"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Vurğun Əyyubdan kəskin açıqlamalar… (VİDEO)

23 Noyabr 2014 - 09:49
in CƏMİYYƏT
FacebookVatsap
“Mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm”17366
“Qeyri-legitim olduqları üçün də onların qərarları mənim üçün heç bir əhəmiyyət daşımır”

Müsavat Partiyasının son qurultayından xeyli müddət keçsə də, partiyadaxili çəkişmələr səngimir. Bir-birinin ardınca tanınmış partiya üzvləri sıraları tərk edir. Hətta Müsavat Partiyasının parçalanacağını söyləyənlər də var. Bəs qurultaydan sonra narazılar arasında olan Müsavat Partiyasının tanınmış simalarından biri – Vurğun Əyyub nə düşünür? Onunla proseslərin doğurduğu suallara cavab tapmağa çalışdıq…
– Vurğun bəy, Müsavat Partiyasında qurultaydan narazı qalanlar əvvəlcə fraksiya yaradacaqlarını bildirirdilər. Səxavət Əlisoy isə bugünlərdə yeni partiyanın yaranacağı ətrafında müzakirələrin aparıldığını dedi. Siz də qurultayın legitimliyi məsələsini qabardırsınız. Yəni həm fraksiya, həm yeni partiya, həm də legitimlik məsələsi, bu narazıların vahid xəttinin olmadığını deməyə əsas verirmi?
– Partiya yaratmaq məsələsini kim deyibsə, bəlkə sualı ona ünvanlayasınız?! Mən belə bir müzakirədə iştirak etməmişəm.
– Deməli, yeni partiya yaranmayacaq?
– Mən belə bir müzakirədə iştirak etməmişəm.
– Bəs fraksiya barədə nə deyə bilərsiniz?
– Fraksiya barədə təkliflər olub, fikirlər var. Ancaq o müzakirələrdə də iştirak etməmişəm. Hesab etmirəm ki, fraksiya barədə təkliflər və fikirlər varsa, onlara hücum edib xəyanətdə günahlandırmaq lazımdır. Fraksiya, yaxud hansısa hərəkat yaratmaq, növbədənkənar qurultay çağırmaq barədə təkliflər bir-birinə mane olacaq işlər deyil.
– O zaman Müsavatda vəhdətin yaranmasına nə mane olur?
– Vəhdətin yaranmasına totalitar təfəkkür tərziylə avtoritar idarəetmənin zahiri parıltılarına aldananlarla, istər ölkədə, istərsə də partiya daxilində demokratik mühitin genişləndirilməsini istəyən adamların arasındakı mübarizə mane olur.
– Bəlkə fikrinizi konkretləşdirəsiniz? Çünki sabiq başqan İsa Qəmbər də bugünlərdə bu barədə açıqlama vermişdi: “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir…
– Tamamilə doğru müşahidədir. Bilirsiniz ki, Əliyev rejimi özünün avtoritar üsulu ilə məşğuldur. Müsavatçılar da partiyanı avtoritar tərzdə idarə etmək istəyən adamlarla mübarizə aparırlar.
 
– Deməli, belə çıxır ki, İsa Qəmbərlə Arif Hacılı Əliyevçiliyi təmsil edir?
– Siz, “deməli” sözünü artırıb öz fikirlərinizi mənim adımdan ifadə etməyin.
– Bəs hansı məntiq çıxır?
– Məntiq odur, İsa Qəmbərin müşahidəsi doğrudur.
– İsa Qəmbər kimin yanındadır, narazıların, yoxsa Arif Hacılının?
– Bu sualı yəqin ki, İsa Qəmbərə verməlisiniz. Çünki mən də bu sualı ünvanlamışam, amma cavab gəlməyib.
– Ancaq Arif Hacılını başqan kimi qəbul edənlər bildirirlər ki, İsa Qəmbərin mesajı qarşı tərəfə idi?
– Hər kəs hər şeyi deyə bilər. Mən də belə deyirəm.
– Siz qurultayın nəticələrini qəbul edirsinizmi?
– Qurultayın nəticələri bir az çox ümumi söz oldu. Mən qurultayda keçirilən seçkinin nəticələrini qeyri-legitim hesab edirəm. Bu barədə də qurultayın səhərisi günü bildirmişəm.
 
– Yəni siz Arif Hacılının Qubad İbadoğluya 28 səs üstünlüyü ilə qalib gəlməsini qəbul etmirsiniz?
– Siz də hesabda deyəsən mənim kimi zəifsiniz.
 
– Mən nəticələrdən danışıram.
– Düz demirsiniz. İndiki nəticələrə görə, Arif Hacılı 3 səslə başqan olub. Çünki qurultayda 50 faizdən yuxarı səs 226 səs idi, o da 228 səs toplayıb. Deməli, 3 səslə Müsavat Partiyasının başqanı seçildiyini iddia edir.
 
– Ancaq qurultayın nəticələrində 28 səs yazılmışdı…
– Yazanlar da sizin kimi hesablamada zəifdirlər.
– Həm də sizin kimi.
– Mənim kimi niyə?
– Özünüz dediniz ki, hesabda zəifsiniz.
– Bəli.
– Deməli, siz Arif Hacılını başqan kimi qəbul etmirsiniz?
– Çünki mən qurultay seçkilərinin ədalətsiz keçirildiyinin qənaətindəyəm. İlk günlər legitimlik mənim üçün şübhəliydi, sonra əldə etdiyim informasiyalar şübhəni aradan qaldırdı. Və mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm.
– Nədən ibarətdir əldə etdiyiniz informasiyalar?
– Bir çox fakt var, mən cəmi ikisinin üzərində dayanıram. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında səsvermə günü hansısa siyahıların paylanmasını qadağan edən müddəa vardı. Buna baxmayaraq, qurultayda kimlərin məclis üzvü seçilməsi, kimlərin MNTK-na üzv seçilməsi barədə siyahılar paylanmışdı. Həmin siyahılarda adı daha çox olan adamlar seçildilər. Məsələn, MNTK-ya yalnız siyahıda olanlar seçildi. Məclis üzvlərinin əksəriyyətini həmin siyahıda olanlar təşkil edib. Bəzilərinin fikrincə, siyahı paylamaq demokratiyaya zidd deyil, ola bilsin ki, belədir. Amma təlimatda bu məsələ qoyulmuşdu və yasaq edilmişdi. İkincisi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sənədində belə bir fikir də əksini tapmışdı ki, Müsavat Partiyasının başqanının nüfuzundan sui-istifadə etmək yolverilməzdir. Buna baxmayaraq, uzun illər Müsavat Partiyasının Təşkilat Şöbəsinə rəhbərlik etmiş Zöhrab Məhərrəmov şəxsən mənim gözümün qarşısında kənd, rayon təşkilatlarından gələn qurultay nümayəndələrinin qarşısını kəsib İsa Qəmbərin Arif Hacılını seçdiyini və onların da bu seçimə tabe olmalı olduqlarını deyirdi. Qurultayın başlanmasına 20 dəqiqə qalmış mən Təşkilat Komitəsinin sədri İsa Qəmbərə bu barədə dedim və onu bu hərəkətlərə son qoymağa çağırdım.
 
– O isə “bu məsələləri çox qabartmayın” deyə cavab verdi, düzdürmü?
– Mən bu barədə mediada danışmışam, İsa bəyin cavabı belə oldu: “Çox şişirtməyin”.
– “Çox şişirtməyin” cavabı və qurultaydan uzun müddət sonra “Kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş Əliyev rejimi ilə Müsavat arasında gedir…” söyləməsi İsa Qəmbərin mövqe bildirməsi demək deyilmi?
– Siz başqalarına ünvanlayacaq sualları mənə niyə ünvanlayırsınız, bilmirəm.
– Çünki siz qurultayın nəticələrindən narazı qalan şəxssiniz.
– Mən öz mövqeyimi deyir və özümə aid olan suallara da cavab verirəm.
– Və o da bildirib ki, Müsavatın bir başqanı var – Arif Hacılı…
– Bu, onun fikridir, mən ona necə qadağa qoya bilərəm? Mən də hesab edirəm ki, o başqan deyil. Olduq heç-heçə.
– 20 ildən çox tanıdığınız İsa Qəmbərin mövqeyi sizdə hansı təəssürat yaradır?
– Mənim təəssüratım mənim üçündür. Lazım gələndə, deyəcəm.
 
– Zamanı çoxmu var?
– Ona baxarıq. Heç kəs zamanı qabaqlaya bilməz.
– Qarşı tərəf başqanın seçildiyini deyir, siz isə narazısınız, bu, sona qədər gedə bilməz, proses hardasa dayanmalıdır. Belə olanda, nəticələri necə görürsünüz?
– Hələ nə qədər ki, bacarırıq, gedirik də. Mənim üçün Müsavat Partiyasında legitim olan heç bir orqan yoxdur. Çünki başqan seçkilərində ədalətsizliyə yol verilib, məclis, MNTK seçkisində, qurultaydan sonra seçilən sərbəst məclis üzvlərinin səlahiyyətinin təsdiqi qeyri-legitimdir. Ona görə ki, onların səlahiyyəti qurultay tərəfindən təsdiqlənməliydi. Yaxud qurultay məclisə öz səlahiyyətini verməliydi. Qurultay məclisə öz səlahiyyətini verməyib, qurultaydan bir gün sonra nümayəndələri toplayıb onların səlahiyyətini təsdiq etmək istəyərkən yetərsay olmayıb. Ona görə məclis tərəfindən təsdiq olunub, qurultay isə məclisə bu səlahiyyəti verməyib. Məclis ona səlahiyyət verilmədiyi halda MNTK üzvləri seçib, bu baxımdan partiyanın indiki fəaliyyətdə olan orqanlarının qərarları mənim üçün legitim deyil. Onlara görə məsuliyyət daşımıram, onların icrası da mənim üçün məcburi deyil. Təbii ki, tənqid etmək, düz yola çağırmaq, bu kimi vasitələrdən istifadə edib onları nizamnamə pozuntularına son qoymağa və partiyada demokratik ənənələrə hörmət etməyə çağırıram. Və Müsavat Partiyasının üzvü olaraq qalıram. Prosesin sonrakı gedişi, necə gedəcək, nələri diktə edəcək, ona yerində baxacağıq.
– Sizin bu çağırışınızı deyənlər-Səxavət Əlisoy partiyadan çıxarıldı, Hikmət Hacızadə özü istefa verdi, yaxud Tofiq Hüsenli, Əlövsət Talışxanlı istefa verdi və töhmət alanlar var. Bu aqibət sizi və Qubad İbadoğlunu gözləyirmi? Belə olacağı təqdirdə nə edəcəksiniz?
– Hər halda körpüyə çıxıb özümü atmayacam. Ola bilsin dedikləriniz gerçəkləşsin. Çünki qeyri-legitim orqanların hər cür qərar qəbul edəcəyi gözləniləndir. Qeyri-legitim olduqları üçün də onların qərarları mənim üçün heç bir əhəmiyyət daşımır. Nə qədər partiyadan istefa verən, çıxardılan dostlarım üçün üzülsəm də, bunu böyük bir faciə hesab etmirəm.
 
– Vurğun bəy, tələbləriniz sırasında növbədənkənar qurultayın keçirilməsi varmı?
– Təbii. Mən növbədənkənar qurultay çağrılması təklifinin tərəfdarıyam. Bu, nizamnaməylə də təsbit olunub, Müsavat Partiyasının üzvlərinin belə bir hüququ var.
– Amma Arif Hacılı sonuncu məqaləsində bu məsələyə münasibət bildirib. O, deyib: “Növbədənkənar Qurultayın keçirilməsinə zərurətin, belə Qurultayla bağlı prosedurları keçmək üçün lazım olan sayda tərəfdarlarının olmadığını, əgər belə Qurultay keçirilsə, VIII Qurultayda topladıqları səsin heç yarısını da toplamağa nail olmayacaqlarını hamıdan yaxşı bilirlər…”
– Bunlar ritorikadır və mənim cavab vermək niyyətim yoxdur.
– O zaman demək olar ki, Müsavat Partiyası özündən əvvəlki AXCP və AMİP-in taleyini yaşadı?
– Yox, mən belə deməzdim, bu cür qərar çıxartmaq tezdir. Əvvəla, mahiyyət tamamilə fərqlidir. Müsavat Partiyasında illər boyu Azərbaycan siyasi həyatı üçün bir çox tövhələr verilib. Əslində qurultay seçkilərində ədalətsizlik olmasına baxmayaraq, hətta VIII qurultayın özü belə Azərbaycan cəmiyyəti və demokratiya üçün bir nümunə idi. Bu nümunələrin heç biri nə AXCP, nə AMİP tərəfindən Azərbaycan cəmiyyətinə verilməyib. İkincisi, partiyadakı durumun motivləri fərqlidir, narazı tərəf partiyanın demokratik ənənələrinin inkişaf etdirilməsi tərəfdarıdır, nəinki geri çəkilməsi. Bu adamlar hələ Müsavat Partiyasından ayrılıb hansısa siyasi partiya yaratmaq barədə düşünmürlər. Bütün böhtan, qarayaxma kampaniyasına baxmayaraq, qurultaydan keçən müddət sübut edir ki, bu adamlar partiyanı parçalamaq, bölmək, partiya yaratmaq iddiasında olsaydılar, addımlarını qurultaydan dərhal sonra atardılar. Məntiq də bunu deyir. Amma fikir verirsinizsə, bu adamlar daha çox mövcud qüsurların aradan qaldırılması istiqamətində mübarizə aparırlar. Ümid etmək istəyirəm ki, Müsavat Partiyasının indiki rəhbərliyi nəhayət ki, özlərində güc tapacaq, hökm etmək, başqalarına mütləq yerini göstərmək ehtirasından əl çəkəcək və proseslərin yanlış istiqamətə yönəlməsinə imkan verməyəcək.
– Amma tanınmış köşə yazarı Elnur Astanbəyli bildirib ki, daha pis şeylər gözləyir, AMİP və AXCP-də olanlardan daha pis…
– Bu da Elnur bəyin fikridir. Adamlara fikrinə görə cəza vermək olmaz ki.
– Siz daha pis vəziyyət gözləmirsiniz?
– Hər halda ümid etmək istəyirəm ki, pis şeylər olmaz.
– Son sualıma “Yeni Müsavat” qəzeyində Azər Rəşidoğlunun yazısı əsasında cavab almaq istərdim. O yazır: Proseslərin arxasından səsi o qədər də çıxmayan daha bir funksionerin kölgəsi görünür. Sovet DTK-nın polkovniki bu sətirlərin müəllifinə verdiyi müsahibədə o şəxsi 1988-ci ildə özünün agenti etdiyini vurğulamışdı. Deyəsən, düyünlər elə bununla açılır…”
– Mən, ümumiyyətlə, heç vaxt jurnalistlərin yazdıqlarını şərh etmirəm, “Yeni Müsavat” qəzetini isə oxumuram. İndi siz oxudunuz. “Çənlibel”, 1988-ci il hadisələri ayrıca bir söhbətin mövzusudur, DTK polkovnikinin dediklərini əsas kimi götürmək Sahib Məmmədov kimisinin dediklərini əsas götürməyə bənzəyir.
– O, polkovnik, Sahib Məmmədov isə adi bir işçi…
– Nə aidiyyatı var? DTK-ın polkovniki nə zaman düz söz danışa bilər? İkincisi, mən bilirəm ki, dediyiniz DTK polkovnikinin müsahibəsi təhrif olunub, üçüncü, o heç bir ad çəkməyib. Dördüncü, o, tamamilə başqa bir adamı nəzərdə tutur və tarixdən xəbərsiz olan adamlar dərhal buna şərh verdilər. Ki, “Çənlibel”in yeganə sədri Vurğun Əyyub olub. Bu, yalandır! Vurğun Əyyubu iki aylığına bir nəfər sədrlikdə əvəz edib. Tarixi məlumatları dəqiq olmayan adamlar yanlış nəticələr çıxarıb, onu cəmiyyətə sıramaq istəyirlər. Bilmirəm, bu söhbətin indiki məsələlərə nə qədər aidiyyatı var, mən o məsələlər haqqında danışmaq istəmirəm.
– Sadəcə, qurultayla bağlı yazılmış məqaləydi…
– Mən son qurultaydan ötən müddət ərzində həyatım boyu heç YAP-çılardan bu qədər böhtan, yalan, təhqir eşitməmişdim. Əslində, məni üzən məsələlərdən biridir və ağlıma belə gətirə bilməzdim ki, Müsavat Partiyasında hətta kiçik bir qrup olsa belə, bu dərəcədə böhtançı, məkrli, yalançı bir insanlar ola bilərmiş. Hər pis şeydə yaxşı cəhət varmış, o adamları da gördük və tanıdıq.

Bunu da oxuyun

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

Sabahın havası açıqlanıb

Previous Post

Vurğun Əyyubdan kəskin açıqlamalar… (VİDEO)

Next Post

Bura Bakıdır: yeraltı keçidi bağlayıb obyekt tikirlər – (Video)

Bənzər yazılar

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb....

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə keçirilən EYBA-nın payız konfransının (“EYBA Autumn...

Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11

Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Next Post

Bura Bakıdır: yeraltı keçidi bağlayıb obyekt tikirlər - (Video)

Bura Bakıdır: yeraltı keçidi bağlayıb obyekt tikirlər - (Video)

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.