"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Ov ovluyub quş quşlayan ƏSİRLƏRİMİZ

14 Avqust 2014 - 08:34
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

  • Arzu Abdulla  
                                                     foto_24

Kitabi “Dədə Qorqud” dastanında “Uşun Qoca oğlu Səgrəyin boyu” var. Uşun Qocanın oğlu Səgrək 15 yaşına çatanda qonşuları ənənəvi olaraq bunun başına qaxınc edirlər ki, qardaşın Şöklü Məliyin qalasında əsir saxlanılır. 15 yaşlı Səgrək də gəlib anasına deyir ki, and olsun bizi yaradana o gül boğazını üzərəm, bəs niyə demirsən, qardaşını düşmən həbs edib, əsir saxlayır? Anası da deyir ki, ay oğul, düşmən güclüdür, istəmədim səni də əlimdən alsın. Bizim ailələrdə ənənəvi olaraq xəbər ən sonda ataya çatır. Türklər belə yerdə deyir “Ən sonda babalar duyar”.

Xülasə, sonda ata oğlunu bu yoldan döndərmək üçün gedir elin ağsaqqalı Dədə Qorqudun yanına. Dədə Qorqud deyir ki, “get, oğlunun ayağına “ətdən buxov” vur”. Heç bilirsinizmi, bizim Dədəmizin “ət buxov” dediyi nə idi? Bu, qadın idi. Bəli, bizdə taa Dədə Qorquddan üzü bəri qadına münasibət belə “yüksək” olub.
Xülasə, eldən-obadan bir zavallı Fatmanisəni zurna-qavalla alırlar Səgrəkə. Səgrək toy gecəsi qızı xoşbəxt etmir. O, gərdəyə girib qılıncını çıxarıb qızla öz arasına sancır və deyir: “Bu qılıncımla doğranım, oxuma sancılım, oğlum olmasın, olsa da heç on yaşına varmasın, əgər, qardaşımı düşmən zindanından xilas etməmiş sənə toxunsam”.

Belə deyib, düşmən qalasına hücum edir. Lakin Şöklü Məliyin qalasına yol gözəl bir qoruqdan keçirdi. Səgrək bu qoruğa girir və qırqovulları vurur, ov ovlayır, quş quşlayır, ceyranları kəsir kabab çəkir, yeddi illik şərabdan içir və dərin yuxuya dalır. Dədə Qorqud demişkən, Oğuz igidlərinin başına nə gəlsə, yuxuda gələrmiş. Qoy, Səgrək yuxusunu bişirsin, ayılmasın. Ayılıb bu günümüzü görər, o ceyran başı kəsdiyi xəncərini öz köksünə sancar. Mən isə sizlərə Kəlbəcərdə tutulan soydaşlarımızdan danışım.

İndi ermənilərin bütün saytları ötən gün Kəlbəcərdə əsir götürülən soydaşlarımızın videogörüntüsünü yayır.
Videoda sifəti görünməyən soydaşlarımız bu yerlərin onların doğma kəndi olduğunu və iki gün aclıqdan əziyyət çəkəndən sonra, nəhayət, qarşılarına çıxan dananı kəsərək aclıqdan xilas olduqlarını deyir.

Daha sonra Kəlbəcərdəki erməni fermalarından birindən içərisinə “samaqon” araq tökülmüş mineral su şüşəsini də ələ keçirdikləri, arağı dana kababı ilə içməyə hazırlaşdıqları bəlli olur.

Bir sözlə, düşmən əsirliyində olan doğma kəndini görməyə gedən soydaşlarımız, əsrlər öncə doğmaca qardaşını əsirlikdən azad etməyə gedən Səgrək kimi ov ovlayıb, quş quşlayıb, kabab çəkib, üstəlik, üstündən də araq içib. Ola bilər, bəlkə də belə bir video heç çəkilməyib, ermənilər montaj edib. Amma bizim tariximizdə qardaşını xilas etməyə gedən, lakin yolda şərab içib, kabab yeyib yıxılıb yatan Səgrək obrazı var. Qazan xan da oğlu ilə ova çıxanda təbiətsevər düşmənin qoruğundakı qırqovulları, ceyranları məhv edib, kabab çəkib yedikdən, şərab içdikdən sonra yatır və əsir düşür.

İndi erməni əsirliyində olan soydaşlarımız da doğma yurdun, daha doğrusu, yurdsuzluğun alışıb qovurduğu ürəkdən gələn bir sızıltıyla o ağacı, o torpağı öpmək, ötənlərə xəyali qovuşmaq və bu anların romantikasını yaşamaq əvəzinə kabab çəkib kef edirlər.

Hamısı bir yana, bizim genimizdə bir kabab yanğısı var. Dağa-meşəyə gəzməyə gedənlər orda kabab çəkdiklərini elə ağız dolusu ilə danışırlar. Məncə bizim ulu babalarımız gerçəkdən köçəri olublar. Bu kabab yanğısı da canımıza, genimizə o köçəri həyatından köçüb.

Ən dəhşətlisi, “Facebook”da bığlı-saqqallı, yekəpər kişilərin Kəlbəcər həsrətli şeirlər paylaşmasıdır. Kişi də qoca qarı kimi öz dərdini mərsiyəyə çevirirsə, vay halımıza.

Previous Post

Ov ovluyub quş quşlayan ƏSİRLƏRİMİZ

Next Post

Ebola virusu Azərbaycanın bir addımlığında

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Ebola virusu Azərbaycanın bir addımlığında

Ebola virusu Azərbaycanın bir addımlığında

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.