"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İcra başçısı Bayılda evləri sökdürüb, 10 ailəni küçəyə tökür – VİDEO, FOTOLAR

31 Mart 2015 - 16:14
in XƏBƏR LENTİ
FacebookVatsap
İcra başçısı Bayılda evləri sökdürüb, 10 ailəni küçəyə tökür – VİDEO, FOTOLAR

Bu gün – martın 31-də səhər saatlarında paytaxtın Bayıl ərazisində 10 ailənin evini yıxmağa başlayıblar.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayılın 6-cı mədən, Arif İsmayılov küçəsi 72 Z ünvanında yaşayan ailələr zorla küçəyə atılır. 500 kvadratmetrlik ərazidə 10 ailə məskunlaşıb. Köçürülmə prosesi dövlət ehtiyacları üçün həyata keçirilir. Bu massivdə hansı işlərin görüləcəyi isə açıqlanmır.
Müxbirimiz xəbər verir ki, hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Söküntü işlərinə isə Səbayel rayon İcra Hakimiyyətinin nümayəndəsi Qurban İsmayılov nəzarət edir.
Səbayel RİH-nin həyata keçirdiyi “evyıxma kampaniyası” nəticəsində evsiz-eşiksiz qalan sakinlər ədalətli kompensasiya tələb edirlər.
Onların sözlərinə görə, təzminat verilməsində ədalətli bölgü aparılmır. Sakinlər qeyd edirlər ki, bəzi mülklərə kvadratına görə 1000 manat, bəzilərinə 1200 manat verilib. Hətta bir neçə evə 1500 manatdan kompensasiya ödənilib.
Ancaq sözügedən ünvanda yaşayan 10 ailəyə kvadratına 800 manatdan kompensasiya ödəniləcəyi bildirilir. Sakinlər isə bu təkliflə razılaşmırlar. Ev sahibləri bildirirlər ki, bu məbləğlə başqa yerdə ev almaq mümkün deyil.
Onlar bildiriş almadıqlarını, Qiymətləndirmə Komissiyasının heç bir qərarının olmadığını söyləyirlər. Ev sahibləri deyirlər ki, icra nümayəndəsi olan Q.İsmayılov üç mənzilin üzərinə şərti olaraq, 174, 178 və 179 işarələrini qoydurub.
Bu da digər 7 ailənin qanunsuz şəkildə mənzildən məhrum olunması deməkdir. Sakinlər Prezidentin çıxışını yada salaraq, Bakıda dövlət ehtiyacı üçün sökülən mənzillərə kvadratı 1500 manatdan kompensasiya verilməli olduğunu qeyd edirlər.
Sakinlərin hüquqlarının müdafiəçisi Bəxtiyar Məmmədov musavat.com-a dedi ki, onlara heç bir sənəd təqdim olunmayıb: “Prezidentin şəxsi göstərişi var ki, qiymətləndirmə bazar qiymətinə uyğun olmalıdır. Nə vətəndaşlara, nə də mənə sənəd verilməyib. Bütün bunlar tamamilə Prezidentin daxili siyasətinə ziddir və kütləvi narazılıq yaratmaqdır”.
Söküntü ərazisində olan icra nümayəndəsi Q.İsmayılov musavat.com-a bildirdi ki, heç bir qanunsuz söküntündən söhbət gedə bilməz.
Onun sözlərinə görə, bu evlər qeyri-qanuni tikilidir: “Ancaq dövlət onlara pul verir. Ekspertlər tərəfindən qiymətləndirilib. Hər bir evin öz qiyməti var. Hər evin qiyməti tavanına, döşəməsinə qədər hesablanır, pul ödənilir”.
Emil SALAMOĞLU









Bunu da oxuyun

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Previous Post

İcra başçısı Bayılda evləri sökdürüb, 10 ailəni küçəyə tökür – VİDEO, FOTOLAR

Next Post

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

Bənzər yazılar

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Next Post

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

Telman İsmayılov: “Bu, qlobal fəlakət idi”

Son xəbərlər

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

21 Oktyabr 2026 - 13:51
Bu şəxslərə pulsuz torpaq veriləcək

Bu şəxslərə pulsuz torpaq veriləcək

21 Oktyabr 2026 - 13:51
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

21 Oktyabr 2026 - 13:42
“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

“Robotlar və süni intellekt ABŞ-ın dövlət borcunu həll edə bilər” – Mask

21 Oktyabr 2026 - 13:30
Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

21 Oktyabr 2026 - 13:18
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09
Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

Tramp Fransadakı iğtişaşları kütləvi miqrasiya ilə əlaqələndirib

21 Oktyabr 2026 - 13:00
Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

21 Oktyabr 2026 - 12:53
Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

21 Oktyabr 2026 - 12:49
Noyabrda 5 günlük tətil olacaq

Noyabrda 5 günlük tətil olacaq

21 Oktyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

21 Oktyabr 2026 - 12:29
DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

DYP Quba–Bakı yolunun Sulutəpə istiqamətində təmirlə bağlı sürücülərə müraciət edib

21 Oktyabr 2026 - 12:28
Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

Bu il 2 565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib

21 Oktyabr 2026 - 12:08
Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

Fransada qırıcı təyyarə qəzaya uğradı: 1 ölü, 1 itkin

21 Oktyabr 2026 - 11:55
Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

Komitə sədri: İşğaldan azad edilən ərazilərin bərpasına 28 milyard manat xərclənib

21 Oktyabr 2026 - 11:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.