"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Cavan və sağlam qalmaq istəyirsizsə, mütləq oxuyun (FOTO)

18 Yanvar 2015 - 11:51
in MARAQLI
FacebookVatsap

Cavan və sağlam qalmaq istəyirsizsə, mütləq oxuyun (FOTO)Təsadüfi ölümləri nəzərə almasaq uzun və sağlam ömür yaşamaq hər bir insanın öz əlindədir. Allah bizə elə nemətlər verib ki, dava-dərmana möhtac olmadan bu həyatı sürmək olar. 

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

ANS PRESS insanı sağlam və hər yaşda cavan saxlayan bəzi təbii məhsulların siyahısını təqdim edir: Təqdim edəcəyimiz qidalar hipertoniya, piylənmə, diabet kimi orqanizmi korlayan bütün xəstəliklərin riskini azaldır. Əsas odur ki, gündəlik qida rasionuna tərəvəzlər, zülallar, doymamış yağlarla, liflər, vitamin və antioksidləşdiricilər daxil edilsin.

Brüssel kələmi – mütəxəssislər Brüssel kələmini bu siyahıya daxil edərək onun xərçəng riskini azaltdığını qeyd edirlər. Hamilə qadınların bu fol turşusunun mənbəyi olan tərəvəzi öz qida rasionuna mütləq salmalıdırlar. Bu, sinir sisteminin düzgün formalaşması və doğum qüsurlarının riskini azaltmaq üçün vacibdir. Vitamin C-nin əla mənbəyi, əsas antioksidant kimi, brüssel kələmi anaya al üz rəngini və üz dərisinin gözəlliyini saxlamaqda kömək edir. Onun lif tərkibi adətən hamilə qadınların üzləşdiyi qəbzlik probleminin qarşısını alır.
Prinsipcə, onu brokkoli, ağ baş kələm və ya rəngli kələmlə də əvəz etmək olar. Onların hamısı antioksidləşdiricilər, lif, vitamin və minerallarla zəngindirlər. Gün ərzində bu qidalardan ən azı 3-5 porsiya yemək lazımdır.

Qızılbalıq – daha çox losos kimi tanınan bu balıq növünün insan orqanizminə xeyri əvəzsizdir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.

Badam – zülalla zəngin olan bu bitkinin tərkibində faydalı yağlar, maqnezium, sink var. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir. Tədqiqatda iştirak edən 25 iştirakçı 4 həftə ərzində 3 müxtəlif pəhriz tutublar. Kalorinin miqdarından asılı olmayaraq gündəlik rasionda badam yağının miqdarı artmağa başlayıb. Birinci pəhrizdə badam özünü büruzə verməyib. İkincidə artıq 10 % , axırıncıda isə 20% artım hiss olunub. Nəticələr belə idi: menyuda nə qədər çox badam olarsa, qanda xolestrinin miqdarı bir o qədər aşağı düşür. Sonuncu mərhələdə iştirakçılar gün ərzində təxminən 70 qr badam yeyirdilər.

Badam omeqa 3 qaynağıdır, tərkibindəki E vitamini şəkər xəstəliyi riskini azaldır, sümükləri möhkəmləndirir. Tərkibindəki kalsium sümük əriməsinin qarşısını alır, maqnezium isə baş ağrısı, yuxusuzluq, yorğunluq, baş gicəllənməsinin qarşısını alır. Həftədə ən azı 5 ədəd badam yeyənlərdə ürəklə bağlı narahatlıqlara daha az rast gəlinir. Badamdakı yağlar xolestrolu azaldır, immuniteti gücləndirir. Böyümə, inkişaf, həmçinin hamiləlik vaxtı lazım olan vitaminlərlə zəngin olan badam dad və iybilmə qabiliyyətini artırır. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.

Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir və gündə yarım fincan yemək olar.

Qatığın qida dəyəri südə görə daha yüksəkdir. Mühüm protein, yağ, vitamin və mineral mənbəyidir. Fermentləşdirmə zamanı laktozanın bir hissəsi hidrolizə olduğu üçün həzmi asandır. Qatıq yuxunu yaxşılaşdırır, xolesterolu aşağı salır. Qatığı səhərdən axşama qədər günün bütün saatlarında yemək olar. Qatıq həmişə suyu ilə birlikdə yeyilməlidir. Çünki, vitaminlər daha çox qatığın suyundadır. Qatığın şəkər xəstələri üçün də faydaları çoxdur. Ancaq şəkər xəstələrinə verəcəyiniz qatıq turş olmamalı və qaymağı alınmalıdır.

Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.
Alimlər yaşıl çayın tərkibindəki kimyəvi maddədən dəri xərçənginin iki növünün müalicəsində istifadəsini mümkün hesab edirlər. Alimlərin apardığı təcrübələr göstərib ki, yaşıl çayın tərkibindəki epiqallokathin qallat maddəsi xərçəng hüceyrələrinin inkişafını zəiflədir. Xərçəng xəstəsi mütəmadi şəkildə yaşıl çay içərsə xərçəng hüceyrələri nəzərəçarpacaq dərəcədə azalır və ya tamamilə məhv olur. Habelə yaşıl çay xolesterinin ümumi göstəricilərini və “pis xolesteri”nin səviyyəsini başqa vasitələrlə müqayisədə 5-6 vahid çox azaldır.

Previous Post

Cavan və sağlam qalmaq istəyirsizsə, mütləq oxuyun (FOTO)

Next Post

Bakıda 300 minlik maşını atıb qaçdılar – VİDEO -FOTO

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Bakıda 300 minlik maşını atıb qaçdılar – VİDEO -FOTO

Ermənilər atəşkəsi 47 dəfə pozdular

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.