"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Elman Abdullayev: “Eşton və Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa ziddir” – MÜSAHİBƏ

05 Avqust 2014 - 15:41
in MÖVQE
FacebookVatsap
“Avropa Birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq Elman abdullayev 454545445siyasəti barədə açıq və qəti mövqe ortaya qoymaqdan boyun qaçırır” 
 Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin APA-ya müsahibəsi

– Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri yüksək qiymətləndirildi. Bu səfərdən sonra Avropa Birliyinin ali nümayəndəsi və vitse-prezidenti Ketrin Eşton və genişlənmə, Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle tərəfindən Leyla Yunusla bağlı birgə bəyanat verilməsini necə dəyərləndirirsiniz?

– Bu, Avropa Komissiyası daxilində təzadlı yanaşmanın olduğunu göstərir. Avropa Komissiyası prezidentinin Azərbaycana səfəri ölkəmizin Avropa Birliyi ilə münasibətlərində strateji əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoymasının nümunəsi idi. Belə bir mərhələdə Ketrin Eşton və Ştefan Fülenin belə bəyanatla çıxış etmələri Joze Manul Barrozonun səfərinin əhəmiyyətinə və uğurlu nəticələrinə sanki kölgə salmaq məqsədi daşıyır. Bu da göstərir ki, Avropa Komissiyasının daxilində müəyyən ziddiyyətli yanaşmalar mövcuddur. Avropa Komissiyası prezidentinin Azərbaycana önəmli bir səfər həyata keçirdiyi, tərəflər arasında əməkdaşlığın bu cür strateji bir səviyyədə olduğu anda belə bəyanatın səslənməsi təbii ki, qəbuledilməzdir. Ketrin Eşton və Ştefan Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa tam ziddir.  İkincisi, biz bu bəyanatı Azərbaycana siyasi təzyiq cəhdi kimi qiymətləndiririk. Hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qanun hamı üçün eynidir, Azərbaycan dövləti qanunun aliliyini hər zaman yüksək tutub. Konkret cinayət əməlləri törətməkdə ittiham edilən hər bir kəs qanun qarşısında cavab verməlidir. Barəsində danışdığımız Leyla Yunus cinayət tərkibli əməllərlə bərabər, vətənə xəyanətdə də ittiham edilir. Təbii ki, Avropa Birliyi rəsmiləri tərəfindən məhkəmə-hüquq proseslərinin və cinayət tərkibli əməllərin məqsədyönlü şəkildə siyasiləşdirilməsi və insan hüquqlarını əldə bəhanə, alət edərək Azərbaycana təzyiq göstərmə cəhdləri bizim tərəfimizdən rədd olunur.

– Bu bəyanat nə üçün Azərbaycana təzyiq cəhdi kimi qiymətləndirilir?

– Çünki burada cinayət tərkibli əməllər var və bu əməllər araşdırılır. Digər tərəfdən, Azərbaycanın müstəqil məhkəmə sistemi var və bu məhkəmə sisteminə belə təzyiqlər göstərmək birmənalı şəkildə qəbuledilməzdir. Bütün inkişaf etmiş cəmiyyətlərdə məhkəməyə təzyiq yolverilməzdir. Bu, birmənalı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq, müdaxilə etmək cəhdidir və yolverilməzdir. Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulanıb ki, məhkəmə prosesi qanun çərçivəsində həyata keçiriləcək.

– Yeri gəlmişkən, Avropa Birliyinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların hüquqlarının qorunması sahəsində fəallığı hansı səviyyədədir?

Bunu da oxuyun

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

– Ermənistan Azərbaycan ərazilərini işğal edib, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, hüquqları kobud surətdə pozulub. Ancaq Avropa Birliyi daim Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasəti barədə açıq və qəti mövqe ortaya qoymaqdan boyun qaçırır. Belə mövqe ortaya qoymaqdan boyun qaçıran Avropa Birliyi cinayət tərkibli fərdi halları əsas götürür və siyasi bəyanatlarla çıxış edir. Təbii ki, bu, Avropa Birliyini Azərbaycanla bağlı ədalətsiz və qərəzli yanaşmasının göstəricisidir. AB bir çox hallarda separatizm və onun meyllərinin dəstəklənməsinə qarşı çıxış edir. Lakin Azərbaycana qarşı bu separatizm və işğalçılıq əməllərinə münasibətdə susqunluq, ikili standartlar nümayiş etdirir, eyni zamanda vətənə xəyanətə ittiham edilən şəxslə bağlı məsələni siyasiləşdirir, Azərbaycana təzyiq göstərməyə cəhd edir. Bu da onu göstərir ki, Avropa Birliyi bütün əməkdaşlıq etdiyi və qonşuluğunda yerləşən ölkələrə heç də bərabər münasibət bəsləmir. Bu da Avropa Birliyində çox ciddi problemlərin olduğunu göstərir. AB bütün problemlərə ədalətli və qərəzsiz yanaşmır. Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti qarşısında da susqunluq nümayiş etdirərək öz qərəzli mövqeyini ortaya qoyur. Beynəlxalq ictimaiyyət üçün önəmli olan ərazi bütövlüyü məsələsində passivlik qəbuledilməzdir. Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirildiyi halda Avropa Birliyinin beynəlxalq münasibətlər üçün müqəddəs əhəmiyyət kəsb edən ərazi bütövlüyü prinsipinin ortaya qoyulmasından boyun qaçırılması xoşagəlməz bir haldır. Bu qurumun Ermənistanın beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozmasına qarşı çıxmasını, Ermənistana ciddi çağırışlar etməsini də görmürük. Təəssüflər olsun ki, bu cür yanaşma Avropa Birliyinin özünün qərəzsizliyini və obyektivliyini kifayət qədər şübhə altına salır.

Previous Post

Elman Abdullayev: “Eşton və Fülenin bəyanatı Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlığın ruhuna və məzmununa ziddir” – MÜSAHİBƏ

Next Post

Ermənilər qaçır

Bənzər yazılar

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

23 İyul 2026 - 11:27

Lavrov Rubioya Ukraynaya silah göndərilməsinin qəbuledilməzliyi barədə xəbərdarlıq etdi. Elchi.az xəbər verir ki, Lavrov Rubioya təmas xəttindəki real vəziyyət barədə...

Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zelenski Uitkoff və Kuşnerlə danışdı

23 İyul 2026 - 10:36

Ukrayna Prezidenti Volodimir Zelenski Stiv Vitkoff və Cared Kuşnerlə telefonla danışdığını açıqladı. Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media...

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26

Zaxarova İtaliya xarici işlər nazirinin diplomatların qovulması ilə bağlı açıqlamalarındakı yalanları qeyd etdi. Elchi.az xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio...

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

21 İyul 2026 - 10:14

İrandan atılan raketləri və dronları ələ keçirmək üçün Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib. Elchi.az xəbər verir...

Next Post

Ermənilər qaçır

Ermənilər qaçır

Son xəbərlər

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

23 İyul 2026 - 16:00
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

23 İyul 2026 - 15:52
ARDNF-in investisiya portfeli 9% artıb

ARDNF-in investisiya portfeli 9% artıb

23 İyul 2026 - 15:45
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul 2026 - 15:36
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq

23 İyul 2026 - 15:28
Saatlıda 9 kq narkotik aşkarlanıb

Saatlıda 9 kq narkotik aşkarlanıb

23 İyul 2026 - 15:20
Azərbaycana gələn turistlər azalıb

Azərbaycana gələn turistlər azalıb

23 İyul 2026 - 15:11
“Ukrayna münaqişəsinin həlli ilə bağlı təmaslar davam edir” – Peskov

“Ukrayna münaqişəsinin həlli ilə bağlı təmaslar davam edir” – Peskov

23 İyul 2026 - 15:00
Azərbaycanda işsizlərin sayı

Azərbaycanda işsizlərin sayı

23 İyul 2026 - 14:46
Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

23 İyul 2026 - 14:30
Azərbaycanda taksi fəaliyyəti dəyişir

Azərbaycanda taksi fəaliyyəti dəyişir

23 İyul 2026 - 14:14
Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

23 İyul 2026 - 14:00
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

23 İyul 2026 - 13:45
Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

23 İyul 2026 - 13:30
Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi

23 İyul 2026 - 13:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.