"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Əlsiz-ayaqsız qazi: “Fərrux dağını gecəylə götürdük” – Video

20 Dekabr 2014 - 10:43
in CƏMİYYƏT
FacebookVatsap

“Ay işığı” restoranının qarşı tərəfindən “Neftçilər” metrosuna tərəf gedən yolun üstündə əlil arabasında idi. Diqqətimi çəkdi, bu adam bu vaxta 1419026877qədər gördüyüm səfil, dilənçi həyatı yaşayanlardan fərqli idi. Oturduğu əlil arabası belə hüzn, matəm, faciə təsiri bağışladı mənə. Ürəyimdə ağrının başlaması anında artıq mən  qarşıdakı dairədən geri dönürəm və onun bərabərinə bir qədər qalmış dayanıram.

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Maşından düşmək istəyirəm. Güclü küləyin şimaldan qovub gətirdiyi sazaq üzümü yalayır. O isə bu soyuqda əynindəki gödəkcənin papağını başına çəkib, hərəkətsizdir. Əlil arabasının təkərləri əyləclə bağlıdır və külək aparmasın deyə həm də səkiyə dirənib. Arabada isə ancaq bəndəndən və başdan ibarət olan yarıminsan var. Qolları və ayaqları yoxdur; qolları dirsəkdən aşağı, ayaqları isə dizlərindən yuxarı – çanaqdan azca aşağı kəsilib.

Küləyin tuta biləcəyi yermi qalıb

Qarşısında çömbəlirəm, o isə yatıb. Bir neçə dəqiqə yanında dururam, o isə oyanmır. Küləyin vıyıltılı səsi ona laylamı çalır? Kameranı sifətinə “tuşlayıram”, bir-iki kadr çəkdikdən sonra səsləyirəm:

– Bəlkə durasan, axı soyuqdur, soyuq yatan adamı tez tutur.

Oyanır, yuxulu gözlərini kəsik qollarının ucu ilə silir, sonra çiyni bərabəri qaldırıb gərnəşir, quluncunu qırır, gülümsəyir:

– Küləyin tuta biləcəyi yerimmi qalıb?!

Fikir verirəm, bədən bütünlüklə əlil arabasının içində itib, bu araba həm də onun sığınacağıdır…

– Keçirdim, gördüm səni, dedim bir söhbət edim, – deyirəm və gödəkcəsinin döş cibinə bir manat qoyuram. Cib əskinaslarla dolub.

Təşəkkür edir:

– Allah əvəzini versin! – Əlimdəki kameraya, qələm-vərəqə baxır, hiss edirəm ki, mənim təkcə sədəqə vermək üçün onun yanında olmadığımı duyur.

– Sənə nə olub? Qəzaya düşübsən?

Əvvəlcə başı və gözləri, sonra isə dili ilə “yox” deyir:

– Müharibənin yadigarıdır, – deyir və üzünü yana çevirir.

Həkimlər düzgün müalicə etmədi

Bu onun danımaq istəməməsi deyil, üzünü küləkdən qoruması idi. Yerimi dəyişirəm ki, külək onu tutmasın.

– Yəqin minaya düşübsən?

– Yox, minaya düşməmişəm, yaralanmışdım, həkimlərin müayinəsi və vurduğu iynələr düzgün olmadı, çürümə baş verdi, əvvəlcə qollarımı, sonra isə ayaqlarımı kəsdilər.

– Bəs başqa orqanların, necə?

– Hər yerim bərbaddır – ciyərlərim, böyrəklərim, ürək nahiyəmdə ağrılar…

Səsi isə aydın və səlisdir. Təkcə zəhrimara qalmış külək əsməsəydi, daha aydın yazmaq olardı səsini:

– Sənin haqqında yazmaq istəyirəm, olar şəklini çəkim?

Yarım qollarla papağını başından geri atır, saçlarına sığal verir:

– Çək..

Çəkirəm və söhbətə davam edirik.

– Kimsən, nəçisən? Müharibəyə necə getdin? Harda vuruşdun?

Qorxurdum, müharibə qurtarar, vuruşa bilmərəm

Sualları ard-arda düzdüm… Yarımçıq qolları ilə bu dəfə əyin başına nizam verir:

– Adım Elnur, soyadım Əfəndiyev. 1976-cı ildə Ağsu rayonun Kalva kəndində doğulmuşam. Sevgililər günündə, fevralın 14-də. İndi iyun ayının 30-na keçiriblər sevgililər gününü. Elə həmin gündə, yəni 1993-cü ilin 30 iyununda da yaralanmışam. Orta məktəbdə oxuyanda dərs əlaçısı olmuşam. Çox təsadüf “4” almışam. Qiymətlərimin hamısı “5” olub. 8-ci sinifdə oxuyurdum, müharibə başlamışdı. Qərara gəldim ki, vuruşmalıyam, qorxurdum, müharibə qurtarar, vuruşa bilmərəm. Xəlvətcə məktub yazıb verdim əmim qızı Aişəyə. Dedim, mən gedəndən sonra verərsən bizə. Bakıya gəldim. Bakıdan da qatarla Ağdama getdim. Yaqub Rzayevin – ona Ala Yaqub, Qatır Məmməd də deyirdilər – dəstəsinə qoşuldum. Yaqub dayı əvvəlcə məni dəstəyə götürmək istəmədi, “uşaqsan, çıx get”, – dedi. “Getməyəcəm”, – dedim. Qolumdan tutdu, apardı mindirdi maşına, sürücüyə də tapşırdı ki, mindir rayonlarına tərəf gedən bir maşına. Mən isə fürsət tapıb düşüb qaçdım, gizləndim, maşın gedəndən sonra yenidən dəstəyə gəldim. İnad olmağımı görüb axırda razılaşdı. Əvvəl istədilər əldə-ayaqda işləyim, arxa cəbhədə qalım. Amma düşmənlə üz-üzə gəlmək, onu məhv eləmək hissim məni bir an da tərk etmirdi. Beləcə vuruşdum. Düz 8 ay Yaqub dayının batalyonunda oldum…

Bizə sabah üçün lazımsan, bu gün sənsiz də keçinərik

– Sonra silah-sursatımız tükəndi. Elə əvvəldən də sursatımız az idi. Döyüşçülərimizdən yaralanan, şəhid olanlar da çox oldu. “Qarabağın müdafiə şahinləri” batalyonu idi adımız. Sonradan batalyon ləğv olundu. Bu zaman Milli Qəhrəman, rəhmətlik Şirin Mirzəyevin könüllülərdən ibarət batalyon yaratdığı xəbəri eşidildi. Biz bir neçə nəfər getdik onun yanına. Şirin Mirzəyev müharibənin allahı idi, onun əsgərlə davranışı, keçdiyi təlim, onlarda ruh yüksəkliyini qaldırması sözlə ifadə oluna bilməzdi. O, çox qısa zamanda güclü, döyüşkən bir könüllülər batalyonu yaratdı. Elə ordumuzun yaranması da demək olar buna. Onun sərkərdəliyi altında bir çox hərbi əməliyyatda iştirak etdim. Həm də onun gözünə görünmək istəmirdim. Hələ 16 yaşım tamam deyildi. Görsə idi, qovacaqdı. “Şahbulaq” batalyonunda Yavər adında kapitan vardı, mənim rota komandirim idi. Məni “Malış” çağırırdılar. Bir dəfə çağırdı yanına, dedi ki, komandir səni görmək istəyir. Şirin Mirzəyevi deyirdi. Getdim. Dedi ki, bala, sən hələ çox gəncsən, amma bizə sənin kimi qorxmaz, vətənsevər oğlanlar çox lazımdır. Ona görə də sən bizə sabah üçün lazımsan, bu gün sənsiz də keçinərik.

Pis olduğumu gördü. Saçımı sığalladı:

– Səni əsl döyüşçü, zabit kimi görmək istəyirəm. Ona görə də komandanlıqla danışmışam, göndərişlə gedirsən Naxçıvanski adına hərbi məktəbə, imtahan verib daxil olursan, sıralarımıza zabit kimi qayıdırsan. O vaxta qədər isə müharibəni udarıq, sən ərazimizi qoruyarsan.

Etiraz etməyimi görüb amiranə səslə dedi:

– Bu əmrdir, get hazırlaş!

Qalmaq üçün yalvardım. Dedi, yox, sənin məsələn həll olunub. Rəhmətlik istəmirdi tələf olam.

Surət Hüseynovun polku

– Beləliklə gəldim Naxçıvanskiyə, imtahan verdim, mənə güzəşt etdilər, birdən-birə 2-ci kursa qəbul etdilər. Bir il oxudum. Raport yazdım, müharibəyə getmək istədiyimi dedim, qala bilmirdim. Buraxmadılar. Şirin Mirzəyev minaya düşəndən sonra isə qala bilmədim, qaçdım cəbhəyə.

Şirin Mirzəyevdən sonra o batalyon da parçalandı. Hər kəs başqa-başqa batalyonlarda yerləşdirildi. Mən gəldim Yevlaxa, Surət Hüseynovun polkuna. Deyirdilər, onun yaxşı texnikası və silah-sursatı var, daima döyüşlərdə olurlar. Və başladım orada döyüşməyə. Sonra da Gəncə özünümüdafiə batalyonu vardı, komandiri Cavanşir idi, orada vuruşdum.

Fərrux dağına hücum

– Döyüş əməliyyatlarlndan hansını daha çox xatırlayırsan?

– Hamısını. Bir dəfə Fərrux dağını götürmək tapşırıldı. 30 nəfər idik. Gecə idi. Güclü qar yağmışdı. Ermənilər yüksəklikdə yatmışdılar. Səngərlərinə girdik. Postlarını ələ keçirdik. Hamısını qırdıq. Səhər kömək gözlədik. Gəlmədi. Ermənilərin isə şiddətli hücumu başladı. Uşaqlarımızın çoxu şəhid oldu. 3 gün saxladıq oranı. Aclıq, soyuq, sursat yox… 5-6 nəfər qaldıq, mühasirəni yarıb geri çəkildik.

Onu müharibəli günlərindən ayırıram. Bu günün real yaşamı haqda soruşuram:

– Elnur, bəs burda dayanırsan, sədəqə yığırsan, dövlətin qayğısı yoxdur ki sənə?

– 127 manat təqaüd alıram. Dərmanla yaşayıram. Dövlət nə etməlidir mənə, mən bilmirəm, ev verirlər, versinlər. Dilənirəm, toxunmurlar, buna da şükür. Hamı bilir ki, müharibə əliliyəm.

– Yəqin sənə sığınacaq veriblər.

– Yox, verməyiblər, Qaraçuxurda kirayə qalıram, 250 manata.

– Yəqin tək olursan.

– Yox, tək niyə? Ailəliyəm. Bir qızım da var.

– Sən yəqin ki, ayaqlarını itirməzdən öncə ailə qurmusan..

– Yox, ailə quranda elə 1-ci qrup ömürlük əlil idim. Yoldaşım qarabağlı qızıdır. Baxıcılıq edirdi. Yanına getmişdim. Xoşum gəldi. Sonra yenə də getdim. Diqqətli idi. Qarabağ qazisi olduğuma görə məni şikəst kimi görmürdü. Təklifimi qəbul etdi. “Sizlər vuruşanda bizə lazım idiz, bu gününzdə sizə sahib olmaq da bizim borcumuzdur”, – dedi. Toyumuz oldu.

Yaxşı iş quracam, mən mübariz adamam

– Necə dolanırsan?

– Millətimiz sağ olsun, sədəqə verirlər. Belə olmayacaq ki! Özümü təsdiq edəcəm. Yaxşı iş quracam, mən mübariz adamam, ümüdümü heç üzmürəm.

– Nə istəyirsən?

– Əgər mümkün olsa idi, mənə bir ticarət köşkü verərdilər, iş qurardım. 5-10 nəfər də dolanardı, evinə çörək aparardı. Amma kimdir kömək edən?

– Kim kömək etməlidir? Kimdən kömək umursan?

Elnurun gileyi özünü göstərir. İncikdir. İncikliyini biruzə də vermir:

– Qaqaşlar var e – cananlarının altına yüz min manata maşın qoyub, ev eşik alırlar. Nə olar, bizə də bir köşk qursunlar, cananları qaçmaz ki! Sabah döyüş olsa yenə də biz gedəcəyik, onlar arxada qalacaq…

– Necə gedəcəksən?

– Maşınım var, lyukunu açacam, protezimi geyəcəm ayağıma, bir pulamyot quraşdıracam və girəcəm döyüşə.

– Maşını veteran kimi almısan?

– Yox, mən heç  veteran da deyiləm. Sənədlərimi göndərmişəm MN-nə, Emin adlı biri var, ona. Müsbət cavab vermirlər. Deyirlər ki, sən döyüşə çağırışla getməmisən, özbaşına qaçıb getmisən. Qalmışam belə, nə edim? Maşını isə Neft Şirkətinin işçiləri orucluq bayramında fitrə kimi pul yığıb gətirmişdilər. Üstünü düzəldib, bir “Santafe” aldım.

Yaxşı oğlanlar var

Sonra bir qədər fikrə gedir, siqaret yandırdığımı görüb:

– Cibimdən siqaret götür ver.

Onun cibindən siqaretini götürüb ağzına qoyuram, yandırıram. Çəkir.

– Yaxşı oğlanlar var e… Ağsunun icra başçısı var, Ənvər müəllim, mənə İsmayllı tərəfdə Ağsu aşrımında yer verib. “Qarabağ Qazi Qardaşları” İstirahət mərkəzi tikdirirəm. Burdan pul dilənirəm, aya 1-2 min düzəldib göndərirəm ki, orada işləsinlər. Belə qalmayacaq ki! Amma o istirahət mərkəzinin sənədlərini düzüb qoşmq üçün məndən pul tələb edirlər. Deyirəm veteranam, deyirlər sənədini göstər… Yoxdur axı sənədim. Vermirlər.

Elnurla söhbətimiz zamanı bir neçə bahalı maşın saxlayıb ona sədəqə verir. Hiss edirəm ki, bu insanlar onun daimi müştəriləridir…

Faiq Balabəyli (Axar.az)

Previous Post

Əlsiz-ayaqsız qazi: “Fərrux dağını gecəylə götürdük” – Video

Next Post

Putin milyarderlərdən imdad dilədi – (Fotolar)

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

03 İyun 2026 - 18:23

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa...

Next Post

Putin milyarderlərdən imdad dilədi - (Fotolar)

Putin milyarderlərdən imdad dilədi - (Fotolar)

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.