"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Siqaret mafiyası ilə hökumət bacarmır?

03 Mart 2015 - 23:48
in MANŞET, SEÇMƏ
FacebookVatsap

Siqaret mafiyası ilə hökumət bacarmırÖlkədə siqaret 30 faiz bahalaşdı, ekspertlər devalvasiya ilə yanaşı, aksiz vergisinin də rol oynadığını bildirir, siqaret iki dəfəyə qədər bahalaşa bilər…

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Manatın ucuzlaşmasından sonra ölkədə siqaretlə bağlı yaranmış çaşqınlıq aradan qalxıb. İki gün ərzində gah bahalaşıb, gah ucuzlaşan siqaretlər bir gün satışdan yığışdırıldıqdan sonra yekun qərar verilib. Siqaretlər firmalar tərəfindən 30 faiz bahalaşdırılıb.

 
Market, dükan sahibləri bahalaşmanın firmalar tərəfindən həyata keçirildiyini bildirirlər. Firmalar isə açıqlama verməyə tələsmirlər. “Qiymətlər bir gecədə 30 faiz artıb”,- deyə adının çəkilməsini istəməyən dükan sahibi bildirir. Onun sözlərinə görə, əvvəlcə firmalar satışı dayandırmağı tələb ediblər: “Bir gün sonra da malları bahalaşdırdılar. Səbəb kimi dolların bahalaşmasını göstərirlər”.
Əvvəl 1,60 AZN-ə satılan “Kent” indi 2 AZN-dir. Bir AZN-lik siqaretlər, o cümlədən “Viceroy” 1,30 AZN olub. 1,50 AZN-ə satılan “Winston” 2 AZN-ə qalxıb. 1,20 AZN-lik LD 1,50 AZN-ə satılır. Əvvəl 1,60 AZN-ə satılan “Davidoff”un qiyməti hazırda 2 AZN-dir.
Əksər ekspertlər isə bildirirlər ki, bahalaşma martın 1-dən qüvvəyə minən aksiz vergisi ilə bağlıdır. Belə ki, Nazirlər Kabinetinin 29 yanvar 2015-ci il 17 saylı qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilib. Nazirlər Kabinetinin bu qərarı martın 1-dən qüvvəyə minir. Yeni qaydalara əsasən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri tərkibində tütün olan siqaretlər -1000 ədəd üçün 4,0 manat, digər siqaretlər və siqarlar – 1000 ədəd üçün 4,0 manat və sair nəzərdə tutulur.
Ekspert Samir Əliyev də bildirir ki, siqaretin bahalaşmasını əslində birbaşa devalvasiya ilə bağlamaq düzgün olmazdı: “Devalvasiya artımı daha da stimullaşdıran bir addım oldu. Ona görə ki, qanunvericiliyə dəyişiklik edildi, siqaretə tətbiq edilən aksiz vergisi artırıldı. Əslində siqaretin qiymətinin ən azı 10 faiz bahalanması nəzərdə tutulurdu. Martın 1-dən bununla bağlı dəyişiklik qüvvəyə mindi. Əsas qiyməti artıran amil budur. Devalvasiyanın baş verməsi, 33,5 faizlik manatın ucuzlaşması da ölkəyə idxal olunan malların qiymətinin artması üçün zəmin yaratdı. Biz siqareti daxili tələbat hesabına ödəmirik. Eyni zamanda başqa ölkələrdən,  o cümlədən Rusiya, Ukrayna və Belorusdan siqaret idxal olunur Həmin ölkələrdə də qiymət artımı var, siqaret bahalaşıb. Amma əvvəlcə manatın baha olması bizdə siqaretlə bağlı bahalaşmaya imkan vermirdi. Amma artıq devalvasiyadan sonra bahalaşma zərurəti ortaya çıxıb. Əslinə qalsa, siqaretin qiyməti yaxın 2-3 ildə artacaq. Bunun kökündə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi durur. Təşkilat tövsiyə edir ki, siqaretdən istifadəni azaltmaq üçün onun qiyməti baha olmalıdır. Yanaşmaya görə, siqaretin qiymətində aksiz vergilərinin payı 70 faizə qalxmalıdır. Bizdə bu pay çox aşağıdır. O baxımdan, Azərbaycan da tövsiyələri qəbul edib. Gözləmək olar ki, Azərbaycanda da siqaretin qiyməti bundan sonra artmaqda davam edəcək. Siqaretin aşağı düşməsini gözləməyə dəyməz. Bahalaşmanı müşahidə edəcəyik”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərara görə, bir qutu siqaretin qiymətində aksiz vergisinin payı 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmalıdır. Artımdan əvvəl Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz idi. Məsələn, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir.
Ekspertlər isə qeyd edirlər ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, yerdə qalanları idxal olunur. Qiymət artımı Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq əksər ölkələrdə aparılır. Tövsiyəyə görə, hökumət vergi yolu ilə siqareti bahalaşdırmalıdır ki, əlçatanlıq azalsın və bununla da az insan siqaret çəksin. Rusiya artıq buna gedir. Ekspertlərə görə, Rusiyada siqaret təxminən 3 dəfə bahalaşa bilər. Bunun Azərbaycana da təsiri olacaq. Çünki ölkəmizə Rusiyadan siqaret idxal olunur və təbii ki, artım bizə də çatacaq. Həmçinin, vurğulanır ki, Azərbaycan hökuməti gec-tez 179 ölkənin imzaladığı Dünya Səhiyyə Təşkilatının tövsiyələrini qəbul etməli olacaq. Ona görə də 2015-2016-cı illərdə ölkədə siqaretin 2 dəfəyədək bahalaşmasını proqnozlaşdırmaq olar.
 
Röya RƏFİYEVA
Fotolar müəllifindir





Previous Post

Siqaret mafiyası ilə hökumət bacarmır?

Next Post

Ali Radada qanlı dava – VİDEO, FOTO

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

Ali Radada qanlı dava - VİDEO, FOTO

Prezidentin Sofiyaya rəsmi səfəri başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.