"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Rusiyadakı soydaşlarımız geri dönsə…

10 Dekabr 2014 - 15:29
in GÜNDƏM
FacebookVatsap
Vahid Əhmədov: “Rusiyada çalışan azərbaycanlıların kütləvi şəkildə geriyə qayıtması real deyil”img1693137
 
Samir Əliyev: “Soydaşlarımız geri dönsə,  ən çox regionlarda sosial gərginlik yaranacaq” 
Rusiyada hökm sürən iqtisadi böhranın bu ölkədə yaşayan soydaşlarımızın durumuna da təsirsiz ötüşməyib. İqtisadçı ekspertlər Rusiyada iqtisadı böhranın bu cür davam edəcəyi halda oradakı soydaşlarımızın kütləvi halda ölkəyə dönməsini istisna etmir.
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Samir Əliyevin fikrincə, Rusiya yaşayan azərbaycanlıların kütləvi şəkildə ölkəyə dönməsi gözlənilən deyil: “Statistikaya görə, təxminən  iki milyona yaxın vətəndaşımız Rusiyada işləyir. Rəsmi məlumatlara görə, həmin şəxslər il ərzində ən azı 1,2 milyard dollar həcmində vəsaiti bank vasitəsilə Azərbaycandakı ailələrinə göndərirlər. Qeyri-rəsmi yollarla göndərilən vəsaitləri də nəzərə alsaq, söhbət 2,5- 3 milyard vəsaitin ölkəyə daxil olmasından gedir. Bu vəsait də əsasən, Azərbaycanda regionlarda yaşayan insanların gəlirlərinin əsas hissəsini təşkil edir. Çünki Rusiyaya qazanc dalınca gedənlərin əksəriyyəti məhz regionlardan gedənlərdir. İndi isə rubl ucuzlaşıb. İlin əvvəlində hər min  rubl  23 manat dəyərində idisə, indi bu 14 manata düşüb. Bu o deməkdir ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin dəyəri də hər min rubla görə, 9 manat azalıb.  Eyni zamanda Rusiyada iqtisadi mühitin pisləşməsi, istər satış, istər xidmət sektorunda çalışanların qazanclarını da ciddi şəkildə azalıb. Belə olan halda, nəzəri baxımdan yanaşsaq  oradakı azərbaycanlılar ölkəyə geri dönməlidirlər. Ancaq mən inanmıram ki, kütləvi qayıdış baş versin”.
İqtisadi ekspert onu da qeyd etdi ki, ölkəyə qayıdan soydaşlarımızın buradakı durumu da zamanla çətinləşə bilər: “Ölkəyə qayıdanlar orada qazandıqları vəsait hesabına müəyyən müddət dolanacaqlar. Kimi əlindəki pulla burada ev alıb kirayə verəcək, kimisi ailəsini dolandıracaq. Bu baxımdan ilk zamanlarda ciddi narahatlıq olmayacaq. Ancaq 4-5 ay sonra onların büdcəsində ciddi problemlər yaranacaq. Bir tərəfdən işsizliyin artması, digər tərəfdən gəlirin olmaması sosial baxımdan çox çətin vəziyyət yaradacaq. Ən çox regionlarda sosial gərginlik yaranacaq. Bu durum cinayətkarlığın artmasını da şərtləndirə bilər”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiyadakı vətəndaşlarımızın kütləvi şəkildə dönəcəyi real deyil: “Son zamanlar Rusiyaya qarşı olan sanksiyalar orada yaşayan işləyən azərbaycanlılara da təsirsiz ötüşməyib. Rus rublu manata nisbətdə təxminən  1,5 dəfə dəyərdən düşüb. Bütün bunlar orada işləyən soydaşlarımıza da təsir göstərir. Ötən gün Moskvada yaşayan azərbaycanlılardan bir neçəsi yerli telekanallara müsahibəsində bildirdi ki, əgər növbəti ayda da vəziyyət düzəlməsə, ola bilər ki, vətənimizə qayıdaq. Bu gözlənilən haldır. İldə bir neçə dəfə bu baş verir. Rusiyada müəyyən hadisələr baş verir, vətəndaşlarımız geri qayıdır. Bu dəfə də ciddi bir axın olmasa da, müəyyən sayda insan ölkəyə qayıdacaq. Azərbaycan hökuməti bu kimi durumlara hər zaman hazırdır”.

 

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Previous Post

Rusiyadakı soydaşlarımız geri dönsə…

Next Post

Mübariz Mənsimov “Xəzər-Lənkəran”dan imtina etdi

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post

Mübariz Mənsimov "Xəzər-Lənkəran”dan imtina etdi

Mübariz Mənsimov "Xəzər-Lənkəran”dan imtina etdi

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.