Serbiya “Cənub axını” təbii qaz layihəsinin bağlanmasından böyük zərər görəcək. Axar.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Serbiyanın Xarici İşlər naziri
İvisa Daçiç deyib. Daçiç bu qaz kəməri layihəsinin baş tutmayacağı halda itkilərin olacağını, bunun Avropa Birliyi və Rusiyaya da təsir edəcəyini vurğulayıb. “Layihənin reallaşdırılmasına hələ də ümid edirik. Biz gözləyirik ki, bu, ən yaxşı yolla həll ediləcək”, – deyə Daçiç bildirib. Xatırladaq ki, “Cənub axını” qaz kəmərinin tikintisi ilə bağlı müzakirələr Rusiya Prezidenti Vladimir Putinin dekabrın 1-də Ankaraya səfərindən sonra dayandırılıb.
Suriya Prezidenti kürd lideri özünə müşavir təyin edib
Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şəra kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Abdini özünə müşavir təyin...



















Son şərhlər