"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Cavid Qurbanovun yeni təyinatının sirri

13 Fevral 2015 - 10:32
in GÜNDƏM
FacebookVatsap

Dəmir yolunda dəhşətli korrupsiya faktları aşkarlansa, nəqliyyat nazirinin vəziyyəti dramatikləşə img1742789bilər…

Bunu da oxuyun

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Prezident Naftalana yeni icra başçısı təyin etdi

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Azəryolservis” ASC-nin sabiq rəhbəri Cavid Qurbanovun yeni təyinatının səbəbi təkcə struktur islahatları ilə məhdudlaşmır. C.Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni rəisi gətirilməsi nəqliyyat naziri Ziya Məmmədovla bağlı korrupsiya dosyesi hazırlamağa hesablanıb.

 
Bu haqda “Yeni Müsavat”a verilən məlumata görə, Dəmiryol İdarəsinin keçmiş rəisi Arif Əsgərov Ziya Məmmədova daha yaxın kadr hesab edilirdi. Onun nazir müavini təyin olunması, yerinə isə Cavid Qurbanovu rəis gətirilməsi dəmir yolunda korrupsiya faktlarının təftişini aktuallaşdıra bilər. Ziya Məmmədovun zəiflədilməsi və mərhələli şəkildə resurslarının əlindən alınması üçün bu planın da projenin tərkib hissəsi olduğu deyilir. Belə ki, Qurbanovla qeyri-rəsmi münasibətləri ürəkaçan olmayan nəqliyyat şefinin dəmir yolundakı maxinasiyaların ortaya çıxması ilə mövqeyi laxlaya bilər.
Nazirlə baş dəmiryolçu arasındakı gərginlik artıq klanlararası savaşa çevrilib. Şərti olaraq “Bakı qrupu”na daxil olan Cavid Qurbanovla Ziya Məmmədov uzun müddətdir mövqelər uğrunda qarşıdurmadadır. Bu toqquşmaların qızışdığı ərəfədə “Azəryolservis” ASC-nin sabiq rəhbərinin dəmiryol sektoruna gətirilməsinin münaqişəni yeni fazada alovlandıracağı istisna deyil.
Məsələ ondadır ki, dəmiryol sektorundakı büdcə yeyintiləri, xərclərin qeyri-şəffaf istifadəsi ictimailəşdirilərsə, o zaman Ziya Məmmədov üçün “əcəl zəngi” çalınmasına hissə-hissə yön alındığını iddia etmək olar.
Qeyd edək ki, son 2007-2014-cü illərdə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına 800 milyon manata yaxın vəsait ayrılsa da, infrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı korrupsiyanın təzahüründən başqa bir şey deyil. Belə məlum olur ki, ölkəyə daxil olan böyük neft gəlirlərinə, üstəlik, dəmiryol sektorunun kifayət qədər rentabelli olmasına baxmayaraq, dəmiryol relslərinə xidmət istiqamətində heç bir iş görülməyib. Ötən il Latviya mediasında gedən məlumata görə, Azərbaycanın xaricdən aldığı vaqon və elektrovozlar Latviyanın istismar müddətini başa vurmuş “metallom”luq texnikasıdır.
2012-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalayıb. Əmrə əsasən, vaqon-lokomotiv parkı tam yenilənməli, hərəkətin idarə edilməsi üçün müasir avadanlıqlar alınmalıdır. Ancaq Əsgərov Latviyadan alınan “metallom”luq vaqon və elektrovozları müasir texnika kimi sənədləşdirib.
Onu da qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə təkcə dövlət büdcəsi hesabına yox, həm də xarici mənbələr hesabına iri həcmli investisiyalar yatırılır. Məsələn, Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit alınıb. Dəmir yollarının yenidən qurulmasına dair dövlət proqramının ilkin maliyyə dəyəri 2 milyard dollardır.
Bu qədər investisiyalara baxmayaraq korrupsiya Azərbaycanın dəmir yolunu çökdürüb. Sovet vaxtından qalma vaqonlar təmir edilməklə yeni vaqon kimi qeydiyyata alınıb. Üfunət qoxuyan köhnə vaqonlar, lokomotivlər, normal xidmət göstərilməyən relslər ciddi təhlükə mənbəyi olaraq qalır. Sovet dövründə ən sərfəli və rahat nəqliyyat növü sayılan dəmir yolu indi böhran dövrünü yaşayır. Dəmir yolunda böhran dərinləşdikcə isə Arif Əsgərovun biznesi daha da çiçəklənir, onun villalarının, özəl biznes strukturlarının sayının artması ilə bağlı məlumatlar intensivləşirdi.(Musavat.com)

 

Previous Post

Cavid Qurbanovun yeni təyinatının sirri

Next Post

Pyerre Vebo Azərbaycan klubunda?

Bənzər yazılar

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard ABŞ dollarından çox həcmdə investisiyanın cəlb...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58

Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam...

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

“Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri tapşırıqları yerinə yetirib- VİDEO

28 Sentyabr 2026 - 11:21

"Birliyin Gücü – 2026” birgə hərbi təliminə cəlb edilən iştirakçı ölkələrin mühəndis qoşunlarının bölmələri mürəkkəb əməliyyat şəraitində mühəndis təminatı üzrə...

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01

“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması...

Next Post

Pyerre Vebo Azərbaycan klubunda?

Pyerre Vebo Azərbaycan klubunda?

Son xəbərlər

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya…

28 Sentyabr 2026 - 19:28
Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

Dünya ulduzu azərbaycanlı ilə komanda yoldaşı ola bilər

28 Sentyabr 2026 - 19:11
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident Naftalana yeni icra başçısı təyin etdi

28 Sentyabr 2026 - 18:58
Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

Dağ üzərinə atılan çınqıl daşlar – ŞƏRH

28 Sentyabr 2026 - 18:49
Novxanıda anım günü

Novxanıda anım günü

28 Sentyabr 2026 - 18:46
Şuşada avtomobil tank əleyhinə minaya düşüb, xəsarət alan var

Şuşada avtomobil tank əleyhinə minaya düşüb, xəsarət alan var

28 Sentyabr 2026 - 18:36
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər

Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər

28 Sentyabr 2026 - 18:27
Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

Reuters: ABŞ və İran nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirilə bilər

28 Sentyabr 2026 - 18:19
Dünya Bankı Orta Dəhlizin inkişafı üçün Azərbaycana tələb olunan investisiyanın həcmini açıqlayıb

Dünya Bankı Orta Dəhlizin inkişafı üçün Azərbaycana tələb olunan investisiyanın həcmini açıqlayıb

28 Sentyabr 2026 - 18:09
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

28 Sentyabr 2026 - 17:55
Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Pakistandakı səfiri XİN rəsmisi ilə görüşdü

28 Sentyabr 2026 - 17:48
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

28 Sentyabr 2026 - 17:36
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə həll etməyə çağırıb

28 Sentyabr 2026 - 17:24
“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

“Real Madrid”in saytı 10-cu dəfə dünyada 1-ci oldu

28 Sentyabr 2026 - 17:13
Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vuruldu

28 Sentyabr 2026 - 17:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.