"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gəncə Dövlət Universitetində Asif Cavadov macəraları

15 Dekabr 2014 - 12:14
in XƏBƏR LENTİ
FacebookVatsap

GDU-nun “qara qutu”su – tərbiyə işləri üzrə prorektorun rüşvət və korrupsiya dünyasında siyasi xəyanətdən tutmuş övladının avtoqəzasına qədır detallar

Bunu da oxuyun

Parlamentdə futbol müzakirəsi

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

1Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlar və təhsil yarıtmazlıqları haqda mediada dəfələrlə yazılıb. Bəzi söz-söhbətlərə görə bu təhsil müəsisəsinin bu şəkildə “vurulması” şəhər və universitet rəhbərliyi arasında olan konfliktlə bağlıdır. Həmin iddialara əsasən guya GDU haqda kompramatlar Gəncə şəhər icra başçısı Elmar Vəliyev tərəfindən mediaya ötürülür və qarşılıqlı olaraq eyni proses də sözügedən təhsil müəsisəsi tərəfindən E.Vəliyevə qarşı aparılır.

Bu iddiaların nə dərəcədə real olub olmamasını deyə bilmərik. Amma ortada olan fakt budur ki, GDU ilə bağlı bütün sandıqlar açılıb və bu sandıqdan tökülən pambıqla baş kəsmək olar. Bu dəfə isə, Gəncə Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Asif Cavadov haqda ilginc iddialar yayılıb və cumhuriyyet.az olaraq elektron poçtumuza daxil olan həmin məlumatları diqqətinizə çatdırırıq. Artıq hər işin başının rüşvətə bağlandığı Gəncə Dövlət Universitetində nizam-intizam və tədris qaydaları pozulmuş, mənəvi dəyərlər ayaqlar altına atılmışdır. Belə ki, pedaqoqa yaraşmayan hərəkətlərinə və rüşvətxorluguna görə vəzifədən alınan Asif Cavadov yenidən təqdimat ilə tərbiyə işləri üzrə prorektor təyin olunub. Müxtəlif qəzetlərə verdiyi müsahibələrdə bu adam 13 aydır ki, işsiz oldugunu iddia edir, halbuki vəzifədən alındıqdan sonra da universitetin tam ştat dosenti olmuşdur. Bu şəxsin işlədiyi sahə ilə əlaqəsi belə yoxdur. GDU-da rüşvət mexanizminin və narazılıqlarla dolu “idarəetmə sistemi”nin başında duran, GDU-nu faktik idarə edən Asif Cavadov haqqında kütləvi informasiya vasitələrində kifayət qədər yazılıb və müvafiq dövlət qurumlarına professor-müəllim heyəti dəfələrlə müraciət edib. Amma Təhsil Nazirliyi və müvafiq orqanlar hələ də susur. Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən, şəxsən cənab başçı E.Vəliyevdən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan Asif Cavadovdur, onun bu xidmətləri isə layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub. Çox maraqlıdır ki, “siyasi keçmişi” şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir. Görünür “qara qutu” olmaq üçün və pul yığmaqdanötrü vəzifəyə gətirilib.

Rüşvət mexanizmin başçısı və ideoloqu

Asif Cavadov indi rüşvət mexanizminə, faktiki GDU-ya başçılıq edir. Vaxtı ilə müxtəlif müxalifət partiyalarına çox sədaqətlə xidmət edən şəxslərin universitetdə rəhbər vəzifələrə təyin olunması buradakı siyasi baxışlara da aydınlıq gətirir. Öz maskasını dəfələrlə dəyişən, vəzifəsindən rüşvətxorluğuna görə qovulan Asif Cavadov tələbələrə necə siyasi- tərbiyəvi baxışlar aşılaya bilər? GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib. Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3” də vermirlər. “3”ün qiyməti 70, ”4″ün 80, “5”inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır.Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.

Özbaşınalıq, rüşvətxorluq, müxtəlif maxinasiyaların baş alıb getdiyi universitetdə bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir, dekan(20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb. Bunlar çirkli işlərin əsas koordinatoru, vaxtilə müsavat partiyasının üzvü olan tərbiyə işləri üzrə prorektorun sayəsində mümkün olub. Universitetdə yaşananların çoxundan rektor Y.Yusifovun heç xəbəri yoxdur. Çünki bu gün GDU-nun faktiki idarəçiliyi tərbiyə işləri üzrə porektorun əlindədir. O, tədris işlərinə də nəzarət edir, əslində tədrisin doğru-dürüst aparılmasına mane olur. Məhz bu prorektorun sayəsində universitetin ştat siyahısı “ölü canlarla” da xeyli zənginləşmişdir.

Tədris- köməkçi heyətinin attestasiyası niyə keçirilir və ya Şərab festivalı üçün hər dekandan 500 azn

Bir neçə gün bundan qabaq keçirilmiş universitetin elmi şurasında Asif Cavadovun rəhbərliyi ilə tədris-köməkçi heyətinin attestasiyasını keçirmək barədə qərar qəbul olunub. Bu attestasiyalar isə işçiləri qorxudub rüşvət yığılmasından başqa bir şey deyil. Universitetin rəhbərliyi 3000-5000 manat rüşvət alıb işə işçi götürür, sonra isə attestasiyaya keçirib “ixtisara düşürsən” bəhanəsi ilə 500-1000 manatdan yenidən rüşvət yığırlar. İxtisasca tarixçi, tərbiyə işləri üzrə prorektor olan Asif Cavadov rüşvət qutusunun başında durduğuna görə belə pul çıxan məsələlərə də o başçılıq edir.

Bu ilin payızında Gəncədə ənənəvi şərab festivalı keçirilmişdir. Bununla əlaqədar olaraq, Asif Cavadov şəxsi təşəbbüsü ilə rektorun özünün də xəbəri belə olmadan hər bir dekandan 500 manatdan pul yığmış və guya “yuxarıların” göstərişi ilə bunu etdiyini bildirmişdir. Halbuki tədbir tamamilə şəhər icra hakimiyyəti tərəfindən maliyyələşdirilirdi.

GDU-nun “qara qutusu”nun hansı əlavə səlahiyyətləri var?

Müəllimlər İnstitutunun Gəncə filialının bağlanması ilə əlaqədar olaraq orada təhsil alan tələbələrin və müəllimlərin GDU-ya yerləşdirilməsi üçün komissiya yaradılmışdır. Bu iş birbaşa tədris işləri üzrə prorektorun sahəsi olmasına baxmayaraq, cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, tədris işləri üzrə prorektor F.Məmmədov bu işdən tamamilə kənarlaşdırılmış, Müəllimlər İnstitutunun Gəncə filialının tələbə və müəllimlərinin yerləşdirilməsində güclü rüşvət yığıldığı üçün bu iş də “qara qutu” işləri üzrə prorektor Asif Cavadova tapşırılıb. Universitetdə yığılan rüşvətdə müəllimlərin nə iştirakı, nə də payı yoxdur, Asif Cavadov yığılan rüşvətin təhsil nazirliyi tərəfindən əllərindən alındığını iddia edir”.

Nazirlik Gəncə Dövlət Universitetini saxta diplom verilməsi ilə ittiham etdiyi bir vaxtda, o, 3000-5000 manata ikinci ixtisas vermək adıyla, müxtəlif şəxslərdən pul alıb qeyri-qanuni olaraq birbaşa ikinci kursa qəbul etdirmişdir. Maraqlıdır, kimya ixtisasını bitirmiş şəxs Hüseynova Cəmalə Şahin qızı 3500 manata ikinci kursa qəbul olunub necə tarixçi ola bilər? Yenə də bu pulların yığılmasında “qara qutu” işləri üzrə “prorektor” Asif Cavadov əsas rol oynamışdır. Yığılmış rüşvət və pul verən tələbələrin tam siyahısı Asif Cavadovun otağındakı pəncərənin qarşısında olan dəmir seyfin içərisində saxlanılır. İmtahanlardan yıgılan pullar, vəzifələrə təyin olunan şəxslərin verdiyi rüşvət, digər çirkli pullar… onun qarşısında öhdəlik götürdüyü müxalifət partiyalarınin maliyyələşdirilməsinə xərclənir.

Hətta İcra başçısı da bütün gəncəlilərin yanında buna münasibət bildirib

Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla bağlı, surəti möhtərəm Prezidentə göndərilmiş müraciətindən sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə sərt reaksiya verib. Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacağını bilən prorektor Asif Cavadov iclasa gəlmədi. Məlumat üçün qeyd edək ki, icra hakimiyyətindəki “yaxınları” tərəfindən Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdı. Yığıncaqda Elmar Vəliyev üzünü zala tutaraq dedi: “Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? …Mən saytlarda gedən yazıları oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə qoydurdu”.

Məmur özbaşınalığı

Asif Cavadovun oğlu Amil Cavadov isə bir nəfəri maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və semestrdə yığılan pullardan çox cüzi hissəsini – 40000 manat verərək şikayət olunmanın qarşısını almışdır. Bundan əlavə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Asif Cavadov həm də maşın alveri ilə məşğul olur, başqa bir məlumata görə Gəncə şəhər icra hakimiyyətinin fəaliyyətindən müxtəlif orqanlara qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur, çox maraqlıdır, siyasi keçmişi şübhəli olan Asif Cavadovun məşğul olduğu işlərin heç biri onun daşıdığı tərbiyə işləri üzrə prorektor vəzifəsinin funksiyasına uyğun gəlmir, Təhsil Nazirliyi isə seyrçi mövqeyindədir.

Rəhbərin eşidən “qulağı”

A.Cavadov müəllimlər, kafedra müdirləri, şöbə müdirləri, bəzən də dekanlar, hətta 1-2 prorektorlar haqqında olmayan yalan məlumatları tez-tez hörmətli rektor Y.Yusifovun qulaqlarına “pıçıldayır”, onu buna inandırmağa çalışır, “xalq düşmənləri”nin ovuna çıxır. Bu günlərdə isə təhsil nazirinə “guya GDU-da heç bir müəllimin, professorun incidilmədiyi barədə” savadsız bir müraciət yazaraq məcburi şəkildə müəllimlərə imzalatdırmışdır. Deyilənə görə, Y.Yusifov artıq ona əvvəlki qədər inanmır.

2003-cü ilin məşhur tostu

Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı. Həmin seçkilər ərəfəsində LALƏ ŞÖVKƏT hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Gəncədə hamı bilir ki, Asif Cavadov Müsavat partiyasının, həyat yoldaşı isə Lalə Şövkətin partiyasının üzvü olmuşdur. Bütün şüurlu fəaliyyətini dövlətçiliyimizə həsr edən layiqli kadrlar dura-dura, bu günə qədər (bəlkə indi də) ailəlikcə Heydər Əliyevin əleyhdarı olan, maddi və mənəvi cəhətdən müxalifəti dəstəkləyən bir şəxsi Təhsil Nazirliyi hansı səbəbdən bu cür mühüm posta rəhbər təyin etmişdir? İnsan öz simasını xamilyon kimi nə qədər dəyişə bilər? Görünür, Təhsil Nazirliyinə bu cür kadrlar daha sərfəlidir.

Heydər Əliyevin əleyhinə təbliğat aparan Asif Cavadov Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Rauf Arifoğlu, Arif Hacılı və digər müxalifət liderləri ilə ” Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi.

İcra hakimiyyətinə şikayət

Tələbələr özbaşınalıqlarla bağlı, Gəncə şəhər icra hakimiyyətinə qrup halında bir dəfə şikayətə getmişdilər Buna görə, məhz Asif Cavadov tələbələri sıxışdırmağa başladı, “üzünüzə tüpürüm” dedi.Tərbiyə işləri üzrə prorektor tələbənin üzünə tüpürürsə, dekan Mübariz Yusifov “Sizə belə bir məlumatı verən adam başını daşlardan-daşlara döyür. O işin başında duranı çağırmışıq, həmin tələbənin o üzünə, bu üzünə tüpürmüşük, çıxıb gedib.”deyirsə,başqa bir dekan “Əcəb eləmişəm. O zəng vurur, bu zəng vurur. Kim yazıb onun adını yazın da. Yazın ki, bu köpəkoğlu edib də…”deyirsə, Etika komissiyasının sədri Əliqıllı Quliyev 77 yaşı olmasına rəgmən öz cavan işçisi olan ailəli xanımla kabinetində biabırçı eşq səhnələri yaşayırsa və s… bütün bunları əlbəttə,Asif Cavadovun apardığı tərbiyəvi işlərin səviyyəsinin, keyfiyyətinin, etik qaydaların və sairənin mövcud vəziyyətinin bir işartısı hesab etmək olar…

Öz işi ilə məşğul olmur

Universitetdə tələbələr arasında da tərbiyəvi söhbətlər aparılmır ,tərbiyə işləri üzrə prorektor öz funksiyasını yerinə yetirmir,çünki universitetdə çirkli pulların yığılması işinə bir başa bu prorektor başçılıq edir.Ona görə də tərbiyəvi-əxlaqi işlər sıfır səviyyəsindədir.Elə bunların nəticəsidir ki, iki ay bundan öncə riyaziyyat fakültəsının 1-ci kurs tələbələri universitetdə mübahisə etmış və nəticədə Orxan Qarayev öz qrup yoldaşı Toğrul Mirzəyevə 4 bıçaq zərbəsi vurmuşdur.

Etika komissiyası

Bundan başqa universitetdə yaradılmış etika komissiyasının sədri adı müxtəlif qalmaqallarda hallandırılan 77 yaşlı Ə.Quliyev olsa da,faktiki rəhbəri də Asif Cavadovdur. Bu komissiyada isə etikadan başqa hər şey müzakirə olunur. Rəhbərliyin rüşvətxorluq siyasətinin əleyhinə çıxan, aylığa buraxılmış tələbələrə qayibyazan müəllimlər burada «mühakimə» olunurlar.

“Perevodla” bağlı hadisə

Bu yaxınlardauniversitetdə qalmaqallı dahabir olay yaşandı.Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə G…….. adlı tələbə GDU-danbaşqa bir tədrismüəssisəsinə köçürülmək üçünrektorluğa müraciət etmişvə bu zamanona Asif müəllimlə əlaqəsaxlamağı məsləhət bilmişlər. Asif müəllimisə həmin tələbədən”perovod” üçün 10.000manat almışdır. Günlər kecdikcə perovodunləngidiyini görən tələbəninvalideyni təhsil nazirliyinə müraciətetmiş, nazirlikdə ona buişin artıq gec və mümkünsüz olduğunu demişlərvə söhbət əsnasındatələbənin valideyni 10000 manat verdiyini dilindənqaçırmışdır. Nəticədə rektor Yusif Yusifovu nazirBakıya çağırıb danlamışvə ondan buna və mətbuatdayayımlanan digər biabırçılıqlara sonqoymağı tələb etmişdir.

Son söz əvəzinə…

Təhsil səviyyəsinin aşağı salınması və belə biabırçı hallar gənc kadrların yetişdirilməsində ciddi maneəyə çevrilir. Nəticədə ölkəmizin hərtərəfli inkişafı xaricdə təhsil alan kadrların ümidinə qalır. Təbii ki, xaricdə təhsil alanlar ölkəmizə mütərəqqi ideyalarla yanaşı, həm də əcnəbi əsarəti də gətirirlər. Necə ki, bu gün həmin təhlükəni yaxından hiss edirik. Nurcuların bütün dövlət orqanlarını sarmaşıq kimi sarımasında öz ali məktəblərimizdə yetişən kadrların yarıtmazlığının da payı az deyil. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi,xüsusilə hörmətli Prezidentimiz Azərbaycanı gözləyən potensial təhlükədən xilas etmək üçün təcili tədbirlərə əl atmalı və ilk növbədə işə tarixi sağlam köklərə malik universitetlərdən başlamalıdır. Ümidvarıq ki, dövlətimizin inkişafında həmişə qətiyyətli mövqeyiylə seçilən hörmətli Prezidentimiz İlham Əliyev bu məsələyə öz münasibətini bildirəcək və başda Gəncə Dövlət Universiteti olmaqla bir sıra ali məktəbləri uçuruma sürükləyən yarıtmaz rəhbərlərindən xilas edəcək.

Previous Post

Gəncə Dövlət Universitetində Asif Cavadov macəraları

Next Post

Rəsul Quliyev Müsavatı ələ saldı

Bənzər yazılar

Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29

Milli Məclisin bugünkü plenar iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 7...

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

Prezidentdən Ətraf Mühit Günü ilə bağlı paylaşım

05 İyun 2026 - 13:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib. Elchi.az xəbər verir ki, paylaşımda qeyd...

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Next Post

Rəsul Quliyev Müsavatı ələ saldı

Rəsul Quliyev Müsavatı ələ saldı

Son xəbərlər

Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

Dünya çempionatının bombardirləri: Kloze zirvədə, Messi və Mbappe siyahıda

05 İyun 2026 - 16:44
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

05 İyun 2026 - 16:32
9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

05 İyun 2026 - 16:25
Zakir Fərəcov səyyar görüş keçirdi

Zakir Fərəcov səyyar görüş keçirdi

05 İyun 2026 - 16:18
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

05 İyun 2026 - 16:09
Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

05 İyun 2026 - 16:06
“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

05 İyun 2026 - 16:00
Hindistanda “Tarakan partiyası” bloklanıb

Hindistanda “Tarakan partiyası” bloklanıb

05 İyun 2026 - 15:46
Bir gündə 7 bağlı cinayət də açıldı

Bir gündə 7 bağlı cinayət də açıldı

05 İyun 2026 - 15:30
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 İyun 2026 - 15:14
ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

05 İyun 2026 - 15:00
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

05 İyun 2026 - 14:49
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

05 İyun 2026 - 14:38
Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

05 İyun 2026 - 14:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.