"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“İnanın ki, Qarabağda müharibə başlaması bizə sərf etmir”

02 Avqust 2014 - 12:27
in FLƏŞ
FacebookVatsap

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Məşhur rusiyalı analitik Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən son döyüşlər,21526 müharibə ehtimalı və bunda maraqlı olan tərəflər barədə fikirlərini “Bizim Yol”a açıqlayıb
Andrey İvanov: “Son hadisələr Qarabağ uğrunda yeni müharibənin siqnalıdır və ABŞ israrla Ermənistanı savaşa təhrik edir”
“Ukraynadakı ağır vəziyyətdən sonra, Moskva Qafqazda da münaqişə ocağı yaranmasını birmənalı şəkildə istəmir”
Azərbaycan – Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri avqustun 1-nə keçən gecə atəşkəs rejimini bir neçə istiqamətdən pozaraq, Azərbaycan ordusunun nəzarəti altında olan ərazilərə daxil olmağa cəhd ediblər. Şiddətli döyüşlərdə 9 hərbçimiz həlak olub. Qeyri-rəsmi məlumatlara görə qarşı tərəf də xeyli itki verib.
Bu hadisə yenidən diqqətləri müharibə ehtimalına və bunu doğuran səbəblərə yönəltdi. Ayrıca, dünyada supergüclərin qanlı toqquşmalarının getdiyi, müxtəlif ərazilər üzrə nüfuz savaşlarının aparıldığı, proseslərin Şərq-Qərb qarşıdurmasına çevrildiyi bir dönəmdə Azərbaycan-Ermənistan sərhədində müharibəyə səbəb ola biləcək əməliyyatın getməsi ekspertləri bəzi ehtimallar üzərində düşünməyə vadar edir. Belə ki, Qərb rəsmi Bakını israrla öz yanında görmək istəyir, Azərbaycan Avropa Birliyinin yeni təkliflərinə isti yanaşır, ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün qarşılıqlı jestlər edilir və hətta Bakıda Rusiya əleyhinə bəyannamə qəbul olunur. Bu cür durumda isə, təbii ki, Moskvanın öz nüfuz dairəsində hesab etdiyi əraziləri “düşmən” həmləsindən qorumaq üçün ən müxtəlif variantlara əl atması istisna deyil. O cümlədən Qarabağda müharibə (yaxud müharibə görüntüsü) başladıb, Azərbaycanı təxribata çəkmək və nəticədə fakt qarşısında qoyaraq, öz yolundan döndərmək kimi.
Faktdır ki, rəsmi Yerevan Moskvadan iznsiz heç bir hərbi (həmçinin siyasi, iqtisadi) addıma getməz. Bu amil də cəbhədəki son hadisələrin arxasından “rus şinelinin” göründüyü versiyalarının inandırıcılığını təsdiqləyir.
Ümumiyyətlə, cəbhə xəttində nə baş verir? Müharibə ehtimalı mümkündürmü və bu, kimə sərf edir? Və müharibə başlayarsa, nəticələri kimin üçün necə ola bilər? “Bizim Yol” əməkdaşı bu və digər suallara cavab tapmaq üçün, Rusiya İnnovasiya İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru, politoloq Andrey İvanova müraciət etdi.
– Cənab İvanov, Azərbaycan-Ermənistan sərhədində son baş verən olaylardan xəbərdarsınız. Necə düşünürsünüz, bu, Qarabağ uğrunda yeni müharibənin başlanğıcıdır?
– Mənim fikrimcə, bəli. Bu, Donbasda bas verən hərbi qarşıdurmaların təsiridir. İndi Rusiya və Avropada bir çox siyasətçilər və ictimai xadimlər Birinci Dünya Müharibəsinin başlanmasından 100 il sonra insanlığın yeni planetar qarşıdurma içərisində olduğunu bildirirlər. İndiki vaxtla 1914-cü illər ərəfəsinin birbaşa analogiyasından danışmaq çətindir, çünki tarixdə bütün analogiyalar həmişə səthidir, yüz ildə dünya çox dəyişib.
Lakin, iri dövlətlər arasında ziddiyyət qalır. Aydındır ki, Birinci və ya İkinci Dünya müharibəsinə bənzər müharibə olmayacaq: bütün bəşəriyyəti məhvlə təhdid edən nüvə silahı istifadə etməkdən hər kəs qorxur. Lakin tamamilə mümkündür ki, yeni dünya müharibəsi özünü çoxlu lokal konfliktlərlə göstərəcək. Tarixi analogiyalar haqqında danışsaq, bu müharibə mahiyyətcə 30 illik, yəni Birinci Dünya Müharibəsini xatırladacaq. Hərbi əməliyyatlar meydanı sadəcə Avropa ölkələri olmayacaq, həm də dünyanın başqa bölgələri də konfliktlərə cəlb olunacaq. Əslində, biz artıq bunu görürük: Əfqanıstan, İraq, Liviya, Suriya, Ukrayna, Dnestryanı bölgədə problemlər yaşanır. İstisna deyil ki, bu münaqişələr Mərkəzi Asiya və Qafqazda da qızışacaq.
– Aydındır ki, Ermənistan hökuməti Moskva ilə razılaşdırmadan heç bir qərar qəbul etmir. Nə baş verir? Moskva tərəfləri savaşa təhrik edir? 
– Biz münaqişənin yayılma sahəsinə baxsaq, görərik ki, sadəcə Rusiya ətrafında qeyri-sabitlik qurşağı formalaşır. Təsəvvür etmək çox çətindir ki, Ukraynadakı ağır vəziyyətdən başqa, Moskva üstəlik Qafqazda da münaqişə ocağı istəsin. Aydındır ki, hərbi münaqişələrin katalizatoru digər ölkələr, ilk növbədə Birləşmiş Ştatlar olub. Heç bir halda Rusiya üçün Azərbaycanla münasibətləri korlamaq və həmçinin özünün normal əlaqələri olan Ermənistanla Azərbaycan arasında müharibəni qızışdırmaq sərfəli deyil.
Amma amerikalılar Yerevanın mövqeyinin dəyişməsi üçün çoxdan iş aparırlar. Sirr deyil ki, Amerikayönümlü və anti-Rusiya əhval-ruhiyyəli vəzifəli şəxslər indi demək olar ki, Ermənistanın bütün hakimiyyət strukturlarında var. Bəli, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında gərginliyin artmasını gözləmək olar. Lakin, xalqları müharibəyə azərbaycanlı və erməni əhalisinin taleyini zərrə qədər düşünməyən qüvvələr itələyəcək. Və bu, dəqiq ermənilər və azərbaycanlılar üçün eyni dərəcədə xeyirxah qonşuluq münasibətləri olan Rusiya deyil. İnanın ki, Qarabağda müharibə başlaması Rusiyaya qətiyyən sərf etmir.
– Necə hesab edirsiniz, Ermənistan təkbaşına və öz təşəbbüsü ilə müharibəni başlamağa qadirdirmi?   
– Ermənistan müharibəni müstəqil başlaya bilməz. O, yalnız Amerika Birləşmiş Ştatlarının dəstəyini almaqla bunu edə bilər. Əslində, Donbasda hərbi əməliyyatlara Kiyev Vaşinqtonun razılığını alandan sonra başladı. Xatırladım ki, hərbi əməliyyatların fəal mərhələsi Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Kiyevə gəlişindən sonra başladı. Məlumdur ki, döyüşmək üçün Ermənistanın heç bir qüvvəsi yoxdur. Amma onu da vurğulayım ki, bu fakt münaqişəsinin əsl təhrikçilərini qətiyyən düşündürmür.
– Yəni Vaşinqtonu, yoxsa Moskvanı?
– Müharibənin əsl qızışdırıcı tərəfi, təbii ki, ABŞ-dır, Vaşinqtonda oturanlardır. Moskva ehtiyatlı siyasət yürütməyə çalışır, çünki müharibə Rusiyaya lazım deyil.
– Dediyiniz kimi, hansısa təhriklər savaşa səbəb olarsa, tərəflərin davranışı necə olacaq?
– Müharibə baş verdiyi halda Rusiya tezliklə sülh əldə edilməsində maraqlı olacaq. Ukraynadan fərqli olaraq, burada söhbət soydaşlarımızdan getmədiyindən, Dağlıq Qarabağın statusu kimi məsələlər maraqlı deyil və Moskva istənilən sülh təşəbbüsünə razı olacaq. Əsas odur ki, silahlardan atəş açılmasın. Lakin Birləşmiş Ştatlar münaqişəni hər vasitə ilə qızışdıracaq. Müharibəyə başlasa, onlar çox asanlıqla Yerevana yardım vəd edə bilərlər,  sonra açıq şəkildə Bakının tərəfində dayanarlar, bununla da Rusiyanı Ermənistanın tərəfinə çəkməyə təhrik edərlər.
– Azərbaycan fəal olaraq Rusiyadan silah almağa davam edir. Hərbi-sənaye sektorunda da ölkələrimiz arasında sıx əməkdaşlıq var. Sizcə, bunlar Cənubi Qafqazda ümumi məqsədlərdən xəbər verir?
– Azərbaycana silah təchizatına gəlincə, bu, uzun illərdir davam edir. Rəsmi Bakı Moskvadan xeyli miqdarda müasir texnologiya alır. Özü də həmişə vaxtında və ödənişini gecikdirmədən. Rusiyanın heç bir düşüncəli insanı belə gəlirli müqavilələrdən imtina etməyəcək. Azərbaycanın hərbi büdcəsi daim artır, bu, obyektiv olaraq regiondakı gərginliklə bağlıdır. Ölkə hakimiyyəti Ermənistan üzərində əhəmiyyətli bir hərbi üstünlüyə nail olmağı qarşısına çoxdan məqsəd qoyub.
Lakin burada yada salmaq lazımdır ki, Rusiya ölkələrdən birini silahla təmin edəndə, bərabərliyi qorumağa çalışır, o birinə də silah verir. Deyək ki, Azərbaycan öz hərbi gücünü artırmaq istəyir və Rusiyadan silah alır. Rusiya müdafiə müəssisələri olduqca əlverişli sifariş alırlar. Eyni zamanda anbarlarda paslanan silah, texnika Ermənistana göndərilir. Rusiya bir neçə köhnəlmiş maşının texniki saxlanması qayğısından xilas olur. Ermənistanın hərbi gücü artandan sonra, Rusiya Azərbaycanla yeni müqaviləyə ümid edə bilər.
Geosiyasət sahəsində yaxınlaşmaya gəlincə, o da aydındır ki, Gürcüstandan fərqli olaraq Azərbaycan NATO-ya daxil olmağa hazırlaşdığı barədə hər küncdə hay-küy qoparmır. Əksinə, hər dəfə Bakı Rusiya ilə strateji tərəfdaş olduqlarını vurğulayır. Balanslaşdırılmış siyasət işgüzar sahədə əməkdaşlığa imkan verir.
– Moskvanın Bakıya reverans etməsi Bakının Moskvaya Yerevandan daha çox yaxınlaşdığını hesab edən Ermənistanda ciddi isteriya doğurur. Bununla bağlı fikriniz necədir?
– Rusiya iki strateji tərəfdaşı arasında seçim etməkdə yox, onların birgə inkişafında maraqlıdır. Bu gün Qafqaz – qapalı sərhədlər zonasıdır. Buna görə də region ölkələri tam inkişaf edə bilmir. Bu səbəbdən də Rusiya ilə bir neçə ölkənin əməkdaşlığı da inkişaf edə bilmir. Bu gün Moskvadan Yerevana qatar və ya avtomobillə getmək mümkün deyil. İstisnasız olaraq bu vəziyyətdən hər kəs əziyyət çəkir, dövlətlər isə bundan qazanmır.
Lakin isterika siyasətçilərə lazımdır. Baxmayaraq “erməni amili”, mənim fikrimcə, görüşdə var idi. Məsələ burasındadır ki, Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına qərar vermişdi. Amma Ermənistanın bütün təhlükəsizliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bağlıdır. İndi Vladimir Putin bütün MDB ölkələrini Gömrük İttifaqına qoşulmağa dəvət edir. Geosiyasi vəziyyət Kremlə bu gün qlobal, hətta demək olar ki, neo-imperiya ambisiyalarını bəyan etməyin zəruriliyini diqtə edir. Bu, nədən irəli gəlir, yaxşı və ya pisdir – mühakimələrə varmayacam.
Amma fakt faktlığında qalır. Bu gün Rusiya rəhbərliyi dövlət üçün yeganə çıxış yolunun Rusiya ətrafında böyük Avrasiya məkanı yaratmaq olduğuna qərar verib. Bundan başqa, indi yeni bir dünya yaratmaq üçün ruhani lider olmağa cəhdlər edilir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya Birliyi çərçivəsində artan fəallıq da buradandır. Azərbaycanla indi əməkdaşlıq sərfəlidir, Gömrük İttifaqı mövzusu qaldırılmayıb. Lakin Ermənistan dəyişməz bir müttəfiq kimi qəbul edilir. Və birdən Qərb ilə belə bir “dilxoşluq” ortaya çıxarır ki, Ermənistanı özünə tərəf çəksin. Amma mənə elə gəlir ki, buna baxmayaraq, Rusiya və Ermənistan arasındakı münasibətlərdə prinsipial bir dəyişiklik baş verməyəcək.
Previous Post

“İnanın ki, Qarabağda müharibə başlaması bizə sərf etmir”

Next Post

Afrikada Ebola virusu dəhşəti: hər yer cəsədlə doludur…

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post

Afrikada Ebola virusu dəhşəti: hər yer cəsədlə doludur...

Afrikada Ebola virusu dəhşəti: hər yer cəsədlə doludur...

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.