"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Məmmədovlar klanının susqunluğunun sensasion səbəbləri

14 Oktyabr 2014 - 11:01
in MANŞET
FacebookVatsap

Abbas Abbasov nəqliyyat nazirini hara aparır?; Ziya Məmmədov yolayrıcında; nazirin qardaşı biznesini img1653900Çeçenistana köçürür; onları Ramzan və Ramazanla birləşdirən nədir?

Bunu da oxuyun

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Nəqliyyat naziri Ziya Məmmədov son günlər fəal deyil və efirdə də görünmür. Ötən ay ağır xəstələnməsi səbəbindən Türkiyədə müalicə aldığı barədə xəbərləri Nəqliyyat Nazirliyi rəsmən təkzib etsə də, həmin vaxt nazirin qardaş ölkədə olduğu aydınlaşdı. Qayıtdıqdan sonra da nazir yalnız bir dəfə prezidentin yanında görünüb.

Qeyri-rəsmi məlumatlara görə, 9 ayın yekunları ilə bağlı prezidentin ötən həftə keçirdiyi müşavirədə nəqliyyat nazirinin də hesabatı dinlənilməliymiş. Lakin mənbəmizin iddiasına görə, hansısa səbəbdən nəqliyyat nazirinin çıxışı olmayıb. “Gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunlarına hazırlığın geniş müzakirə edildiyi tədbirdə maliyyə naziri, gənclər və idman naziri və ekologiya naziri çıxış etdi. Əslində burda əsas çıxışçı nəqliyyat naziri olmalı idi. Çünki bu cür mötəbər yarışın keçirilməsində, Bakının nəqliyyat infrastrukturunun yenilənməsində əsas ağırlıq Nəqliyyat Nazirliyinin üzərinə qoyulub.
Amma hələ ki məlum olmayan səbəbdən Ziya Məmədovun hesabatı təxirə salındı”, –  deyə, mənbə bildirib.  Qaynağımızın təkcə nazirin deyil, ümumiyyətlə, Məmmədovların son günlər müəmmalı şəkildə “kölgəyə çəkildiyinə” diqqət yetirir: “Ziya Məmmədovla bərabər oğlu Anar Məmmədov da piar-fəaliyyətini dayandırıb. Nazirin deputat qardaşı da parlamentin ilk iclasında hakimiyyət üçün çox mühüm bir məsələdə – Avropa Parlamentinin Azərbaycanla bağlı (oxu, hakimiyyətlə) sərt qərarının müzakirəsinə qoşulmadı. Məmmədovların müəmmalı susqunluğunun iki əsas səbəbi ola bilər. Birinci səbəb: Məmmədovlar  hakimiyyətdən  narazıdır və bu narazılığı  bu cür ”susaraq” ifadə edirlər. İkinci səbəb: Məmmədovları hakimiyyət susdurub”.
Mənbəmizin hər iki iddiası düşünmək üçün daha ilginc mülahizələrə yol açır. Birinci səbəb barədə danışarkən qeyd edək ki, Məmmədovlar həqiqətən də son zamanlar  hakimiyyətdən umduqları dəstəyi ala bilmirlər. Z.Məmmədov bir müddət bundan öncə qardaşı oğlunun adının jurnalistin döyülməsində hallanmasını onu istəməyən “müəyyən qüvvələrin” əməli kimi izah etmişdi. Nazir “müəyyən qüvvələr” dedikdə təbii ki, müxalifət qəzetlərini deyil, iqtidardakılara işarə etmişdi. Məmmədovların “həmin çətin günlərində” iqtidar həqiqətən də onları müdafiə etmədi. Yəni bu müdafiə KİV-lərdə görünmədi, əksinə, “Azərbaycan” qəzeti ad çəkməsə də, Bakıda nəqliyyatın vəziyyətinə dair məqalə dərc edərək Nəqliyyat Nazirliyini sərt tənqid etdi. Deputatlardan da yalnız bir-ikisi  həmkarları Elton Məmmədovu ağızucu müdafiə etdi ki, bu da “selin qarşısında” gözə dəymədi. Anar Məmmədovun əsgərlərimizin cəbhədə şəhid olması günlərinə təsadüf edən Qubada qolf meydançasının açılışı da az qala onun əleyhinə kampaniyaya çevrildi…
Məmmədovlar qıcıqlarını iqtidarın beynəlxalq təzyiqlərə məruz qaldığı bir vaxtda ölkənin ən tirajlı müxalifət qəzeti olan “Yeni Müsavat”ın baş redaktoruna xüsusi ittiham qaydasında məhkəmə davası açmaqla da büruzə verdilər. Amma bu iddianın da geri qaytarılması Məmmədovların ən yüksək səviyyədə dəstəklərini itirməsini göstərdi. Burada artıq ikinci versiya ağırlıq qazanır. Yəni Məmmədovlara “susun” göstərişi gəlib…
***
İqtidara yaxın bir mənbə isə iddia edir ki, Məmmədovlar daxildə fəallıqlarını azaltsalar da, xaricdə işlərini etibarlı tuturlar. Məsələn, nazirin deputat qardaşı bir müddətdir ki, Çeçenistanda ciddi biznesə girişib və pullarını hörmətli Ziya müəllimin də razılığı ilə oraya yatırır. Doğrudur, bu xəbərlər yeni deyil. Məmmədovların Çeçenistan prezidenti Ramzan Kadırovla əlaqələri var və iddialara inansaq, bu dostluq onları Kremlə də çox yaxınlaşdırıb. Məlumdur ki, Kadırov Rusiya prezidenti Vladimir Putinə yaxın adamdır və ən əsası, ona birbaşa çıxışı var. Amma Məmmədovları Kreml rəhbərinə “tapşıran” təkcə Kadırov deyil. Qaynağımız deyir ki, bu işdə Dağıstan prezidenti Ramazan Abdulatipov da fəal köməkçidir. Abdulatipovun dövriyyəyə girməsinə isə Məmmədovlara hakimiyyətin inamını sarsıdan adam – sabiq vitse-primyer Abbas Abbasov vasitəçilik edib.
Məmmədovların son aylar Dağıstanda da bizneslərini genişləndirdikləri deyilir. Bakı Beynəlxalq Avtovağzalının qeyri-rəsmi sahibi olan E.Məmmədovun şəxsi sərnişin avtobusları Dağıstan sərhədində hətta xüsusi yoxlanılmır da…
Burada xüsusi məqam A.Abbasovla Məmmədovların bağlılığıdır. Deyilənlərə görə, iqtidar daxilində xeyli sıxışdırılan Z.Məmmədov “dışlandığını” hiss edərək A.Abbasovla daha da yaxınlaşıb. 2013 prezident seçkisi ərəfəsi Rusiyada “Milyarderlər İttifaqı” yaradaraq Azərbaycanda hətta hakimiyyətin dəyişə biləcəyini anons edən A.Abbasovla Z.Məmmədovun telefon danışıqlarının deşifrə olunması barədə xəbər mətbuatda yayılandan sonra nazir bu barədə heç bir açıqlama vermədi.
Xəbəri A.Abbasov da təkzib etmədi. Xəbərlərin nə dərəcədə həqiqət olduğunu bilməsək də, Məmmədovların birdən-birə bu cür zəiflədilməsi, onlara inamın  itməsi üçün ciddi səbəblər olmalıdır. Çünki prezident seçkisindən sonra baş nazirin dəyişdiriləcəyi halda bu posta ən iddialılardan biri olan Z.Məmmədovun ətrafında indi başqa proseslər cərəyan edir. Seçkidən keçən bir il müddətində nazir və ətrafı zəiflədilir. Amma Z.Məmmədov zəiflədilsə də, hələ ki vəzifəsini qoruyur.
“Niyə və nə zamanadək” sualı ətrafında da bir neçə versiya irəli sürmək olar. Məsələn, uzun illərdir nəqliyyat sektoruna rəhbərlik edən Məmmədovların vəzifədə qalması hakimiyyətdaxili dartışmada balansı qoruduğu üçün bir müddət də lazımlı ola bilər. Ya da Məmmədovlar tam zərərsizləşdirildikdən sonra onların hakimiyyətdən uzaqlaşdırılacağı mümkündür. Amma daha bir iddianı da gözardı etmək olmaz.
Ehtimal var ki, Məmmədovlar Abbas Abbasovun vasitəsilə Rusiya iqtidarında müəyyən mövqe qazanıblar və onlar Bakıdakı “Ağ ev”dən uzaqlaşaraq, Kremlə yaxınlaşıblar, bəlkə də qoruma altına alınıblar. Qərbin təhdidlərinin artdığı indiki həssas məqamda isə nəinki Məmmədovlar, heç Bakıya buraxılmayan “Kremlin adamı” A. Abbasovla da (son vaxtlar onun adını iqtidar məmurları və onu hədəfə alan qəzetləri  nədənsə, yada salmır) haqq-hesab çəkmək hələ ki uyğun zaman deyil…
Amma nə vaxtadək?

 

Previous Post

Məmmədovlar klanının susqunluğunun sensasion səbəbləri

Next Post

Əvəz Zeynallının həbsinin 3 ili tamam oldu

Bənzər yazılar

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

22 Oktyabr 2026 - 16:00

Kiyev rejiminin lideri Volodimir Zelenski britaniyalı iş adamı və aparıcı Stiven Bartlettlə müsahibə zamanı göz yaşları töküb. Elchi.az xəbər verir...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

Next Post

Əvəz Zeynallının həbsinin 3 ili tamam oldu

Əvəz Zeynallının həbsinin 3 ili tamam oldu

Son xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

Türkiyə ilə Kanada müdafiə və enerji sahəsində əməkdaşlıq edəcək

22 Oktyabr 2026 - 20:11
Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

Azərbaycanda texnopark rezidentləri üçün vergi güzəştləri 20 ilədək uzadılıb

22 Oktyabr 2026 - 20:09
Çində 7 maqnitudalı zəlzələ olub

Çində 7 maqnitudalı zəlzələ olub

22 Oktyabr 2026 - 19:43
Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub

22 Oktyabr 2026 - 19:08
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib

22 Oktyabr 2026 - 18:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.