"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“2018-ci ilədək əsas infrastruktur və sosial məsələlər həllini tapacaq”

16 Noyabr 2014 - 10:42
in MANŞET
FacebookVatsap
“Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq”f43b8fb32045175a1044cec3c9eb7e0a

 

Bunu da oxuyun

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

Birinci proqram 2004-cü ildə qəbul edilib. Hazırda üçüncü proqram icra edilir. 2018-ci ilə qədər ölkəmizdə üçüncü proqramın icrası nəticəsində əsas infrastruktur və sosial məsələlər həllini tapacaq. APA-nın verdiyi xəbərə görə, bunu noyabrın 15-də Şəmkirdə Azərbaycan prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində deyib.

 

Dövlət başçısı kənd təsərrüfatının, sahibkarlığın inkişafının prioritet istiqamətlər olduğunu qeyd edib. “Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək”.

 

“Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır”, deyə prezident İlham Əliyev bildirib.

 

Dövlət başçısı sahibkarlığın inkişafının diqqət mərkəzində olduğunu qeyd edib: “Hesab edirəm ki, sahibkarlar da bu gözəl imkanlardan istifadə edəcəklər. Biz bu gün paralel olaraq su elektrik stansiyasının açılışını qeyd etdik. Bu da çox gözəl layihədir. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, böyük rol oynayır. Bu rol getdikcə artacaq, ancaq, eyni zamanda, biz çalışmalıyıq ki, öz enerji güclərimizi artıraq, o cümlədən bərpa olunan enerji növləri hesabına. Bu istiqamətdə də böyük işlər görülür. Su elektrik stansiyaları tikilir. Artıq kiçik olsalar da, günəş elektrik stansiyaları tikilməkdədir. Ancaq bərpa olunan enerji növləri arasında əlbəttə ki, hidroenergetika prioritet təşkil edir”.

 

Azərbaycanda  enerji, nəqliyyat təhlükəsizliyinin təmin edildiyini bildirən prezident İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən keçdiyini  qeyd edib.

 

Böyük infrastruktur layihələrinin icra edildiyini bildirən dövlət başçısı yeni dəniz ticarət limanına diqqət yetirib: “Onun birinci hissəsi artıq fəaliyyətə başlayıb. Yeni gəmilər alınır. Dəmir yoluna, hava nəqliyyatına böyük investisiyalar qoyulur. Yeni aeroportlar tikilir, ən müasir təyyarələr alınır, yeni marşrutlar açılır. Bakı-Tbilisi-Qars dəmir yolu.Bu da tarixi layihədir, artıq reallaşır, onun başa çatmasına az qalıb. Yəni, nəqliyyat infrastrukturu bundan ibarətdir”.

 

“Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq. Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması və Şərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilib. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir. Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək”, deyə prezident qeyd edib.

 

Prezident İlham Əliyev Azərbaycanın regional əməkdaşlıq məsələlərində lider rolunu oynadığını qeyd edib: “Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün bu işlərə dövlət dəstəyi verilir. Bütün bu layihələr planlı şəkildə icra edilir”.

 

Dövlət başçısının sözlərinə görə,  uzunmüddətli strategiyanı düzgün müəyyən etdikdə gözəl nəticələrə çatmaq mümkündür: “Çünki bu nəhəng infrastruktur layihələri çox vaxt aparır. Ona görə 2005-ci ildə Sərəncam imzalandı, 2009-cu ildə işlər başladı, 2014-cü ildə isə biz artıq bu layihənin başa çatmasını qeyd edirik. Bu, yüzilliklər ərzində Azərbaycana xeyir gətirəcək, iqtisadi potensialımızı möhkəmləndirəcək. Əlbəttə ki, su kanallarının tikintisi bundan sonra da davam etdirilməlidir. Hazırda tikilən kanallar dediyim həcmdə yeni torpaq sahələrini əhatə edəcək. Ancaq yeni, gələcək planlar var və biz suvarılan torpaqların həcmini daha da artıra bilərik. Kanalların tikintisi nəticəsində təqribən iyirmi, bəlkə də otuz min hektar əlavə torpaq sahəsi suvarıla bilər. Bu layihə dörd rayonun sahəsini əhatə edir – Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir”.

 

“Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər. Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olub”.

Previous Post

“2018-ci ilədək əsas infrastruktur və sosial məsələlər həllini tapacaq”

Next Post

Separatçı “baş nazir”i əzişdirdilər…

Bənzər yazılar

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00

Rusiya prezidenti Vladimir Putin Novosibirskdə işgüzar səfəri zamanı heç vaxt heç nədən qorxmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə...

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

10 Avqust 2026 - 16:44

Əgər Ukrayna İrana dəyən ziyanı ödəməsə, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hücumuna görə Kiyevdən qisas alacaq....

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

İtaliyada seçki öncəsi Ukrayna dilemması: Meloni nə edəcək?

10 Avqust 2026 - 16:00

2027-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilər ərəfəsində İtaliyanın Baş naziri Corciya Meloni Kiyevə verdiyi dəstəyi seçiciləri qarşısında əsaslandırmaq məcburiyyətində qalıb....

Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

Avropada iqlim fəlakəti: 250 min ölüm təhlükəsi

10 Avqust 2026 - 10:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iqlim dəyişikliyini 21-ci əsrdə insan sağlamlığını təhdid edən ən böyük qlobal risklərdən biri kimi müəyyən edir....

Next Post

Separatçı "baş nazir"i əzişdirdilər...

Separatçı "baş nazir"i əzişdirdilər...

Son xəbərlər

Bibər yeşiklərindən 25 kilo marixuana çıxdı

Bibər yeşiklərindən 25 kilo marixuana çıxdı

11 Avqust 2026 - 15:45
“Qarabağ”ın prezidenti azarkeşlərə müraciət etdi

“Qarabağ”ın prezidenti azarkeşlərə müraciət etdi

11 Avqust 2026 - 15:30
Məktəb alış-verişi bu il daha baha olacaq

Məktəb alış-verişi bu il daha baha olacaq

11 Avqust 2026 - 15:16
“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52
10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlandı

11 Avqust 2026 - 14:46
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?

11 Avqust 2026 - 14:30
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 3%-dən çox artıb

11 Avqust 2026 - 14:14
Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

Baydenin oğlu Netanyahunu şər təcəssümü adlandırdı

11 Avqust 2026 - 14:00
Unun topdan satış QİYMƏTLƏRİ

Unun topdan satış QİYMƏTLƏRİ

11 Avqust 2026 - 13:52
Bu gün və sabah təbiət hadisəsi gözlənilir

Bu gün və sabah təbiət hadisəsi gözlənilir

11 Avqust 2026 - 13:45
Demaqoqların ritorikası – MÖVQE

Demaqoqların ritorikası – MÖVQE

11 Avqust 2026 - 13:30
6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

6 uşağın övladlığa götürülməsi qərarı ləğv edildi

11 Avqust 2026 - 13:16
Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

Bəşər Əsəd ölüm cəzasına məhkum edilib

11 Avqust 2026 - 13:00
Muzdla çalışan işçilərin sayı açıqlandı

Muzdla çalışan işçilərin sayı açıqlandı

11 Avqust 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.