"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

AKP-Camaat davası böyüyür – Türkiyə gərginlikdə

30 İyul 2014 - 22:47
in MANŞET
FacebookVatsap

22 iyulda başlayan “camaat ovu”nda daha 11 polis həbs edilib; İŞİD-ın Türkiyə qolu İstanbuldaimg1611001 cihada cağırış edib; Devlet Bahçeli Ərdoğan nağılının bitəcəyini deyib

AKP-Gülən davasında daha 11 polis həbs edilib. İyulun 30-da İstanbul məhkəməsi son günlər saxlanan 49 polisdən 11-i haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi  barədə qərar çıxarıb. Həbs edilənlər içərisində son illərin ən səs-küylü məhkəmə proseslərindən olan “Ergenekon” davasında adı təşkilatçılar sırasında keçən zabitlər Yurt Atyun və  Serdar Bayraktutan da var.
Məhkəmə 11 şəxsə qarşı dövlətin gizli qalmalı olan sənədlərini casusluq amacıyla bəlli qruplara vermə, rəsmi sənədləri saxtalaşdırmaq ittihamı irəli sürüb.
Buna qədər isə hakimlə vəkillər arasında bir neçə dəfə mübahisələr yaşanıb. Vəkillər hakimin hökm oxumaq üçün yetərincə dəlili olmamasını, hakimiyyətin sifarişini yerinə yetirdiyini əsas gətirərək bütün məhkəmə heyətinə etiraz ediblər. Hakim A.Çiçək isə istintaq zamanı yetərincə dəlil toplandığını, məhkəməyə təqdim edilən faktların yoxlandığını əsas gətirərək hökmü elan edib. Həbs edilən polislərin vəkilləri məhkəmə hökmündən şikayət verəcəklərini elan ediblər.
Vəkil Kamil Ata mediaya açıqlamasında deyib ki, 22 iyul əməliyyatında həbs edilənlərin hamısı casusluqda suçlu bilinir: “Bu siyasi bir iddiadır. Siyasi iqtidar terror qrupları ilə qol-qola gəzir. Bu ittihamların hamısının əsassız olduğunu, siyasi sifarişli olduğunu bilirik. Ona görə də məhkəmənin müvəkkillərimiz haqqında həbs tədbiri seçəcəyini öncədən bilirdik”.
Həbs edilən polislər gücləndirilmiş təhlükəsizlik tədbirlər altında Metris cəza evinə aparılıb. Onu da vurğulayaq ki, “28 Fevral”, “Ergenekon” istintaqlarında həbs edilən ordu rəhbərliyi də bu cəza evində saxlanılırdı.
 *  *  *  *
 
 
İŞİD tərəfdarı olan dini sekta təmsilçilərinin İstanbulun meşə massivlərindən birində bayram namazı qılması, sekta liderinin cihad çağırışları Türkiyə Böyük Millət Məclisində müzakirə mövzusu olub. Cümhuriyyət Xalq Partiyasından millət vəkili, partiyanın sədr müavini Sezgin Tanrıkulu parlament kürsüsündən daxili işlər nazirinə səslənib: “İŞİD terror qruplaşmasının Türkiyə qolu hesab edilən qrupun İstanbulda düşərgə və ya düşərgələr saldığı doğrudurmu? Bu qrupda kimlər var? Əgər bu iddialar doğrudursa, o zaman Daxili İşlər Nazirliyi hansı səbəbdən həmin yeri təsbit etməyib?
Sosial mediada yayılan videogörüntülər İstanbulun hansı səmtində çəkilib? Belə bir toplantı keçirilməsi üçün rəsmən müraciət edilibmi?  İzin istənilibsə, bu izni hansı yetkililər verib? Bu insanlar niyə digər müsəlmanlar kimi camelərə getməyə yönləndirilməyib? Ortada bu qrupun İŞİD-a qoşulmaq üçün gənclərə hərbi təlimlər keçdiyi də var. Bu iddialar yoxlanılıbmı? İŞİD-in İstanbul qolu olan bu qrup İstanbulda cihad çağırışları edərkən İstanbul Polisi və Əmniyyət Müdürlüyü hansı işlərlə məşğul idi?”
Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli iyulun 30-da Ramazan bayramı münasibəti ilə İstanbulda partiya mənsubları və tərəfdarları ilə görüşüb. Türkiyə mediası Bahçelinin toplantıdakı çıxışında səsləndirdiyi “bizim millətimiz birdir, dövlətimiz birdir, vətənimiz birdir, bayrağımız birdir, dilimiz birdir, bayramımız birdir” sözlərini manşetlərə çıxarıb.
MHP-lilərə bayram təbriklərini çatdıran Bahçeli son zamanlar Türkiyə bayrağına hücumlardan ciddi rahatsızlıq keçirdiyini dilə gətirib: “Ortada bayraq düşməni şərəfsizlər var. Ancaq bilsinlər ki, türk bayrağı sahibsiz deyildir”.
MHP lideri bir neçə gün öncə Fatih Terim Stadionunun açılışında AKP-nin prezidentliyə namizədi baş nazir Rəcəb Tayyib Ərdoğanın futbol oynamasına da münasibət bildirib: “Baş nazir 12 nömrəli oyunçu formasını geyinərək 12-ci prezident olacağı ilə bağlı mesaj verməyə cəhd edir. İdmanı siyasətə alət etmə. Güclə vurdurulan 3 qolun səni xilas edəcəyini düşünmə, yaşıl meydanlardan mədəd uman türk idmanını kirlətmə. Sakit ol və bizi dinlə. Sənə çox həvəslənməməyi tövsiyə edirəm. Çox həyəcanlanma. 10 avqust sənin üçün sonun başlanğıcı olacaq. Ərdoğan zülmü, Ərdoğan dönəmi inşallah qapanacaq, Ərdoğan nağılı bitəcək. 10 avqust bunun üçün ilk fürsətdir”.
Devlet Bahçeli çıxışında İraq Türkmənlərinin ağır durumundan söz açıb, Qəzzada silahların durması üçün yollar arayan Türkiyə diplomatiyasının türkmənləri görməzdən gəlməsini sərt tənqid edib: “Türkmən elində çağlayaraq axan qan “insanam” deyən hər kəsi üsyan etdirməlidir. İŞİD adlı İslam düşməni, insanlıq qatili, şəfqət və mərhəmət cəlladı terror qruplaşması qardaşlarımızı amansızlıqla qətlə yetirir. Bu cinayətkarlar camiləri, müqəddəs ziyarətgahları havaya uçurur. İŞİD Kəbə evini vurmaqdan, hacıları qanına qəltan etməkdən dəm vurur. Qarşımızda qudurmuş, kinlə dolu, ibliscə silahlanmış, dindən, imandan, insanlıqdan çıxmış vəhşi bir terror qruplaşması vardır. İyunun 11-dən 49 Türkiyə vətəndaşı İŞİD-in əlindədir. Türkiyə dövləti bu məsələdə tam hərəkətsizdir. Qəzzada da insanlıq dramı yaşanır. Hər gün acı xəbərlər alınır. Türk diplomatiyası Fələstində atəşkəs üçün gecəsini gündüzünə qatıb. İsrail Qəzza üçün nədirsə, İŞİD də türkmən qardaşlarımız üçün eynidir. Bu bayramda da türkmən qardaşlarımız mənən yanımızdadır. Onların davası bizim davamızdır. Ərdoğan bu davanı bilməz”.
Çıxışının sonunda MHP lıideri Türkiyə seçicilərini 10 avqust prezident seçkisində müxalifətin vahid namizədi professor Ekmeleddin İhsanoğluna səs verməyə çağırıb: “Ekmeleddin İhsanoğlu türk millətinin ortaq vicdanının təmsilçisidir. Hər dava arxadaşım bu görəvə layiqdir.
Türkiyənin bugünkü həssas durumunda biz ciddi bir uzlaşmanın mümkünlüyünə inandıq, gərək olan addımı atdıq. Professor İhsanoğlu hər görüşündə millətin könlünü fəth etməkdə, təqdirlər almaqda, qərarları dəyişdirməkdə, Ərdoğanın yuxularını qaçırmaqdadır. Bizim kriterilərimiz bəllidir, hörmətli İhsanoğlu bu kriterilərə cavab verir. Bizim Rəcəb Tayyib Ərdoğan adlı qardaşımız olmayıb, olmayacaq. Birlik, dirilik, sabitlik, ümid, qardaşlıq, etibar, təhlükəsizlik üçün bütün Türkiyə vətəndaşlarını 10 avqustda Ekmeleddin İhsanoğluna səs verməyə çağırıram”.
D.Bahçeli MHP-liləri Ekmeleddin İhsanoğlunun qələbəsi üçün çalışmaqdan yorulmamağa, insanların çörəyi ilə oynayanlara deyil, çörək vermək istəyənlərə dəstək olmağa çağırıb.
Aygün Muradxanlı

 

Bunu da oxuyun

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Previous Post

AKP-Camaat davası böyüyür – Türkiyə gərginlikdə

Next Post

“Məmurlar bizi tapdalayır, təhqir edir, hədə-qorxu gəlir” – Tahir İmanov

Bənzər yazılar

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56

Böyük Britaniya və ya NATO-nun hərbi əməliyyatları Rusiyanın sərəncamında olan bütün vasitələrlə cavablandırılacaq. Elchi.az xəbər verir ki, Rusiyanın Londondakı səfirliyi...

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00

Papa XIV Leo Fransadan qayıdarkən mətbuat qrupundakı jurnalistlərlə söhbətində Rusiya və Ukraynaya müraciət edib. Elchi.az xəbər verir ki, "TASS" agentliyi...

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

Vanq: Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq

29 Sentyabr 2026 - 11:09

Çinin xarici işlər naziri Vanq Yi xəbərdarlıq edib ki, əgər Yaponiya İkinci Dünya Müharibəsi dövründəki təcavüzkarlıq tarixindən dərs çıxarmazsa və...

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

Kallasdan Ukrayna üçün xoşagəlməz BƏYANAT

28 Sentyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) müdafiə nazirləri ayrı-ayrı üzv dövlətlərin sərəncamında olan "Patriot" raket ehtiyatlarının Ukraynaya ötürülməsi ilə bağlı razılığa gələ bilməyiblər....

Next Post

"Məmurlar bizi tapdalayır, təhqir edir, hədə-qorxu gəlir" - Tahir İmanov

"Məmurlar bizi tapdalayır, təhqir edir, hədə-qorxu gəlir" - Tahir İmanov

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.