"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

21 Yanvar 2015 - 20:54
in İQTİSADİYYAT
FacebookVatsap

img1728656Əhalinin banklara 18 milyard manat kredit borcu var

Bunu da oxuyun

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq, 39,4 milyard manata çatıb.
Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində bildirilir ki, əhalinin hər nəfərinə düşən məbləği isə, 3,5 faiz artaraq, 4180,5 manata çatıb. Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilərə, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10,4 faiz artaraq, 7,1 milyard manata çatıb. Əmanətlərin 4,5 milyard manatını və ya 63,2 faizini milli valyuta, 2,6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitlərin 5,4 milyard manatı özəl banklara qoyulub.
Xülasədə diqqət çəkən maraqlı məqam yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği ilə bağlıdır. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
Ekspert Samir Əliyevin sözlərinə görə, əhalinin gəlirlərinin ilbəil artmasına rəğmən, artım tempinin getdikcə azalması, xərclərin isə artması müşahidə edilir: “2012-ci ildə gəlirlərin artımı 13,8 faiz olduğu halda, sonrakı illərdə azalaraq, 2013-cü ildə 8 faiz, 2014-cü ildə isə 4,8 faiz təşkil edib. Gəlirlərin strukturuna diqqət yetirdikdə məlum olur ki, son istehlak xərclərinin artımı, yığım imkanlarının isə məhdudlaşması baş verir. 3 il öncə gəlirlərdə son istehlakın payı 61 faiz olduğu halda, ötən il onun payı artaraq, 68,8 faizə yüksəlib.
Əmanətlərin və kapitalın artırılmasına yönəldilən gəlirlər isə azalaraq, 2012-ci ildəki 29,3 faizdən 20 faizə düşüb. Bütün bunlar xərclərin sürətlə artmasını göstərir.
Bəs, bu xərclər nəyin hesabına artır?
Əlbəttə, ilk növbədə malların və xidmətlərin bahalaşmasını göstərmək olar. İkinci səbəb kimi isə, əhalinin kütləvi şəkildə kreditləşməyə üz tutmasıdır.
Hətta Mərkəzi Bankın istehlak kreditinə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər onun sürətlə artmasının qarşısını ala bilmir. İstehlak kreditlərinin artım tempinin, əhalinin gəlir tempini üstələməsi narahatçılıq doğurur”.
Ekspertin sözlərinə görə, əhalinin gəlirləri ötən il cəmisi 4,8 faiz artdığı halda, istehlak kreditlərinin artımı 23-24 faizə yaxın olub: “İnsanlar istehlak tələbatını faktiki olaraq, kreditlər hesabına ödəyirlər. Ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi məbləğində borclanmaya gedib. Halbuki 2010-cu ildə borclanmanın həddi 10 faizdən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Getdikcə kreditlər insanların gəlir mənbəyinə çevrilir. Bu kreditləri isə, gəlir olmadan qaytarmaq mümkün olmur. Beləliklə də insanlar kreditlərin girovuna çevrilirlər”.
Previous Post

Azərbaycan vətəndaşları kreditlərin girovuna çevriliblər

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Bənzər yazılar

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

06 Noyabr 2026 - 17:38

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri...

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

06 Noyabr 2026 - 17:19

Son dövrlərdə beynəlxalq və regional miqyasda dövlət və özəl qurumların informasiya sistemlərində baş verən təhlükəsizlik insidentləri nəticəsində böyük həcmdə fərdi...

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

06 Noyabr 2026 - 16:35

Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində yeni layihə həyata keçirilib. Elchi.az xəbər verir ki,...

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

“AzerGold” Zəfər Günü münasibətilə silsilə tədbirlər təşkil edib

06 Noyabr 2026 - 16:27

8 Noyabr – Zəfər Günü münasibətilə “AzerGold” QSC tərəfindən şəhid ailələrinin üzvlərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qeyd...

Next Post

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Dvorkoviç: “Rusiya ABŞ-la çətin dövrünü yaşayır”

Son xəbərlər

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib

06 Noyabr 2026 - 22:18
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

06 Noyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.