"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

ADP sədri AXCP sədri ilə bağlı şok faktlar açıqladı

07 Dekabr 2014 - 09:48
in Kateqoriyasız
FacebookVatsap

ADP sədri Sərdar Cəlaloğlu ilə Əli Kərimli arasında başlayan söz savaşı günlərdir ki, davam edir. Hər şey isə  AXCP üzvlərinin sosial img1618524şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqir dolu ifadələr işlətmələrindən sonra başlayıb. Sərdar Cəlaloğlunun bu təhqirlərə cavab olaraq, “Hürriyyət” qəzetinə verdiyi geniş müsahibədə Əli Kərimlini “Azərbaycan siyasətinin primadonnası” adlandırması hər iki partiya arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub. 

Bunu da oxuyun

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Aİ Çin şirkətlərini hədəf alıb

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Hazırda sosial şəbəkələrdə AXCP üzvləri Sərdar Cəlaloğlunu ən aşağılayıcı sözlərlə təhqir etməkdə davam edirlər.

ADP sədri “Yeni Müsavat”a açıqlamasında Əli Kərimli və ətrafının öz əxlaqlarını nümayiş etdirdiklərini bildirdi: “Hötenin ”Əxlaq elə bir güzgüdür ki, hər kəs öz sifətini göstərir” kimi gözəl fikri var. Mən nə “Azadlıq” qəzetini, nə də virtual aləmi oxuyuram. Əli Kərimli müxalifətin lideri deyil. O, heç AXCP lideri ola bilmədi. Elçibəyin ölümündən sonra partiya parçalandı. Əli Kərimlinin əlində qalan hissə 6-7 yerə dağıldı. Bir təşkilata liderik edə bilməyən insan müxalifətin necə lideri ola bilər? Bütün bunlar onun hakimiyyət hərisliyini göstərir. O, müxalifətdə qalmağından özünə hakimiyyət düzəltmək istəyir. Onun hansı addımı cəmiyyət və müxalifət düşərgəsi daxilində qəbul edilir? 

O, 10-15 nəfər gənci internetə qoşub, özünə səs yazdırmaqla məşğuldur. Bu, balaca uşağın öz-özü ilə oynamasına bənzəyir. Bunlar Əli Kərimlinin özünə qarşı işləyən bir “piar”dır. O, ən çox ittihamlara məruz qalmalı olan adamdır. Bizi tənqid edənlər keçmişə nəzər salsınlar. Əli Kərimli deyir ki, Elçibəy liderimdir. Qeyd edim ki, ölənə qədər Elçibəy onu yaxına buraxmamışdı. Çünki ona sağlığında xəyanət etmişdi. 1998-ci ildə seçkilər boykot ediləndə, Elçibəyin müavini ola-ola Etibar Məmmədovla saziş imzalamışdı. Öz fikirlərini diktə etdirmək üçün Xalq Cəbhəsinin daxilinə “yurdçular” salmışdı. Əli Kərimli müxalifətin bir neçə birliyini parçalayıb, parlamentdən yer alan şəxsdir. O, 1.2% səs toplamaqla 6 deputatla təmsil olundu. 

Kimlərlə əlaqəyə girdiyi hamıya məlumdur. Hazırda Müsavatla intriqa apararaq, müxalifətin bir araya gəlməsinə mane olmağa çalışır”.

ADP sədri heç yerdə demədiyi şok faktlar açıqladı: “Bu adamın hərəkata gəlməsinin özü necə olub? Onu universitetdən meydana göndərən komsomol katibi kimdir? Hansı məqsəd və tapşırıqla göndərib? Elə bilirlər ki, hər şey unudulub. Zənn edirlər ki, kim hakimiyyəti söyürsə, müxalifət odur. Sən həmin adamsan ki, bu iqtidarla 10 illik saziş imzalayıb, parlamentdə oturmusan. Onun hesabına müəyyən reytinq qazanmısan. Səndə bu güc, qüdrət varsa, nə əcəb şəxsiyyət vəsiqəni ala bilmirsən? Sən öz hüququnu qoruya bilməyən bir insansan. Guya ki, hüquqşünassan. Sizin qəzetiniz vasitəsilə bəyan edirəm ki, Əli Kərimli gəlsin, üzbəüz danışaq. Sosial şəbəkələrdə mənə qarşı ”meyityaran” kimi ifadələr işlədilir. Bütün vəzifələr şərəflidir. O hesab edir ki, ölü yarmaq pis peşədir, o zaman qərar verən hakimlik də pisdir. 

Belə şeylər yazmaqla nəyə nail olmaq istəyirlər? Kim satılacaq qoyaq kənara. A bala, sən özün bir keçdiyin yola bax. Müxalifətin bu günə düşməsinin baiskarı Əli Kərimlidir. 2003-cü ildə İsa Qəmbərin namizədliyi məsələsində Əlinin hansı oyunları oynadığını çox gözəl bilirəm. İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov və Rəsul Quliyev də yaxşı bilir. Onun həmin vaxt mənə dediyi bir sözü açıqlayacağam. Mənə demişdi ki, adım satqın kimi çıxdığına görə sən bütün qüvvələrin İsa Qəmbərin ətrafında birləşməsi ideyasını irəli sür, mən də Etibara təzyiq edəcəm. İsa Qəmbəri dəstəkləməsi üçün onun xahişini yerinə yetirdim. Amma onun xarakteri özünü büruzə verdi. Bizdən xəbərsiz İsa Qəmbər və Etibar Məmmədov arasında görüş keçirmişdi. Bizi kənarda qoymaq üçün. Orada da satqın olduğunu göstərdi. Sərdar Cəlaloğlunda hakimiyyət kreslosu yoxdur. Əli, get hakimiyyətlə davanı apar. Gecə-gündüz 5-10 nəfər tərbiyəsizə məni söydürür, “Azadlıq” qəzetində palaz-palaz yazılar dərc etdirirsən. Bəzən bu əxlaqsız sözlərə cavab verməyə məcbur oluram”.

“Onu universitetdən meydana göndərən komsomol katibi kimdir?”

Sərdar Cəlaloğlu Əli Kərimli dövlət katibi olarkən onun etdikləri haqqında inanılmaz faktların olduğunu da qeyd etdi:“Əli Kərimli, məndə sən dövlət katibi olarkən etdikləri haqda elə faktlar var ki, açıqlasam, biabır olarsan. Adamı hər şeyə məcbur etmə. Bu söhbətləri yığışdır. Gah İsa Qəmbərlə davaya başlayır, ondan qurtaranda mənim üzərimə düşür, ardınca Etibar Məmmədovu qaralayır. Özü də bir üsul tapıb. Özü çıxmır ortalığa, ”qulbeçələr”ini qabağa verir. İstəyir ki, müavinləri ilə tərəf müqabili olum. 20 ildir bu metoddan istifadə edir. Müavinlərini çağırıb tapşırıq verir ki, filankəsi söyün. Onlar da 10-15 saxta profillə hücuma keçirlər. Bir də görürsən biri yazıb ki, Əli Kərimli Azərbaycan xalqının xilaskarıdır. Axtaranda görürsən ki, Əlinin muzdlu bir işçisidir”. 

ADP sədri onu hakimiyyətlə işləməkdə ittiham edənlərə də sərt cavab verdi: “Parlamentdə yer almağım Əli Kərimlini niyə narahat edir? Belə çıxır ki, o, çox narahatdır müxalifətdən kiminsə deputat olmağına. İki dəfə deputat olmusan, Əli Kərimli. O zaman biz niyə narahat olmadıq? O, öz aləmində bilir ki, kim parlamentə düşə bilər. 2005-2010-cu illərdə parlaq qələbə qazanmışam. Bilir ki, yenə qalib gələcəm. İndidən öz aləmində qələbəmi kölgə altına salmaq istəyir. Onun saxta mandat aldığı sübut olunub. Sən parlamentdə olanda müxalifət, İqbal Ağazadə və başqaları olanda satqın olurlar? Sən məni söyürsən. Cavab verməməliyəm? İntriqanı sən başlatmısan. Ümumiyyətlə, sənin haqqında düşünmürəm. Deyirsən ki, Müsavatla müttəfiq deputat olmaq istəməyimə görədir. Dünənə qədər sən müttəfiq idin. Əgər Müsavatla müttəfiq olmaq kimisə deputat edirsə, onda sənin ağlın yoxdur”.

Cavanşir ABBASLI

Previous Post

ADP sədri AXCP sədri ilə bağlı şok faktlar açıqladı

Next Post

“Qafqazın taleyini Türkiyə həll edəcək”

Bənzər yazılar

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40

Bu gün Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir. Elchi.az xəbər verir ki, bununla...

Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini müzakirə etdiyi bir vaxtda, Aİ-nin xarici işlər nazirləri iyunun 15-də Lüksemburqda keçiriləcək...

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti müəyyənləşib. Elchi.az xəbər verir ki, baş məşqçi Faiq Qarayev yarış...

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17

“Şahdəniz 2” layihəsi çərçivəsində hazırda ildə 17 milyard kubmetr qaz hasil olunur. Bu barədə Elchi.az-a “BP Azerbaijan”dan məlumat verilib. Bildirilib...

Next Post

“Qafqazın taleyini Türkiyə həll edəcək”

“Qafqazın taleyini Türkiyə həll edəcək”

Son xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.