"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Gevorkyanlar ailəsinin sirri və çağdaş mediamız

15 Dekabr 2014 - 10:19
in Banner, KÖŞƏ YAZILARI
FacebookVatsap

Hər şeyi olduğu kimi yazmaq artıq ciddi zərurətə çevrilib. Qənaətim qətidi: daha nəyisə gözləmək, hansısa möcüzənin baş verəcəyinə ümid 10670057_1508467646093604_5071302303899199900_nbəsləmək haqqı itirilib. Kiminsə məndən inciyib-inciməməsinin fərqində deyiləm. Söhbət xalqımın, dövlətimin informasiya təhlükəsizliyindən gedir!.. 

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Gevorkyanlar ailəsinin simasında yaşananlar çağdaş mediamızın immun sistemini, müqavimət imkanlarını, “döyüş” qabiliyyətini ortaya qoydu və mənə öz səbrimin hüdudlarını tanıtdı…
***
Ələdüşməz fürsət idi, fövtə verdik! Təəssüf! Erməni toplumunun az qala bütün təbəqələrini təmsil edən bu ailə – seyrçisinə çevrildiyimiz son “tamaşanın” baş qəhrəmanları bizim mübhəm sükutumuza artıq sevinə bilər!
Ancaq bu tragikomediyaya yalnız müşahidə mövqeyindən baxmaqla kifayətlənən çağdaş mediamız, həm də öz daşlaşmış “səbrilə” çox şeyə, o cümlədən onun üçün yaradılmış hüdudsuz imkanlara haqq etmədiyini sərgilədi. Xidməti maşınlar, saray kimi ofislər, ən müasir texniki avadanlıqlar və bütün bunların müqabilində, bir-birini təkrarlayan iki-üç kəlmədən ibarət bəsit və məntiqsiz münasibət, mənasız reaksiya…
Son dərəcə geniş auditoriya üçün nəzərdə tutulmuş bu erməni şousuna o qədər məhdud əhatə dairəsindən yanaşdıq ki, mövqeyimiz hətta “bu nömrəyə zəng çatmır” səviyyəsinədək daraldı. İndiyədək yaşantılarımızın qafiyəsini pozmaqdan qorxanlar bu dəfə də kol dibində gizlənməklə zamanı aldatdıqlarına, əsl simalarını gizlətdiklərinə güvənməsinlər. Pozulmayan qafiyə əksər media maqnatlarını gülüş və qınaq obyektinə çevirdisə, daha bunun günahını məndə axtarmayın: “Xudaverdi, Tanrıverdi, İmamverdi, Allahverdi… var idi, bu da oldu YOLAVERDİ…”
Xətrinə dəydiyimə görə kimdənsə üzr istəmək niyyətində deyiləm. Aqressivliyim belə həssas bir dövrdə eyni cəbhəni bölüşdüyüm silahdaşlarıma arxalanmaq, güvənmək imkanlarımın məhdudluğundan qaynaqlanır.
Bilmək istəyirəm, hanı sizin sözünüzün kəsəri, hanı sizin düşünən beyinləriniz! Yoxsa, geniş salonlarda hamıdan başda oturmaqla, “şoumenləri”, küçə qadınlarını, nə bilim daha kimləri və nələri reklam etməklə, bir sözlə, ucuz informasiyaları tiraj mənbəyinə çevirməklə işinizin bitdiyinimi düşünürsüz!?..
Televiziyalarımızın səviyyəsi isə adamın lap ürəyini bulandırır. Dinimizin belə tarixi ağır günlərində qapısı bağlı, sayı-hesabı bilinməyən şadlıq saraylarımız, əslində, mavi ekranlarımıza “etap” olunub. Bir intellektual verilişin dinləyicisinə çevrilmək üçün günlərlə ekran qarşısında dayanmaq belə azdı! Heç orta və yaşlı nəsli demirəm, sabah bu dövlətin yükünü çiyinlərində daşıyacaq yeniyetmə və gənclərimizin mənəvi-əxlaqi süfrəsinə hansı menyu ilə çıxdığımızın fərqində deyiliksə, deməli, gələcəyimiz artıq risk zonasındadı!..
Həmkarlarım tərəfindən fikirlərimin səmimi qarşılanacağı qənaətindəyəm. Fərdi məqamlara söykənən umacağım, kimdənsə gizli niyyətim yoxdu. Uzunmüddətli xidmətimin müqabilində dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə təmin olunmuşam. Bundan artığına ehtiyac duymuram. Sıralarımızdakı boşluqlara görə sərgilədiyim məsuliyyət isə indiyədək adət etdiyim yaşam tərzimlə, həyat fəlsəfəmlə bağlıdı. Son nəfəsimi də bu xalqın, bu dövlətin əsgəri kimi dərəcəyəm…
İnanın, onlarla, yüzlərlə əməkdaşı olan hansısa media holdinqin fəaliyyətini, döyüş postunda dayanan bir əsgərin belə xidmətlərilə müqayisə etmək müşkülə dönəndə, susmaq əsl cəhənnəm əzabına çevrilir. Ən azı ona görə ki, Daşnaksütyun partiyası tərəfindən hər bir erməniyə, ehtiyaclarından bəzilərini hətta satmaq bahasına olsa belə, silahlanmaq, iki yaşınadək bütün müsəlmanları (türkləri – İ.R.) gördükləri yerdə və fürsətdə dərhal qətlə yetirmək kimi gizli və təhlükəli bir təlimat verilib…
***
Beləliklə, Ermənistana təhvil verilmiş istər Gevorkyanlar ailəsi, istərsə də hərbi əsir Akop İnciqulyan İrəvanda nümayiş etdirilən “tamaşanın” baş qəhramanları kimi ölkəmizə ünvanladıqları hədyanlarla növbəti dəfə uğursuz bir ssenarinin müəllifinə çevrildilər. Əslində, hər bir sözü, hər bir cümləni səhnə arxasında gizlənmiş sufliyorun diktəsilə təkrarlayan bu zavallı “aktyorlardan” incimək tamaşaçı zövqünü şübhə altında almaq qədər haqsızlıq olardı. Onlardan bundan artığını gözləmək isə indiki gərgin məqamda diletantlıq – təpədən-dırnağadək silahlanmış düşmənin qarşısına yalın əllə çıxmaq kimi düşünülməmiş təhlükəli addım deməkdi.
Yəni, sufliyoru – səhnə arxasında gizlənmiş UZUNQULAĞI qoyub, Gevorkyanlar ailəsini, yaxud Akop İnciqulyanı – PALANI döyməyin nə mənası!..
Axı bu uzunqulaq (bundan sonra Serj Sarkisyan – İ.R.) hakimiyyəti öz məkanında ətrafındakı mühitin diktəsini çoxdan müəyyənedici amilə çevirib. Mütləq reallıqla xəyal arasındakı sərhəddin itməsi, kütlə tezislərinin ana tezislər kimi qəbul olunması isə sonda erməni toplumunu artıq affekt vəziyyəti həddinədək havalandırıb. Bunu anlamaq üçün uzağa getməyə ehtiyac duymuram, sadəcə ata Gevorkyanın hədəqəsindən çıxmış, bərəlmiş gözlərinə baxmaq kifayətdir. O gözlər Azərbaycan xalqına yox, Serj Sarkisyana bərəlib; o sözlər Azərbaycan xalqına yox, Serj Sarkisyan hakimiyyətinə ünvanlanıb! Niyə başa düşmürsüz!
Niyə başa düşmürsüz ki, 16-40 yaşlı erməni kişiləri şüursuz idarəolunmaya tam hazır vəziyyətdə, psixoloji təhdidlər məngənəsində boğula-boğula əsas genetik cəhətlərini belə artıq itirirlər. Buna görə də əlacsızlıqdan Ermənistanı tərk edən qadınların 90 faizi digər millətlərin nümayəndələrinə ərə gedir; buna görə də erməni qadınları fiziki baxımdan dünyanın ən tez qocalan qadınları sayılır; buna görə də erməni toplumunun intellektual bazasının 90 faizini yerlilər deyil, məhz xaricdə yaşayan ermənilər təşkil edir və s. və i…
***
Erməni mühitinə hakim kəsilmiş kütlə psixologiyası fərqli fərdi düşüncə tərzilə seçilən adamları daim panik hücumlarla – təzyiq və təhdidlərlə təkləyir. Nəticədə insan təfəkkürünün deformasiyası, şəxsiyyətin ikiləşməsi, sinxronluq və vizuallıq – düşüncəyə söykənməyən yaşam tərzi toplumu idarə edən əsas amilə çevrilir. Bu səbəbdən gevorkyanlar ailəsi hər şeyi göz altına alır, öz nicatını hətta Azərbaycanda axtarır, şəxsi avtomobilində Yerasx-Naxçıvan sərhəddini keçir. Onları ki Bakıya dəvət etməmişdik! Özləri könüllü şəkildə əl-ələ verib bizə pənah gətirməmişdilərmi! Biz də onları düz dörd il doqquz ay burada saxladıq…
İndi Azərbaycan dövlətinin BMT-yə, Qaçqınların işi üzrə Ali Komissarlığa dəfələrlə müraciət etməsinə baxmayaraq, bu erməni ailəsini heç bir üçüncü ölkə qəbul etmək istəmədisə, o üzdən onları beynəlxalq təşkilatların köməyilə yenidən geri qaytarmışıqsa, nəhayət, zavallı Gevorkyan Yeqişe Petroviç orada unvanımıza hədyanlar söyləyirsə, bunu növbəti bir erməni çabası kimi qarşılamaq üçün alim olmaq lazım deyil ki! Axı bu bədbəxt nə deməli idi!..
***
Erməni toplumunun natamamlıq, özünütəcrid kompleksi və ünsiyyət sferasında müşahidə olunan ciddi çatlar buradakı hər bir fərdi çox ağır seçim və dilemme qarşısında qoyur: o həm kütlədən ayrılmaqdan, həm də kütlədən qorxur. Hər an Serjin yaxın ətrafından gözlədiyi zərbə erməni fərdini nəinki özündən, hətta öz ev-eşiyindən, öz od-ocağından çıxarır. Bax beləcə, Sarkisyan hakimiyyəti hər şeyi, hətta xalqını belə şəxsi maraqlarının qurbanına çevirir.
Nəticədə ölkə boşalır; yad torpaqlarda xidmət etməyə adam tapılmır; zorla Azərbaycana – işğal olunmuş Qarabağa göndərilənləri tərxis etmək problemə çevrilir və s. və i.
O üzdən Gevorkyanlar ailəsinin Azərbaycana pənah gətirən sonuncu erməni ailəsi olmayacağına inanıram. Ona da inanıram ki, növbəti qonaqlarımızın gəlişi çağdaş mediamızın bu qulaqbatıran sükutunu – uğursuz qafiyəsini mütləq pozacaq…
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenant

(Aktual.az)

Previous Post

Gevorkyanlar ailəsinin sirri və çağdaş mediamız

Next Post

Türkiyədə həbs olunacağını bilən jurnalist xaricə qaçdı

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

Next Post

Türkiyədə həbs olunacağını bilən jurnalist xaricə qaçdı

Türkiyədə həbs olunacağını bilən jurnalist xaricə qaçdı

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.