"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Millət vəkili: “ABŞ-da ciddi irqi ayrı-seçkilik mövcuddur” -MÜSAHİBƏ  

29 Aprel 2015 - 22:03
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap
“Azərbaycana qarşı kampaniya aparanlar isə yenə də uğursuzluğa düçar olacaqlar”

Bakı. Etibar Məmmədov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

Bunu da oxuyun

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

 

– I Avropa Oyunları ilə ərəfəsində bəzi xarici qüvvələrin Azərbaycanla bağlı sərgilədiyi mövqeni necə qiymətləndirirsiniz?

 

– Çox təəssüf ki, Azərbaycanda keçirilən mötəbər tədbirləri, “Eurovision” mahnı müsabiqəsini, indi də I Avropa Oyunlarını ermənipərəst qüvvələr və erməni diasporu hər gözdən salmağa çalışır, istəyirlər ki, bu oyunları siyasiləşdirsinlər, öz məqsədləri üçün istifadə etsinlər. İndi də bəzi ölkələr tərəfindən maliyyələşən beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları məsələsindən istifadə edərək, bu oyunların üzərinə kölgə salmaq istəyir. Əlbəttə, biz də o fikirdəyik ki, Azərbaycanda, ümumiyyətlə, dünyanın heç bir yerində insan haqları məsələsi ölkənin daxili işi deyil. Amma bu problemlər bütün ölkələrdə, o cümlədən Azərbaycanı tənqid edən ölkələrdə də var və beynəlxalq ictimaiyyəti, elə həmin ölkələrin ictimaiyyətini də çox ciddi formada narahat edən məsələlərdir. Avropa Oyunlarının üzərinə bu problemlərdən istifadə edərək kölgə salınması qətiyyən yolverilməzdir. Əvvəla, bu oyunları siyasiləşdirmək olmaz. Digər tərəfdən, Azərbaycanda hər bir vətəndaş bilməlidir ki, bu oyunlar ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir. Çünki erməni diasporu bizi İslam dünyasının ən geri qalmış və yarı vəhşi ölkəsi kimi təqdim etməyə çalışır. Azərbaycanı Qərbdə sadə insanlar tanımırlar. Mən özüm xaricdə səfərlərdə oluram və görürəm ki, bəzi hallarda Azərbaycanın harada yerləşdiyini bilmirlər. Ona görə də “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, “Formula-1” və dünyada böyük diqqət cəlb edəcək tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin yaxşı mənada tanıdılması üçün böyük fürsətdir. Burada biz Azərbaycanın Avropa dəyərlərini mənimsəmiş xalq olduğunu ortaya qoyacağıq. Eyni zamanda xalqımızın nə qədər xeyirxah, qonaqpərvər və alicənab olduğunu nümayiş etdirəcəyik. Çünki ermənilər deyirlər ki, Qarabağ erməniləri bizimlə bir yerdə yaşaya bilməz. Bizi bir çox halda aşağı səviyyəli, mədəniyyətsiz xalq kimi təqdim etməyə çalışırlar. Amma biz göstərəcəyik ki, burada tolerantlılıq, dözümlülük var, müxtəlif millətlərin nümayəndələri Ermənistandan fərqli olaraq, burada birgə yaşayırlar. Ermənistan isə monoetnik ölkədir, hətta rusları da ölkədən çıxarıblar. Azərbaycanda isə müxtəlif dinlərin nümayəndələri, müxtəlif dini təriqətlər, birgə yaşayır, bir-birinə böyük hörmət və diqqətlə yanaşırlar. Bütün bunları göstərmək üçün imkan yaranacaq. Eyni zamanda xərclərlə bağlı kampaniya da aparılır ki, niyə bu qədər xərc çəkilib? Avropa Oyunları üçün çəkilən xərclər əlbəttə ki, Bakının abadlaşdırılması, Azərbaycanın digər bölgələrində də olan idman qurğularının müasirləşdirilməsi, yeni idman qurğularının tikilməsi deməkdir ki, bunlar da Azərbaycana qalacaq. Azərbaycan bunu başqa ölkədə etmir ki… Görün, Azərbaycana nə qədər jurnalist, turist gələcək. Dünyanın aparıcı telekanalları bu idman yarışlarını yayımlayacaq. Azərbaycan turizmdən nə qədər böyük vəsait qazanacaq. Digər tərəfdən, bu obyektlərdə gələcəkdə İslam Həmrəylik Oyunları keçiriləcək, həmin vaxt da ölkəyə çoxlu turist gələcək.

 

Bizim Qarabağ kimi problemimiz var və biz beynəlxalq ictimaiyyətdən dəstək gözləyirik. Belə olan halda biz beynəlxalq ictimaiyyətlə işləməli, Azərbaycanı tanıtmalıyıq. Bəlkə də Qarabağ problemi olmasaydı, bu şərtlər altında yarışların Azərbaycanda keçirilməsinə də ehtiyac qalmazdı. Amma indi hesab edirəm ki, Azərbaycanın buna böyük ehtiyacı var və bu qərarın qəbul olunmasında xidməti olan hər kəsə minnətdar olmalıyıq. Burada xüsusilə qeyd olunmalıdır ki, “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, Mehriban xanım Əliyeva bu məsələdə də ölkənin birinci xanımı kimi yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirib. Prezidentin özü bütün obyektlərin tikintisi ilə yaxından maraqlanır, tikintinin keyfiyyətinə diqqət yetirir, vaxtında başa çatdırılmasına çalışır. Biz dünyaya göstərmişik ki, Azərbaycan xalqı nə qədər mütəşəkkil xalqdır, möhtəşəm beynəlxalq tədbirləri qısa müddətdə ən yüksək səviyyədə təşkil edə bilir. Məsələn, “Eurovision” mahnı müsabiqəsi Azərbaycana qədər heç bir ölkədə belə yüksək səviyyədə təşkil olunmamışdı. Mən əminəm ki, biz I Avropa Oyunlarını da elə yüksək səviyyədə keçirəcəyik ki, digər yarışlar üçün etalon olacaq. Azərbaycana qarşı kampaniya aparanlar isə yenə də uğursuzluğa düçar olacaqlar.

 

– Anti-Azərbaycan kampaniyasına ABŞ-ın rəhbərlik etməsi barədə məlumatları necə qarşıladınız?

 

– Mən vaxtilə də söyləmişdim ki, ABŞ-ın özünün daxilində insan haqları ilə bağlı o qədər ciddi problemlər var ki, bu ölkə daxilindəki məsələlərə daha çox diqqət yetirsə, yaxşı olar. Orada qaradərililərə qarşı olan zorakılıqlar, irqi ayrı-seçkilik, insanların polis zorakılığına məruz qalması və polislər tərəfindən qətlə yetirilməsi, həbsxanada yatanların böyük əksəriyyətinin qaradərili olması, qaradərililər arasında işsizlik, təhsil problemi, ağdərililər və qaradərililərin bir-birini qəbul etməmələri çox ciddi problemlərdir. Dövlət siyasəti bu problemin aradan qaldırılmasına yönəlməlidir. Qaradərililərin insan haqları ilə bağlı keçirdikləri aksiyaya dəstək verilmir. Bu da onu göstərir ki, bu ölkədə ciddi irqi ayrı-seçkilik mövcuddur. Ancaq bəzən görürsən ki, öz daxilindəki problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq üçün başqa ölkələrdəki insan haqları məsələsinə daha çox diqqət yetirilir. Mən əvvəllər də bildirmişəm ki, bizi kimin tənqid etməyindən asılı olmayaraq, hətta erməni də bizi tənqid edirsə, ilk növbədə o tənqidin əsaslı olub-olmamasına baxmalıyıq. Tənqidin əsasları varsa, biz bu problemləri öz ölkəmiz, xalqımız üçün aradan qaldırmalıyıq. Yox, əsassız, qərəzli tənqidlərdisə, bu barədə ictimaiyyəti məlumatlandırmalıyıq. Əlbəttə, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən radionun əməkdaşı, ABŞ-dakı qeyri-hökumət təşkilatlarından qrant alan QHT rəhbərləri var ki, onlar hazırda Azərbaycanda həbsdədir. Bu da ABŞ-ı qıcıqlandırır və həmin şəxslərin azad olunmasını tələb edir. Mən əvvəllər də bu fikirdə olmuşam ki, hətta onların əsaslı və ya əsassız həbsindən asılı olmayaraq, 5-6 nəfərin cəza almasına görə biz böyük dövlətlərlə, dünyada tanınmış insan haqlarını müdafiə təşkilatları ilə üz-üzə gəlməməliyik, onları azad etməliyik. Vaxtilə biz Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, etnik separatizmi yaradan, talışlarla Azərbaycan türkləri arasında qarşıdurma yaratmaq istəyən milli satqın Əlikram Hümbətovu belə əfv etmişik. O zaman əsaslandırmışdıq ki, bu adama görə, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil. Hesab edirəm ki, o cür ağır cinayətlərə görə məhkum olunmuş bir şəxsi azad edən hökumət, digər şəxsləri də azad edə bilər. Mən həm də hökuməti Tofiq Yaqublu başda olmaqla, həmin o beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu hesab edilən digər şəxsləri də azad etməyə çağırıram.

 

– Azərbaycan əleyhinə kampaniyaya ölkədəki bəzi qüvvələrin, o cümlədən Milli Şuranın cəlb olunması barədə də xəbərlər yayılıb…

 

– Əvvəla, Milli Şuranın adından fərqli olaraq, heç bir milliliyi yoxdur. Xatırlayırsınızsa, bu qüvvə hakimiyyətə gəlmək üçün son prezident seçkiləri ərəfəsində İran və Rusiya ilə də əməkdaşlıq edib. Bütün bunlar onu göstərir ki, bu adamlar istənilən qüvvənin əli ilə hakimiyyətə gəlməyə hazırdırlar. İndi də Milli Şura ABŞ və Avropa ölkələrinin tapşırığı və verəcəyi maliyyəyə görə Azərbaycanda istənilən mövqeni nümayiş etdirməyə hazırdır. Burada da təəccüblü bir şey yoxdur. Bu proseslərdə xarici qüvvələr onlardan istifadə etməyə çalışır və çalışacaqlar. Bu, birmənalı belədir. Elə ABŞ-ı da qəzəbləndirən QHT-lər vasitəsilə maliyyələşdirdiyi jurnalistlərin, QHT nümayəndələrinin həbs olunmasıdır. Bunlardan da zaman-zaman Azərbaycana qarşı istifadə olunub, yəqin ki, bundan sonra da istifadə olunacaq. Amma mənim qənaətimə görə, dövlət yeri gələndə, daha böyük maraqlar naminə müəyyən addımlar ata bilər və atmalıdır.

Previous Post

Millət vəkili: “ABŞ-da ciddi irqi ayrı-seçkilik mövcuddur” -MÜSAHİBƏ  

Next Post

Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib -FOTO

Bənzər yazılar

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16

Böyük Britaniya və Almaniya noyabrın 17-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasını keçirəcək. Elchi.az xəbər verir ki,...

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

Next Post

Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib -FOTO

Prezident İlham Əliyev Bakı Konqres Mərkəzinin açılışında iştirak edib -FOTO

Son xəbərlər

Pentaqonda şok qərar: Təcrübəli generalın gedişi narazılıq yaratdı

Pentaqonda şok qərar: Təcrübəli generalın gedişi narazılıq yaratdı

29 Oktyabr 2026 - 15:30
NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 - 15:08
Serbiyada təkrar seçkilər keçiriləcək

Serbiyada təkrar seçkilər keçiriləcək

29 Oktyabr 2026 - 15:00
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu

Dünya çempionatında 3 güləşçimiz məğlub oldu

29 Oktyabr 2026 - 14:53
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 - 14:44
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 - 14:30
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

29 Oktyabr 2026 - 14:14
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

29 Oktyabr 2026 - 14:07
Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

29 Oktyabr 2026 - 14:00
Azərbaycanda bankların birləşməsi davam edəcək

Azərbaycanda bankların birləşməsi davam edəcək

29 Oktyabr 2026 - 13:52
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.