"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Mehdi Hüseyn İlyas Tapdığı niyə Yazıçılar İttifaqından çıxarmaq istəyirdi? – MÜSAHİBƏ – FOTOSESSİYA

04 Dekabr 2014 - 13:24
in MƏDƏNİYYƏT
FacebookVatsap

“Mir Cəfər Bağırov göstəriş vermişdi ki, o uşağı təcili tapın, universitetin ərəb af51529e1cd65834133c9cb0af6d439fşöbəsinə qəbul eləyin”

Bunu da oxuyun

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

 

 

 

…Fotoqraf Fəxri ilə dayanmışıq liftin qabağında, nabələd-narahat ora-bura boylanırıq. Hay-küylə iki qadın gəlir, biri soruşur: oğlum, bəlkə köməyim dəydi?! İlyas Tapdığın adını eşitdimi, üzündə ilıq təbəssüm görünür, bir ucdan elə hey danışır. Danışır ki, “gözəl insandır, onu burda hamı tanıyır, indi xəstəlik əldən salıb şairi. Yoldaşından sonra elə bil yetim qaldı kişi, tamam düşdü, xəstəlik üstünə lap möhkəm gəldi”. O bakılı qadının səsi qulağımda, qapını döyürəm, handan-hana içəridən hənirti eşidilir. Çarpayısının başında dərmanlarıdır, bir də kitabları. Dərman şüşələri farağatdır, boy-boya verib sıra ilə düzülüblər. Kitablar isə… Kitabları nadinc uşaqlar sayaq yerə-göyə, dörd divar arasına sığmırlar, səpələniblər elədən-elə, belədən- belə!

 

Hal-əhval tuturuq, qocalıqdan, xəstəlikdə şikayətlənir. Bir də elə Günəş deyib, durub İlyas Tapdıq. Özü demiş, havanın üzü açıldımı, çiçəyi çırtlayır, olur yenə cavan oğlan. Əli Allahın ətəyində, gözü pəncərədədir. Ki, gün indi çıxacaq, bu saat çıxacaq…

 

– Havanın ki üzü bozardı, qocanın əhvalı pozulur. Gün çıxan kimi elə bilirəm, yenə yazdı, özümü cavan adam kimi hiss edirəm. Mənim yaşda adamların üzü payıza, qışa sarıdır. Yəni qocalıq adamı məğrur yox, məğlub eləyir: qolunu salıb boynuma, məni hər şeydən narazı salır. Məclislərdən, şənliklərdən qalıram, səfərlərə gedə bilmirəm. Gözüm elə göydədir ki, Allah, gün çıxardı. Dünyada cavanlıqdan gözəl şey yoxdur. Heyf, o illərin qədrini bilmədik. İndi dostluq, yoldaşlıq etdiyim adamları xatırlayıram, o məclislər düşür yadıma.

 

– Kimləri xatırlayırsınız?!

 

– Sərdar Əsədi, Tofiq Bayramı, Həmzə Səfərovu, Məmməd Arazı xatırlayıram. Ondan sonra gələn nəslə Məmməd İsmayıl nəsli deyirəm. Onlar elə bil bizimlə bərabər böyüyüblər. Çünki onların ilk kitablarının redaktoru mən olmuşam. Bu gün ədəbiyyatın sahibi onlardır. Fəxr edirəm ki, bizdən sonra belə istedadlı insanlar gəldi, gözəl şeirlər yazdılar. Məsələn, Fikrət Qocanın, Çingiz Əlioğlunun ilk şeirlərini mən çap etmişəm. Düzdür, bəzən onlar bunu yaddan çıxarırlar, amma hamısı mənim yadımdadır. Mənim də ilk şeirimi İslam Səfərli çap edib. Allah ona rəhmət eləsin! Dedin, kimi xatırlayırsınız, Əliağa Kürçaylının, Ağacavadın adını unutdum. Onlarla da yaxın yoldaşlığım, dostluğum olub. Məsələn, Səməd Vurğun haqqında ən gözəl şeiri Ağacavad yazıb. Heç kim döşünə döyməsin ki, ən yaxşı şeiri mən yazmışam. Özü də Səməd haqqında çox yazılıb. Öz oğlundan tutmuş, Nəriman Həsənzadəyə, Məmməd Araza, Hüseyn Arifə qədər. Hətta mən də yazmışam. Amma yenə deyirəm, ən gözəl şeir Ağacavadındır.

 

– Məmməd Arazla qonşu olmusunuz…

 

– Bəli, Məmmədlə qonşu idik. Amma burda az yaşayıb. İndi ailəsi yuxarı binada qalır. Məmməd xəstə vaxtı burda yaşadı. Bəzən səhərdən-axşama qədər bir yerdə gəzirdik, söhbət edirdik. Allah qəni-qəni rəhmət eləsin ona, Məmməd gözəl insan, gözəl şair idi.

 

– Sizə zəng edəndə dediniz ki, Funikulyorun yanındakı binada oluram, Rəşid Behbudov yaşayan binada. “Rəşid Behbudov yaşayan bina”nı qəribə sevinclə dediniz…

 

– Rəşid Behbudov bizim cavanlığımızın ən sevimli  insanı olub. Ona görə elə cavanlıqdan qalma vərdişdir (Gülür). Lap gəncliyimdə İçərişəhərdə yaşamışam. Universiteti təzə bitirəndə 30 min tirajla kitabım çıxdı, 20 min qonorar verdilər. “Uşaqgəncnəşr”də bir qarayanız qız vardı, hər səhər işə gedəndə mənimlə salamlaşırdı. Ona bir ev göstərib dedim ki, mənim kitabım çıxıb, pul almışam, bu ev kimindi, onu almaq istəyirəm?! Qız dedi, ev bizimdi, satırıq. Razılaşdıq, evi aldım. Sonrakı illərdə Allah rəhmət eləsin, Heydər Əliyev mənə “Əhmədli” metrosunun yanında dördotaqlı ev verdi.

 

– Ad gününüzdə sizi kim təbrik etdi?

 

– Xətrimi istəyənlərin hamısı təbrik elədi. Zəng elədilər, xoş sözlər, xoş arzular dedilər. Mən cavan şairlərin ilk kitabının redaktoru olmuşam deyə, onlar da məni həmişə qiymətləndiriblər, hörmətimi saxlayıblar. Abdulla Şaiqin sağlığında onun da kitabının redaktoru olmuşam. Allah rəhmət eləsin, ölümündən üç il qabaq Şaiq müəllimin kitabını mənə redaktəyə verdilər. Görürdüm, bütün müəlliflər nəşriyyata gəlib-gedirlər, Şaiqdən başqa. Zəng elədim oğlu Kamal Talıbzadəyə, dedi, İlyas, mənim atam nəşriyyatlara gedib-gələ bilmir, sən gəlməli olacaqsan. Novruz bayramı ərəfəsi idi, getdim evlərinə. İndi məni necə görürsən – arıq, xəstə, Abdulla Şaiq də eynən mənim kimi idi. Dizinin üstünə ipək yorğan atmışdı. Oğluna dedi, Kamal, qonaq bir şey yeyib?! Mən tox idim, amma gördüm əl çəkmir, bir az aş yedim, sonra dedi, indi iradlarını eşidirəm. Beş-altı hərf səhvi vardı, dedim, Şaiq müəllim, elə bir şey deyil, hamısını düzəltmişəm. Mənə nə desə, yaxşıdır: sən böyük iş görübsən, uşaqlar üçün bir hərf səhvi də bağışlanılmazıdır, gərək olmasın. Kamalı çağırıb danladı ki, bu məktəbi təzə qurtaran uşaqdır, səhvlər onun gözündən qaçmayıb, amma sən görməmisən! Kamal gözlərinə inanmadı, baxıb gördü, yeddi səhvini düzəltmişəm. Şaiq müəllim gülə-gülə əlini kürəyimə vurdu, dedi, bundan sonra ədəbiyyatda sən olacaqsan, bizim yolumuz o tərəflikdir. Nur kimi kişi idi rəhmətlik.

 

– İlyas müəllim, sizin həyat yoldaşınız Yazıçılar Birliyində tədbir zamanı dünyasını dəyişib…

 

– Hə, bir dəqiqənin içində əlimizdən getdi. Həmin gün qızım da, oğlum da, mən də eyni yuxunu görmüşdük: qara bir maşınla harasa gedirik. Qızım yalvardı ki, ana, bu gün heç yerə çıxma, baxmadı. Mən tədbirə gecikmişdim, qapıdan girəndən beş dəqiqə sonra hadisə baş verdi. Ondan sonra mənə çox çətin oldu. Bizim uşaqların analarından öyrənməli hələ çox şeyi vardı. Get-gedə ona daha çox ehtiyac hiss edirəm, yeri yaman görünür. Balakənli qızı idi, çox mədəni, ziyalı adam idi. Özü də universitetdə yaxşı oxuyurdu, əvvəl dost olduq, sonra sevgili. Qızım mənə acıqlanır ki, gərək həmin gün onun üstünə qışqırardın ki, getmə! Deyirəm, qızım, axı mən ömrümdə sənin ananın üstünə qışqırmamışam!

 

– Valideynləriniz kim olub? Bir az onlardan danışın…

 

– Kolxoz təzə qurulanda hər ikisi orda işləyiblər. Sonra atam müharibəyə getdi, qayıtmadı. Anam zülm-zillətlə bizi böyütdü. Baş-başa verdik, işlədik, günümüzü keçirdik. Ot yığırdıq, yer belləyirdik, çöldə-bayırda nə iş vardı, bizi göndərirdilər. Mənim uşaqlığım olmayıb, oğul! Atamın qara kağızı gələndə anamın səsi hələ də qulaqlarımdan çəkilməyib. Görərdin, kəndin yuxarı başında ağlaşma düşdü, çox çəkmirdi, aşağı başında qadınların vayı başlayırdı. Anam bir dəfə düyünçəsindən atamın son məktubunu çıxarıb mənə oxutdurmuşdu. O məktubu oxuyanda anam haradan bilərdi ki, mən nələr yaşadım, nə hisslər keçirdim. O məktuba şeir yazmışdım:

 

Anam boğçasını açdığı zaman,

Qat kəsmiş bir məktub gəldi əlinə,

Döyüş illərində göndərib atan, –

Deyə doluxsunub uzatdı mənə.

 

Məktub, salam-kalam, bir də nöqtələr,

Atamın son sözü, oxuyun, budur:

Mən vətən uğrunda həlak olsam da,

Yunusum, İlyasım sənə oğuldur.

 

Gözlərim yaşardı, dözmədi ürək,

Uşaqlıq çağlarım durdu qarşımda,

Atam öpdü məni gülümsəyərək,

Elə bil əlləri gəzdi başımda.

 

Uzun şeirdi, yadımdan çıxarmışam. Atamdan sonra anam heç kimə ərə getmədi. Qohum idilər deyə, heç belə şeyi ağlına da gətirmirdi. Dünyasını dəyişəndə 103 yaşı vardı. Özü də xəstəlikdən-filandan dünyasını dəyişmədi ha. Həyətdə yıxılanda başı dəmirə dəymişdi, elə onunla da getdi.

 

– Bakıya gəlməyiniz necə olub?

 

– Mir Cəfər Bağırovun vaxtı idi, məktəbi bitirib sənədlərimi ali məktəbə verdim, elə birinci il qəbul olundum. Mənim bir dostum vardı, ali məktəbə qəbul ola bilmədi, Bağırova məktub yazdı ki, atam mənə ərəb əlifbasını öyrədib, molla eləmək istəyir. Qəbul ola bilməsəm, molla olacağam. İki cavan uşaq qoşalaşdıq, məktubu gətirib verdik Bağırovun evinin qabağında duran milisə. Məktubu şəxsən özü oxumuşdu, üç gün sonra göstəriş verib ki, o uşağı təcili tapın, universitetin ərəb şöbəsinə qəbul eləyin. Elə də oldu!

 

– Nə vaxtdan hiss elədiniz ki, şair kimi tanınırsınız?!

 

– Mənim Rusiyada böyük tirajla kitablarım çap olunub. Məşhurlaşmağımda tərcüməçi Alla Axundovanın böyük rolu olub. Təsəvvür elə, Rusiyada bir milyon yarım, Estoniyada, Çexoslovakiyada 100 min tirajla kitablarım nəşr olunub. Alla Axundovanın tərcümələrindən sonra dünyanın səkkiz dilində kitablarım çıxdı. Rəsul Həmzətovun kitabı harada olurdusa, onun yanında mənim kitablarım dayanardı. “Pioner” jurnalında bir poemam bir milyon yarım tirajla çap olunmuşdu. Sonra təzədən kitab şəklində bir milyon tirajla çıxdı. Səməd Vurğunun dünyada çap olunan bütün kitablarını yığsaq, tirajı bir milyonu keçməyib. Səməd Vurğun böyük sovet şairi kimi informasiya ilə çox yayılıb. Bir də var, uşaq ədəbiyyatı axtaranda İlyas Tapdığın kitabı əllərdə gəzirdi. Hansı xarici ölkəyə gedirdimsə, görürdüm, kitabım orda var. Həmin ölkələrdə nə Səməd Vurğun var idi, nə Rəsul Rza, nə də Süleyman Rəhimov. Heç biri yox idi.

 

– Yazıçılar Birliyinin sədrlərindən daha yaxın münasibətiniz kiminlə olub?

 

– Süleyman Rəhimovla. Mənə o qədər köməkliyi, o qədər hörməti dəyib ki. Bir dəfə dedilər, Süleyman Rəhimov səni yanına çağırır. Qorxa-qorxa dedim, Allah, görəsən, kim nə çatdırıb?! Otağına girəndə ayağa qalxdı, əl görüşdü. Soruşdu ki, sənin adın nədir, dedim, İlyas. Güldü ki, şeirlərini oxumuşam, sən şairsən! Söhbət eləyəndə qayıtdı ki, bəziləri var, çağırıb deyirəm, sən yazma, şair deyilsən, amma görürsən, sənə özüm deyirəm, yaz! Sonra “Azərnəşr”in direktoru Adil Əfəndiyev məni yanına çağırdı. Dedi, Süleyman Rəhimov mənə zəng edib ki, İlyas Tapdığın kitabını burax. Sən kişinin nəyisən?! Dedim, vallah, Adil müəllim, heç nəyi. O Qubadlıdan, Mən Gədəbəydən. Allah rəhmət eləsin, Əli Vəliyev məni harada gördü, soruşardı ki, niyə şeir gətirmirsən?! İndi kim bizə deyir şeir gətir?! (Gülür) Şeiri aparıram redaksiyaya, itirirlər. Bir də gördün, zəng vururlar ki, vallah, o şeirlərinizi itirmişik, bir də gətirin.

 

– Mehdi Hüseynlə aranız necə idi?!

 

– O da xeyirxah adam idi. Ancaq məni Yazıçılar İttifaqından çıxarmaq istəyirdi, Rəsul Rza qoymadı. Bir şeirim qəzetdə tənqid edilmişdi, səsi möhkəm çıxdı. Yazıçılar İttifaqının yığıncağı keçirilirdi ki, məni üzvlükdən çıxarsınlar. Bu vaxt qapı açıldı, Rəsul Rza girdi içəri. Soruşdu, bu oğlan burda neynir?! Mehdi Hüseyn cavab verdi ki, bu oğlanı ittifaqa üzv eləmişik, amma indi çıxaracağıq. Rəsul Rza nə günahın sahibi olduğumu soruşanda, Mehdi müəllim məsələni açdı. Ki, bu oğlan baş hərfləri ad olan gizli şeir yazıb. Rəsul müəllim güldü. Dedi, bu oğlan yenə baş hərflərlə yazır, çoxu elə şeirin əvvəlində yazır ki, filankəsə. Deməli, İlyas abırlı adamdır.

 

– Aydındır, şeiri qıza yazıbmışsınız…

 

– Hə. (Gülür). Həqiqətən o qızı çox sevirdim. Rəsul Rza məni müdafiə elədi, kağızı cırıb atdı zibil qabına.

 

– Görürəm, danışmaq sizə çətindir…

 

– Hə, qadan alım, qocalıq belədir də, çox oturmaq olmur, danışmağa çətinlik çəkirəm.

 

– İlyas müəllim, indi kimin qapıdan içəri girməsini istəyərsiniz?!

 

– Məmməd Arazın. Məmməd könlümə yaman düşüb…

 

Previous Post

Mehdi Hüseyn İlyas Tapdığı niyə Yazıçılar İttifaqından çıxarmaq istəyirdi? – MÜSAHİBƏ – FOTOSESSİYA

Next Post

Makkeyn macar baş naziri təhqir etdi: “Putinlə yatağa girən…”

Bənzər yazılar

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Next Post

Makkeyn macar baş naziri təhqir etdi: “Putinlə yatağa girən...”

Makkeyn macar baş naziri təhqir etdi: “Putinlə yatağa girən...”

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

13 Avqust 2026 - 15:14
Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00
Avroviziya-2027 bu şəhərdə keçiriləcək

Avroviziya-2027 bu şəhərdə keçiriləcək

13 Avqust 2026 - 14:52
Ölkədə epidemioloji durum nəzarət altındadır – Rəsmi

Ölkədə epidemioloji durum nəzarət altındadır – Rəsmi

13 Avqust 2026 - 14:43
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

CHAIRWOMAN OF THE COUNCIL OF MINISTERS OF BOSNIA AND HERZEGOVINA, MS. BORJANA KRIŠTO, AWARDED THE “FRIEND OF JOURNALISTS” GOLD ORDER

13 Avqust 2026 - 14:38
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

ПРЕДСЕДАТЕЛЬ СОВЕТА МИНИСТРОВ БОСНИИ И ГЕРЦЕГОВИНЫ ГОСПОЖА БОРЬЯНА КРИШТО НАГРАЖДЕНА ЗОЛОТЫМ ОРДЕНОМ «ДРУГ ЖУРНАЛИСТОВ»

13 Avqust 2026 - 14:36
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

13 Avqust 2026 - 14:30
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

13 Avqust 2026 - 14:29
Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

13 Avqust 2026 - 14:14
Pentaqon Kubanı HƏDƏLƏDİ

Pentaqon Kubanı HƏDƏLƏDİ

13 Avqust 2026 - 14:00
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı

Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı

13 Avqust 2026 - 13:51
Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

13 Avqust 2026 - 13:42
Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

13 Avqust 2026 - 13:30
Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

Naxçıvanın strateji yüksəlişi: Zəngəzur dəhlizi və yeni imkanlar

13 Avqust 2026 - 13:16
Aİ-nin yeni sanksiyalar tətbiq etmək planları ləngiyib

Aİ-nin yeni sanksiyalar tətbiq etmək planları ləngiyib

13 Avqust 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.