eyni problemləri paylaşmışıq. Sözsüz, medianın azad olmamasının, ifadə məhdudluğunun əsas səbəbihakimiyyətlərdir”.
Arif Əliyev çıxışında beynəlxalq qurum təmsilçilərini Azərbaycan mediasının bütün problemlərinə diqqətlə yanaşmağa çağırıb: “Bəzən anlaşılmaz durum yaranır. Çox zaman beynəlxalq institutların təmsilçiləri Azərbaycan mediası haqqında danışarkən mövzunu bir neçə çəxsin üzərində qurur. Şübhəsiz professional fəaliyyətinə görə həbs edilənlər azadlığa buraxılmalıdır, ancaq Rauf Mirqədirov kimi adı çəkilən şəxslərdən professionallığına, çəkdiyi əziyyətlərə görə  geri qalmayan Rauf Mirqədirov unudulur. Bu məqamlara diqqət edilməsini vacib hesab edirəm. Həm daxildən, həm də xaricdən dəfələrlər edilən çağırışlara baxmayaraq həbsdə olan jurnalistlər azad edilmir”.
Arif Əliyev düşünür ki, “Avropa Birliyi media azadlığı məhdudlaşdırılan ölkələrdə nələr edə bilər” sualı tam ciddiyyətilə gündəmdədir:“Avropa Şurasının, ATƏT-in Azərbaycanla bağlı hesabatlarında insan haqlarının, demokratiyanın durumu ilə yanaşı mütləq medianın problemləri də vurğulanır. Çünki ölkələrdə demokratiyanın durumu media azadlığına birbaşa təsir edən önəmli amildir. “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin durumunu analiz edəndə açıq aydın görünür ki, demokratiyanın daha yüksək inkişaf etdiyi dövlətlərdə KİV daha professional fəaliyyət göstərə bilir. Bu faktdan çıxış edib söyləmək istəyirəm ki, mediada professionallıqla bağlı problemlər çox zaman siyasi durumla bağlı olur. Bu, siyasi problemdir. Bir müddət öncə Azərbaycanda “Ayna-Zerkalo” qəzet çapını dayandırmağa məcbur olub. Bu media quruluşu Azərbaycanda rusdilli kəsim arasında ən populyar qəzet idi. Qəzetin baş redaktoru deyir ki, bağlanandan 6 ay sonra aparılan statistika ölkədə Rusiya mediasına tələbatın 20 fazi artdığını göstərib. Bu Azərbaycan mediasına, cəmiyyətinə ciddi zərbədir. Problemlərin aradan qaldırılması üçün hakimiyyətlə media arasında dialoqa ehtiyac var. İmitasiyaya yox, məhz dialoqa. Bir zamanlar beynəlxalq qurumların səyi ilə yaranan dialoq Azərbaycanın media məkanına ciddi faydalar verib. Həm qanunvericilik qismən Avropa standartlarına yaxınlaşır, həm media-hakimiyyət münasibətləri daha yumşaq müstəvidə davam edirdi. Çox qəribədir ki, Avropa strukturları ilə Azərbaycan hakimiyyəti yaxınlaşdıqca bu proses dayandı. Bu haqda düşünməyə dəyər. Fikrimcə, düşdüyümüz durumdan çıxış yolu Avropa strukturlarına inteqrasiyanın dərinləşdirilməsidir. Bunun üçün “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdə fəaiyyət göstərən media qurumlarının ortaq strukturunun yaradılmasına ehtiyac var. Bu problemlərin dərindən öyrənilməsinə müsbət təsir göstərə bilər. Unutmamalıyıq ki, inteqrqasiya prosesinin əleyhinə olan qüvvələr də var və onlar yalnız Rusiyada deyil. Azərbaycanda vətəndaşların yarısından çoxunun Avropa Birliyinə inteqrasiyanın onlara nə verə biləcəyi haqqında aydın təsəvvürləri yoxdur. Çoxlarına elə gəlir ki, Avropa yalnız özünün enerji maraqlarından çıxış edir və hətta Azərbaycan üçün Rusiyada da böyük təhlükə yaratmaq gücündədir. Bu düşüncə genişlənməkdədir. Görünür belə bir təəssüratın formalaşmasına hansısa faktlar təsir edib”.
Aygün Muradxanlı, Riqa
Previous Post

I Media Konfransda Azərbaycan məsələsi

Next Post

AZAL-ın “Boinq-757” təyyarəsi Bakıda təcili eniş etdi

Bənzər yazılar

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa–Baltikyanı (NB8) ölkələrinin liderləri ilə ABŞ və Rusiya ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşə hazırlığı müzakirə...

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb. Elchi.az "Bild"ə istinadən xəbər verir ki, aviaqəza...

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12

İrəvanda Ermənistan və Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyalarının görüşü keçirilib. Elchi.az Ermənistan mediasına istinadən xəbər verir...

Next Post

AZAL-ın "Boinq-757" təyyarəsi Bakıda təcili eniş etdi

AZAL-ın "Boinq-757" təyyarəsi Bakıda təcili eniş etdi

Son xəbərlər

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

06 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.