"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

İngilislərin dənizə atdığı azərbaycanlı

26 Oktyabr 2014 - 17:01
in MARAQLI
FacebookVatsap

“Sənin kimi qara fəhlələr bəd və ağılslz əməlləri nəticəsində özlərini dustaqxanaya gətirib çıxarırlar…”  Bu a4c050166875921f48c1c4decdaee1dcsözləri ona jandarm demişdi. 18 yaşında Bayıl həbsxanasına salınanda…

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

 

İngilislər tərəfindən öldürülüb, meyiti Xəzərin sularına atılanda isə cəmi otuz yaşı olub.

 

Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda mübarizənin fəal iştirakçısı olmuş Bünyad Sərdarov 1889-cu ildə Cəbrayıl qəzasının (İndiki Füzuli rayonu) Qarğabazar kəndində yoxsul ailədə anadan olub. Evin böyük övladı olan Bünyad 8 yaşında ikən, atası dünyasını dəyişib. Ailənin bütün ağırlığı anası ilə onun üzərinə düşüb. Bünyad ailənin maddi ehtiyaclarını ödəmək üçün Bakıya üz tutub. 1903-cü ildə, bir qrup həmyerlisi ilə birlikdə Bakıya fəhləliyə gələndə onun cəmi on dörd yaşı vardı. Lakin böyük sənaye şəhərində iş tapmaq asan deyildi. Dayısı oğlu, inqilabçı Xanlar Səfərəliyev ona çox köməklik etdi. Onun Bünyadın siyasi düşüncələrinin formalaşmasına da böyük təsiri olub. Tez-tez Bünyadı özü ilə fəhlə yataqxanalarına aparıb, fəhlələrin siyasi hüquqları, iqtisadi vəziyyətləri barədə söhbətlər edib. Bünyad əvvəlcə qara fəhlə kimi gündə 12-14 saat işləməli olub.  Sonra Bibiheybət neft zavodlarında telefonçu işləyib. Fəhlələrlə birlikdə inqilabi mübarizəyə qoşulub. 1904-cü ildə qələbə ilə nəticələnən siyasi tətilin fəallarından olub. 1906-cı ildə bolşeviklər partiyası sıralarına qəbul edilib. O, Xanlar Səfərəliyev, Qazıməmməd Ağasıyev və başqaları ilə birlikdə Bibiheybətdə siyasi iş aparıb. Az müddət ərzində Bakı proletariatının tanınmış rəhbərlərindən birinə çevrilib.

 

Bolşeviklər partiyasına sadiq olan B.Sərdarov fəhlələr arasında yorulmadan gizli inqilabi iş aparıb, təşkilatın çox mühüm tapşırıqlarını yerinə yetirib.

 

1907-ci ildə inqilabi fəaliyyətinə görə tutulub Bayıl həbsxanasına salınıb.  Mədən müdiri Kotovskiyə qarşı edilən sui-qəsddə onu günahlandırıblar. Lakin əldə kifayət qədər dəlili olmayan polis 1908-ci ildə Bünyadı həbsdən azad edib.

 

Həmin ildə bir neçə ay öz kəndinə gedərək, kəndlilər arasında gizli iş aparıb. Bundan qorxuya düşən kənd varlıları, onun həbs olunmasına çalışıblar.  Bünyad Bakıya qayıtmağa məcbur olub. Təqiblərdən qorunmaq və izləri itirmək üçün əvvəlki İbrahimov soyadını dəyişərək yeni-Sərdarov soyadını qəbul edib. Bu soyadla inqilabi fəaliyyətini davam etdirib.

 

1911-ci ilin əvvəllərində təşkilatın tapşırığı ilə öz kəndlərinə gələrək burada inqilabi iş aparıb. Burada o, həmyerlisi, yoxsul bir ailənin qızı  Ruba ilə evlənib. Sonralar Ruba da həyat yoldaşının yolunu tutub. Partiya sıralarına qoşulub və uzun illər Cəbrayıl qəzasında (Füzuli rayonu) qadınlar şurasına rəhbərlik edib.

 

Bünyad həm də 1912-ci ildə nəşrə başlayan “Pravda” qəzetinin yayıcısı və təbliğatçılarından biri olub.

 

1914-cü ildə Nəriman Nərimanov və Stepan Şaumyan sürgündən Bakıya qayıdanda B.Sərdarov da onlarla birlikdə inqilabi işini davam etdirib.

 

Bakı fəhlələrinin 1913 və 1914-cü illərdə etdiyi tətillərinin hazırlanmasında və keçirilməsində Sərdarov böyük rol oynayıb. O, Balaxanı-Sabunçu rayon fəhlələrinə rəhbərlik edib.

 

1915-ci ilin əvvəllərində bolşeviklər partiyasının gizli Bakı Komitəsi seçilərkən B.Sərdarov da o tərkibdə olub.

Fəhlə rəhbərlərindən biri kimi tanınmış B.Sərdarov 1917-ci ildə N.Nərimanov, S.M.Əfəndiyev, M.Əzizbəyov, H.Sultanov, D.Bünyadzadə və başqaları ilə birlikdə “Hümmət” bolşevik təşkilatı komitəsinin tərkibinə daxil edilib.

 

İnqilabdan sonra İkinci Sovetlər qurultayına nümayəndə seçilib. Bu dövrdə Dağıstanda sovet hakimiyyəti qurulmasında böyük rol oynayıb.  1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti  yaradıldıqdan sonra Xalq Daxili İşlər Komissarlığına  müvəkkil təyin edilib, Bakı Qəza Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü seçilib.

 

1918-ci ildə Bakıda müsəlmanlara qarşı  törədilən qırğınlar zamanı B.Sərdarov şəhərin müsəlman əhalisini daşnak terrorundan müdafiə işinə rəhbərlik edib.

 

Bir müddət sonra partiya tərəfindən Həştərxana göndərilib, müsəlman kommunistlərinin birinci Ümumrusiya qurultayında iştirak edib. Orada onu Mərkəzi Büronun sədr müavini seçiblər. Sonra isə Moskvaya göndərilib. Həmin dövrdə Leninin göstərişi ilə Moskvada müsəlman hərbi kollegiyasının mərkəzi bürosu yaradılanda S.Bunyadov onun rəhbərlərindən biri idi. Lakin inqilabi iş üçün o, yenidən Həştərxana qayıtmalı olub.

 

1919-cu ilin aprelində B.Sərdarov partiyanın tapşırığı ilə gizli işdə iştirak etmək üçün İbrahim Ağa oğlu adına pasportla, içərisində bolşevik ədəbiyyatı və silah gizlədilmiş adi balıqçı qayığında Həştərxandan Bakıya yola düşüb. Lakin açıq dənizdə ingilislərin əlinə keçib. Bütün heyət, o cümlədən B.Sərdarov ordaca güllələnib, cəsədləri isə dənizə atılıb.

Previous Post

İngilislərin dənizə atdığı azərbaycanlı

Next Post

Mahir Şükürovun qolu – VİDEO

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

Mahir Şükürovun qolu - VİDEO

Ollanda yaxın mənbə sabahkı Qarabağ sammiti haqda: “Çətin döyüş olacaq...”

Son xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.