"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Polkovnik İsa Sadıqov erməni nazirlə görüşü barədə yazılanlara reaksiya verdi

27 Mart 2015 - 15:42
in XƏBƏR LENTİ
FacebookVatsap

Polkovnik İsa Sadıqov erməni nazirlə görüşü barədə yazılanlara reaksiya verdi

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

“Mən görüşdüyüm adamlar çox böyükdür, Avakov xırda adamdır, onunla görüşməyə ehtiyac yox idi”

Nurəddin İsmayılov: “2011-ci ildən bu yana Azərbaycandan çıxmamışam”
Ukraynanın glavcom.ua portalı illərdir ki, Avropada mühacir həyatı yaşayan İsa Sadıqovun ötən il Kiyevdə daxili işlər naziri, keçmiş Bakı ermənisi Arsen Avakovla görüşündən yazıb.
Bu barədə Virtualaz.org saytının yaydığı xəbərdə deyilir ki, Ukrayna saytı texniki səhvə yol verib və İsa Sadıqovu “Azərbaycan ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov” kimi təqdim edib.
“Lakin dərhal anlaşılır ki, söhbət Azərbaycan Silahlı Qüvvələrinin indiki Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovdan yox, mühacirətdə olan polkovnik Sadıqovdan gedir. Çünki bildirilir ki, Sadıqovun Ukraynanın şərqində rusiyameylli separatçılara qarşı döyüşmək üçün könüllülərdən, o cümlədən çeçenlərdən formalaşdırılan Cövhər Dudayev adına batalyonun qərargah rəisi olması təklifi irəli sürülmüşdü. Bu təklifin müəllifi məşhur çeçen səhra komandiri, “briqada generalı” İsa Munayev idi”.
Məlumata görə, Sadıqov Avakovla görüşündə “istənilən vaxt Ukraynanın müdafiəsinə qoşulmağa hazır olan” 500 azərbaycanlı könüllü üçün silah-sursat istəyib. Lakin Ukrayna daxili işlər naziri azərbaycanlı könüllülərin köməyinə ehtiyac olmadığını bildirib. Həmçinin İsa Munayevin polkovnik Sadıqovun Dudayev adına batalyonda qərargah rəisi olması təşəbbüsü Ukrayna rəhbərliyi tərəfindən dəstəklənməyib.
İsa Munayev bu ilin əvvəllərində Donbasda gedən döyüşlərdə həlak olub. Onun yerini Putinə sui-qəsddə ittiham olunaraq həbs edilən, Yanukoviçin devrilməsindən sonra azadlığa çıxan Adam Osmayev tutub. Osmayev Kiyevdə glavcom.ua saytının redaksiyasına gedərək batalyonun fəaliyyəti və digər mövzularda müsahibə verib.
Məlumatda deyilir ki, polkovnik İsa Sadıqovun Dudayev adına batalyonun qərargah rəisi olduğu haqda informasiya hələ ötən ilin yayında dövriyyəyə buraxılmışdı. Lakin sonradan məlum oldu ki, İsa Sadıqov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak etmir, əvvəlki kimi Norveçdədir.
Hərçənd ki, Sadıqov mətbuata müsahibələrində İsa Munayevlə təmaslarının olduğunu təsdiq edirdi. Buna baxmayaraq Rusiya mənbələrində Sadıqovun adı bir neçə dəfə “Dudayev batalyonun qərargah rəisi” kimi hallanıb. Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinin də onun “qərargah rəisi olduğu” batalyonun komandiri tərəfindən təşkil edildiyinə dair iddialar irəli sürülüb.
Rusiya KİV-ləri İsa Sadıqovun adını hələ də bu kontekstdə hallandırır. Martın 23-də RenTV-nin “Voennaya tayna” (“Hərbi sirr”) proqramı Dudayev adına batalyona və “dünyanın hər yerindən gələn terrorçuların” Ukraynanın şərqində gedən döyüşlərdə iştirakına dair araşdırmaya həsr olunub.
Proqramda deyilir ki, Dudayev adına batalyonun tərkibində radikal islamçılar, Çeçenistandakı müharibədə Rusiyaya qarşı döyüşənlər və digər bu kimi elementlər yer alır.
“Budur, həmin batalyonun könüllülərindən bir neçəsinin adları. Nurəddin İsmayılov – islamçı “Boz qurdlar” batalyonunun keçmiş komandiri, 703-cü briqadanın tərkibində Azərbaycan tərəfdən Dağlıq Qarabağda vuruşub. İsa Sadıqov, 90-cı illərdə Azərbaycan müdafiə nazirinin müavini olub, sonra beynəlxalq axtarışa verilib. Buna baxmayaraq İsa Sadıqov 2004-cü ildə Norveçdə məskunlaşıb, hazırda Norveç vətəndaşıdır və Dudayev adına batalyonun qərargah rəisidir” – deyə RenTV bildirir.
Göründüyü kimi, Rusiya telekanalı dəhşətli “hərbi sirri”i açıb – yaşı 60-ı haqlamış Qarabağ veteranı, keçmiş “Boz qurd”çu N.İsmayılovu da Ukraynanın şərqində gedən döyüşlərin iştirakçısı kimi təqdim edib.
Xəbərdə qeyd olunur ki, Dudayev adına batalyonun və İsa Sadıqovun adının bu batalyonla bağlı hallanması Rusiya təbliğatına Ukraynanın tərəfində “beynəlxalq terrorçuların, radikalların və müxtəlif kriminal elementlərin döyüşdüyünü” sübut etmək üçün fürsət verib.
Məsələ ilə bağlı müraciət etdiyimiz İsa Sadıxov “Yeni Müsavat”a bildirdi ki, yazılanlar onu narahat etmir:“İkincisi də mən görüşdüyüm adamlar çox böyükdür, Avakov xırda adamdır, onunla görüşməyə ehtiyac yox idi”.
İ.Sadıqov onu da dedi ki, Rusiyaya qarşı vuruşmaq bizim haqqımızdır: “20 Yanvar, Xocalı, Qarabağ hadisələrini unutmamışıq. Axı Xocalını rus ordusu törədib. O vaxtlar Qarabağda ermənilərin elə əməliyyat keçirməyə imkanları yox idi. Rusiyanın 366-cı alayı 100% silah-sursatla, şəxsi heyətlə Xocalı soyqırımında iştirak edirdi. Mən bunu tam məsuliyyətlə deyirəm. Mən o vaxtlar Tbilisidə qərargahda idim. 20 yanvarda Yazov, Primakovu unutmamışıq. Başa düşürsünüzmü? Mən indi kiməsə izah edən deyiləm ki, nəyə görə Ukraynaya getdim, görüşdüm və sair. Bu, mənim şəxsi işimdir, mən bu gün müstəqil bir insanam”.
Yazıda adı çəkilən Nurəddin İsmayılovla, hər birimizin “Nurəddin Xoca” kimi tanıdığımız Qarabağ döyüşçüsü ilə də danışdıq. Bizə açıqlamasında o, bu iddiaları təkzib etdi: “Tarix boyu Rusiya mətbuatı kütləni istədiyi kimi aldatmaqda maraqlı olub. Bu da həmin seriyadan olan materialdır. Bunlar hamısı FTX-nin oyunlarıdır. Mən 2011-ci ildən bu yana Azərbaycandan çıxmamışam. Ancaq çıxa bilsəydim, Rusiyaya qarşı döyüşən istənilən ölkənin yanında olardım. Fəxr edirəm ki, mənim adımı Ukrayna ilə bağlı hadisələrdə hallandırırlar. Belə çıxır ki, mən orda ruhumla döyüşürəm. Çünki Azərbaycandan kənara çıxa bilmirəm”. N.Xoca dedi ki, Ukrayna ona doğma ölkədir: “Çünki ukraynalı döyüşçülər mənimlə birgə Qarabağ uğrunda vuruşublar. Mən bu gün onların yanında olmalıyam, bu, bir mənəvi borcdur. Amma heyf ki, mən bu gün orda ola bilmirəm. Çünki ikinci qrup əliləm, orda olsam, əsgərlərə yük olaram”.

 

Previous Post

Polkovnik İsa Sadıqov erməni nazirlə görüşü barədə yazılanlara reaksiya verdi

Next Post

BMT hesabat yaydı

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

BMT hesabat yaydı

Türkiyəyə gedən rus turistlərin sayı azalıb

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.