"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

On ən qüdrətli tank – VİDEO

01 Mart 2015 - 09:43
in MARAQLI
FacebookVatsap

Müasir hərbdə zirehli texnikanın, ələlxüsus tankın rolu tədricən azalır.  İnkişaf etmiş dövlətlərin əksəriyyəti döyüşimg1756727 meydanında üstünlük qazanmaq üçün daha çox aviasiyaya arxalanırlar.  “Havaya nəzarət edən tərəf yerə də nəzarət edir” məntiqi özünü ötən onilliklərin bir çox müharibələrində sübuta yetirib.  Bunlardan ən bariz nümunə İsrailin ərəb dövlətlərinə qarşı uğurla savaşdığı 6 günlük müharibə idi. 1967-ci ildə kiçik bir dövlət bir həftədən az müddətdə aviasiyasının əzici qüdrəti sayəsində üç iri dövləti məğlub etməyə nail oldu.  Buna baxmayaraq, tanklar döyüş meydanındakı funksiyasını hələ də qoruyub saxlayır, və bir çox ölkələrin hərbi arsenalında mühüm yer tutur.  Military Today vebsaytının tərtib etdiyi siyahıda təqdim olunan tanklar qorunma qabiliyyətinə, atəş qüdrətinə, sərrastlığına və hərəkətliliyinə görə sıralanıb.  Maraqlıdır ki, bu siyahıda təqdim olunan tanklar indiyədək döyüş meydanında bir-birləri ilə qarşılaşmayıb.  Yəqin, səbəb onların əksəriyyətinin Qərb müttəfiqlərinə məxsus olmasıdır.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

1. Leopard 2A7 (Almaniya)

Leopard 2 dizaynının son variantı olaraq bu tank əlavə zireh və yenilənmiş texnologiya ilə yüklənib.  Leopard 2A7 tankı konvensional və urban döyüş təhlükələrinə, ələlxüsus qumbaraatanlara və improvizə olunmuş partlayıcı qurğulara qarşı yaxşı qorunur.  Qüdrətli topu və atəşə nəzarət sistemi sayəsində tank son dərəcə sərrastdır və uzaq məsafələrdəki hədəfləri asanlıqla vura bilir.  Ağırlığına baxmayaraq yüksək sürətə malikdir.  Almaniya ordusu 2014-cü ildə 20 belə tank sifariş verib.

 

2. K2 Qara Bəbir (Cənubi Koreya)

Hazırda K2 Qarab Bəbir dünyanın ən inkişaf etmiş tankı sayılır.  Bu tankn imkanları asanlıqla Çin yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəkləri istənilən texnikanı tozda qoyur.  Bunda əlavə, bu ən bahalı tankdır.  Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır.  K2 tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir.  Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür.  Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir.  Hədəflər sırasına təkcə maşınlar yox, habelə helikopterlər daxildir.

 

3. M1A2 SEP (ABŞ)

M1A2 SEP markalı tank M1A2 Abrams tankının varisidir.  Ağlasığmaz texnologiya və zirehə malikdir. Bir çox başqalarından fərqli olaraq Amerika tankı həqiqi müharibələrdə sınaqdan çıxıb.  Əksər anti-tank silahları tanka təsir etmir.  Belə ki, onun mükəmməl zirehi istifadəsi tükədilmiş uran plitələrindən hazırlanıb.  Topu və başqa silahları yüksək sərrastlıqla atəş açır.  Çoxlu mexanik qayğıya və yanacağa ehtiyacı var.  İndiyədək döyüş meydanında sıradan çıxarılan Abrams tanklarının sayı cüzidir.  ABŞ Ordusunda 900-dək belə tank var.  Onların 2050-ci ilədək istifadədə  qalacağı planlaşdırılır.  İxrac edilmir.

 

4. Challenger (Böyük Britaniya)

Qüdrətli tankdır.  Challenger 2 tankı Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır.  Onun ekipajı yüngül çaplı silahlardan tam təhlükəsizdirlər.  120 mm topu yüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur.  Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger 2-yə məxsusdur.  Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir.  Amma mexaniki sazlığına söz ola bilməz.  Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.

 

5. Merkava Mk4 (İsrail)

Bu tank Merkava 3 modelinin ən yeni variantıdır.  Dünyanın ən yaxşı qorunan tanklarından sayılır.  Mühərrikin tankın qabağında yerləşməsi ekipajın hücum zamanı sağ qalması şanslarını xeyli artırır.  Merkava tanklarında əlavə piyada qüvvə daşımaq üçün yer var.  Sursatı boşaldılmış kabinədə 10-adək əsgər daşına bilər.  Merkava-4 tankı yeni atəş nəzarət sistemi ilə təchiz olunub və burada son texnoloji cizgilər yer alır.  Konvensional silahlardan istifadə edərək Merkava aşağı yüksəklikdə uçan helikopterləri yüksək sərrastlıqla vura bilir.  Ağır çəkisinə görə Merkavanın mobilliyi ortababdır, hərçənd ki, ən qüdrətli mühərrikə malikdir.  Merkava tankı yalnız İsrail ordusunun (360) istifadəsindədir və xaricə ixrac edilmir.

 

6. TK-X 10 (Yaponiya)

TK-X 10 yapon hərbi ixtirasının son məhsuludur.  İstifadəyə 2012-ci ildə daxil olub.  TK-X dünyanın ən müasir tanklarından biridir.  Onun yüngül çəkisi qorunma imkanlarını nisbətən məhdudlaşdırır, amma məhz buna görə tank yüksək sürətə malikdir.  120 mm-lik topu Almaniya və ABŞ tanklarındakına oxşardır və kompüterləşdirilmiş atəş nəzarət sistemi ilə təchiz olunub.  İkinci Dünya Müharibəsindən sonra pasifist müdafiə mövqeyi tutmuş müasir Yaponiyanın qanunları hərbi ləvazimatın ixracını qadağan edir.

7. Leclerc (Fransa)

Fransa tankı 1992-ci ildən istifadədədir.  Leclercin bir sıra cizgiləri başqa Qərb tanklarından kopiyalanıb.  Leclerc yüksək səviyyədə cilalanmış zirehə və əlavə olunmuş zirehli plitələrə malikdir.  Ekipajı üç nəfərdən ibarətdir və avto-doldurma mexanizmi var.  Tank istər dayanmış, istərsə də hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir.  Mühərriki 1500 at gücü ilə işləyir.  Hazırda Fransa (406) və Birləşmiş Ərəb Əmirlikləri (388) orduları bu tankdan istifadə edir.

 

8. T-90 (Rusiya)

Texniki imkanlar baxımdan T-90 tankı bütün Qərb modellərindən geridə qalır.  Amma ucuz olduğuna və ixracına məhdudiyyət qoyulmadığına görə qlobal bazarlarda ən çox satılan tankdır.  Tankın həcmi kiçikdir, və bu, onun döyüş meydanındakı profilini kiçildir və vurmağı çətinləşdirir.  T-90 tankının sursatı kabinədə yerləşir ki, bu da anti-tank atəşinə məruz qalınan təqdirdə sursatın partlamasına və ekipajın tamamilə məhv olmasına gətirib çıxarır.  Qərb tanklarında sursat üçün ayrıca kabinə ayrılır ki, atəş zamanı ekipaj partlayışın effektindən qorunsun.  T-90 sərrast deyil – amma konvensional döyüşdə anti-tank funksiyası yerinə yetirə bilər.  T-90 tankı hazırda Rusiya (700), Əlcəzair (305), Azərbaycan (20), Hindistan (620) və Türkmənistanda (40) istifadədədir.

 

9. Oplot-M (Ukrayna)

Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi.  Oplot-M bu yenilənmənin məhsuludur.  Oplot-M-də yeni növ reaktiv zirehdən istifadə olunur.  T-90-da olduğu kimi bu tankda da sursat əsas kabinədə yerləşir.  Ukrayna tankı Qərb modelləri kimi sərrast deyil, amma tankları effektiv vura bilər.  Əksər cizgiləri T-90 tankına oxşardır.

 

10.Tip 99 (Çin)

Çin tankı özündə rus və Qərb texnologiyalarının qarışığını əks etdirir.  Rus tankları kimi sərrast deyil, amma düşmən tanklarına qarşı effektiv ola bilər.  Avtomatik yükənmə sistemi ruslardan kopiyalanıb.  Aktiv lazer qorunma mexanizminə malikdir.  Tip-99-un güclü mühərriki və yaxşı sürəti var.  Hazırda Çin arsenalında 200 belə tank var.
Mənbə: www.military-today.com

Müasir eranın sonuncu ən iri tank döyüşü Birinci Körfəz Müharibəsi zamanı ABŞ və İraq tankları arasında savaşılıb.  “73 Easting Döyüşü” haqda sənədli film ABŞ tanklarının əzici üstünlüyünü nümayiş etdirir:

Previous Post

On ən qüdrətli tank – VİDEO

Next Post

Yeni aksiz dərəcələri qüvvəyə mindi

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Yeni aksiz dərəcələri qüvvəyə mindi

Yeni aksiz dərəcələri qüvvəyə mindi

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.