"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mütəxəssislər üçün tədris kursları təşkil ediləcək

06 Noyabr 2014 - 13:13
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanda ilk dəfə olaraq istehsalatın müxtəlif sahələrində əməyin mühafizəsi üzrə fəaliyyət göstərən1948002_765406520185052_2072984346872254977_n mütəxəssislər üçün tədris kursları təşkil ediləcək

Bunu da oxuyun

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək. Bununla əlaqədar noyabrın 6-da ƏƏSMN-də mətbuat konfransı keçirilib.
DƏMX-nin rəisi Fuad Əlizadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanından, habelə digər normativ-hüquqi sənədlərdən irəli gələn tələblərin icrası olaraq, iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”.
F.Əlizadə bununla əlaqədar DƏMX və Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən müəssisə, idarə və təşkilatlarda çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kurslarının təşkil ediləcəyini bildirib: “Bu kurslar Əmək və Sosial Problemlər üzrə ETTM-də təşkil olunacaq və məşğələlər zamanı həmin mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Onlar müvafiq əyani və metodiki vəsaitlərlə də təmin olunacaq, təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlara müvafiq sertifikat veriləcək”.
Xidmət rəisi əməyin mühafizəsi üzrə mütəxəssislərin ixtisasının artırılması ilə bağlı əmək qanunvericiliyində müvafiq tələbin əksini tapdığını da diqqətə çatdırıb: “Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun şəkildə inzibati cərimələr tətbiq ediləcəkdir”. F.Əlizadə əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyd olunan kurslara maraqla qatılacaqlarına və öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün yaradılmış bu şəraitdən maksimum istifadə edəcəklərinə əminliyini ifadə edib.
Əmək və Sosial Problemlər üzrə ETTM-nin direktoru Vüqar Həsənov sözügedən ixtisasartırma kurslarının əhəmiyyətindən söz açaraq bildirib ki, ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssislərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır. Kurslar mütəxəssislərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına, beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazımi şəkildə tətbiqinə xidmət edəcək: “Artıq təcrübədə təsdiqini tapan bir həqiqətdir ki, əməyin mühafizəsi sisteminin yüksək səviyyədə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsinin artırılması üçün də xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir”.
Tədbir KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

 

Previous Post

Mütəxəssislər üçün tədris kursları təşkil ediləcək

Next Post

Rəsmən erməniləşən Amerika Konqresi…

Bənzər yazılar

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki,...

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30

Avqustun 3-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında imal-şərq küləyi...

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03

Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri 3 avqust 2026-cı il tarixindən etibarən e-ttkf.edu.az portalı üzərindən...

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48

Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib. Elchi.az xəbər verir ki, mərasimdə dövlət xadimləri, mədəniyyət və...

Next Post

Rəsmən erməniləşən Amerika Konqresi...

Rəsmən erməniləşən Amerika Konqresi...

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.