AXP sədri Pənah Hüseyn Milli Şura sədri Cəmil Həsənlinin qızının həbsi qərarına etiraz edib. Musavat.com-a göndərdiyi mətndə P. Hüseyn yazır: “Şikayətçinin belə olmadığı bir avtoqəza hadisəsinə görə Cəmil Həsənlinin qızına həbs cəzasının verilməsi qərəzsiz və ədalətli görünə bilməz. Hər kəs məhkəmənin bu qərarını ən azı dolayısı sifariş hesab edir. O mənada ki, hakim açıq – aydın Cəmil Həsənlinin qızına ağır cəza verməməkdən qorxub. Hərçənd ki, əksəriyyət başqa cür düşünür. Mən ümid etmək istəyirəm ki, apellyasiya mərhələsində bu biabırçılığın aradan qaldırılması imkanından istifadə ediləcəkdir”.
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...


















