"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Polşada Azərbaycana göndərilmək üçün diversantlar hazırlanır (Sensasion təhlil)

24 İyul 2014 - 13:36
in MANŞET
FacebookVatsap
Rusiyanın dövlət xəbər agentliyi “RİA Novosti” polşalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər img1607249İnstitutunun beynəlxalq münasibətlərlər və xarici siyasət kafedrasının dosenti Yakub Koreybanın Polşada MDB ölkələrinə göndərilmək üçün agentlər və “rəngli inqilablar” üzrə diversantlar hazırlayan mərkəzin fəaliyyətindən bəhs edən sensasion məqaləsi dərc olunub.
 
Rusiya keçmiş sovet respublikalarını “rəngli inqilablardan” qorumaq üçün genişmiqyaslı kəşfiyyat və əks-kəşfiyyat, habelə təbliğat müharibəsi başladıb.
 
Bu günlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib ki, FTX MDB ölkələrini “rəngli inqilablardan” qorumaq üçün fəal iş aparır. Bu baxımdan Rusiya XİN-in nəzdində fəaliyyət göstərən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəlliminin məqaləsini də Kremlin postsovet məkanında “rəngli inqilab”larla mübarizə kampaniyası çərçivəsində dəyərləndirmək lazımdır.
 
Musavat.com Virtualaz.org saytına istinadən həmin məqalənin tərcüməsini oxuculara təqdim edir:
***
Polşa diversiya məktəbi: MDB və Rusiya üçün agentlərin hazırlanması
Vaşinqtonun maraqlarının bələdçisi rolunu yerinə yetirən Polşa imkan çərçivəsində postsovet dövlətlərinin ərazisində öz təsir zonasını da formalaşdırmağa çalışır. Nüfuz agentlərinin hazırlanmasının ən mühüm alətlərindən biri də Varşava Universiteti nəzdində “Şərqi Avropa Studiyası”dır.
Ukrayna böhranında iştirak edən xarici qüvvələr təkcə Avropa üçün deyil, bütün Avrasiya üçün ciddi strateji əhəmiyyət kəsb edən bu ölkə üzərində mümkün qədər çox nəzarət əldə etməyə çalışır. Bu situasiyada ən fəal Qərb aktyorlarından biri kimi Şərqi Avropada ənənəvi təsir zonasını özünə tabe etdirmək yolu ilə böyük siyasətə qayıtmaq məqsədini qarşıya qoyan Polşa çıxış edir.
Çoxdan mövcud olan konsepsiyanın həyata keçirilməsi üçün qüvvələr və vasitələr ardıcıl şəkildə hazırlanıb. Polşanın Şərqi Avropada müstəmləkə təsir dairəsinin formalaşdırılması üçün ən mühüm və ən effektiv alətlərdən biri 1990-cı ildən etibarən Varşava Universitetinin nəzdində fəaliyyət göstərən “Şərqi Avropa Studiyası”dır (ŞAS). Şəbəkələşmiş operativ struktura malik ŞAS bir neçə akademik, analitik və nəşriyyat bölmələrindən ibarətdir. Onun mənzil-qərargahı müstəqil institut qismində Varşava Universitetinin nəzdində yerləşir.
ŞAS-ın yaradılması tarixçəsi ötən əsrin 80-ci illərinə gedib çıxır. O vaxt qeyri-leqal “Solidarnosti” hərəkatından  ekstremist əhval-ruhiyyəli elementlər – Anjey Ananiç, Yan Malitski, Tadeuş Mayda SSRİ-nin “milli problemləri” qabartmaq yolu ilə dağıdılması konsepsiyasını hazırlayaraq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən gizli maliyyələşmə əldə etmək şansından istifadə etməyi qərara aldılar.
Onlar milli ziddiyyətlərdən istifadə etməklə SSRİ-nin dağıdılmasına dair 20-ci illərdə polşalı alim Yuzef Pilsudskinin yaratdığı və Zbiqnev Bzejinskinin işlərində istifadə olunan konsepsiyanı “yaradıcı şəkildə” yenidən işlədilər. Beləliklə, onlar Amerika qrantlarını bölüşdürənlərin diqqətini özlərinə cəlb edə bildilər.
ŞAS-ın işinin “elmi” xarakteri təbliğati baxımdan nəinki intensiv, eyni zamanda kifayət qədər ağılla təqdim olunur. Ancaq “studiyanın” bütün fəaliyyət təcrübəsi mahiyyətcə kəşfiyyat-diversiya strukturu olan bu mərkəzin rəhbərliyinin qarşısında qoyulan əsl məqsədləri bariz şəkildə nümayiş etdirir. Praktikada “studiya” Polşa dövlətinin siyasi məqsədlərini reallaşdıraraq dağıdıcı fəaliyyət göstərir.
ŞAS-ın faktiki siyasi və operativ fəallığı həm Varşava Universitetinin nizamnaməsinə, həm də Varşavanın imzaladığı beynəlxalq müqavilələlərə birbaşa ziddir. Bununla belə onun direktoru Yan Malitski dəfələrlə və açıq şəkildə bildirib ki, məqsəd Polşanın Şərqi Avropada təsir zonasının bərpasıdır.Məqsəd təkcə şəxsi deyil, eyni zamanda onun rəhbərlik etdiyi “studiya” da bu məqsədi rəhbər tutur.
ŞAS-ın direkoru elm sahəsində özünü göstərməyib və elmi dərəcəsi də yoxdur. Bununla belə o, 20 ildən çoxdur ki, guya elmi mərkəz olan bu struktura rəhbərlik edir. Y.Malitski Şərqi Avropa regionunda sərhədlərin təftiş edilməsinə çağıran ekstremist əhvallı qatı millətçi kimi yaxşı tanınır. Bu cür hərəkətlərin nəticəsi xüsusən 90-cı illərin ortalarında keçmiş Yuqoslaviyadakı hadisələr fonunda hamıya yaxşı məlumdur. Ancaq burası aydın deyil ki, Y.Malitskini hansı qüvvələr dəstəkləyir və o, nəyə görə məhkəmə məsuliyyətindən yayınaraq bu cür prestijli və imkanlı təşkilata rəhbərlik edir.
ŞAS-ın fəaliyyət sferası dəqiq şəkildə iki hissəyə ayrılır. Birincisi “daxili tələbat” üçündür.Söhbət Polşanın özündə iş aparmaqdan, üstəgəl vətəndaşların ideoloji hazırlığından gedir. İkincisini “ixrac variantı” adlandırmaq lazımdır.
“Studiya” MDB dövlətlərinin vətəndaşlarını sonradan öz ölkələrinin ərazisində operativ fəaliyyət göstərmək üçün seçib hazırlayır.
Hərçənd kağız üzərində ŞAS özünün hərtərəfli elmi, araşdırma və nəşr fəaliyyətinə dair hesabat versə də “studiyanın” sanballı büdcəsindən bu məqsədlərə nə qədər pul xərcləndiyi barədə fakt tapmaq mürəkkəb işdir.
Beləliklə, aydın olur ki, “studiyanın” məqsədi ŞAS-ın məqsədlərini yerinə yetirmək üçün insan materialının seçilməsi və hazırlanmasıdır. Məşğələlərin strukturu və mühazirəçilərin kimlikləri ( hansı ki, onların çoxu xüsusi xidmət orqanlarının keçmiş və ya indiki əməkdaşlarıdır) buna dəlalət edir ki, ŞAS-da tədris əslində kəşfiyyatçıların və diversantların peşəkar hazırlğından ibarətdir.
Polşaya gəldikdə “studiya”nın əsas fəaliyyət məqsədləri yerli mütəxəssislərdən “Kreslər” qismində çıxış edən ölkələrdə işləmək üçün kadrların hazırlanmasıdır. Yəni Polşanın geosiyası ətraflarında yerləşən, həm təbii resurslar mənbəyi, həm də Qərbi Avropanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrində özünə alıcı tapa bilməyən Polşa məhsulları üçün bazar rolunu oynayan ölkələrdən söhbət gedir.
Avropa İttifaqının ayırdığı resurs təchizatçısı rolunda Polşa iqtisadiyyatının inkişafı mümkün olmadığından Varşava öz əhalisinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün müstəmləkə tipində təsir zonası axtarmağa məcburdur. Coğrafi və tarixi zəmində bu rolu Şərqi Avropa və hər şeydən əvvəl Ukrayna yerinə yetirməlidir. Y.Malitski də bu barədə dəfələrlə deyib.
Bu planın yerinə yetirilməsi yaxşı motivasiya olunmuş və ideoloji baxımdan dayanıqlı kadrlar tələb edir. ŞAS-ın əsas məqsədlərindən biri də budur – gənc mütəxəssislərin seçilməsi və ideoloji hazırlığı.
“Təlimdən” sonra onlar Polşanın şərq siyasəti üçün mühüm əhəmiyyət daşıyan sahələrə – dövlət administrasiyasına, diplomatik xidmətə, dövlət və özəl şirkətlərə, əsasən MDB ölkələrinə investisiyalarla məşğul olan bank və energetika sektoruna, KİV-lərə, həmçinin güc strukturlarına və xüsusi xidmət orqanlarına göndərilir.
Hazırlığa magistr proqramı, peşəkar təlim, müxtəlif təqaüdlər daxildir. Xüsusi perspektiv vəd edən dinləyicilərə isə fərdi proqram tətbiq olunur. ŞAS-ın tələbələrinin əksəriyyətinin dedikləri təsdiq edir ki, bu mərkəzdə vaxtın çoxu elmi işə deyil, ideoloji hazırlığa ayrılır.
ŞAS-ın məzunlarının əsas keyfiyyəti mütləq loyallıq və intizamdır. ŞAS-ın 20 ildir dəyişməyən direktorunun fəaliyyətinin nəticəsində Polşanın dövlət strukturlarında “Malitski sektası” adlanan qeyri-formal, məxsi struktur formalaşıb.
“Studiya”nın ölkə ərazisindəki fəaliyyəti prinsipcə qanunları pozmur və gizli xidmətlərin ehtiyacları üçün klassik iş çərçivəsində formalaşıb. Lakin budur, xarici dövlətlərin vətəndaşlarına təlim keçilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. ŞAS-ın köməyi ilə Polşa xüsusi xidmət orqanları MDB respublikaları vətəndaşları arasından onları sonradan öz ölkələrində agentlər kimi istifadə etmək seçim edir və hazırlaşdırır.
“Studiyada” postsovet dövlətlərinin vətəndaşlarının cəlb edilməsi, onların Polşa xüsusi xidmət orqanlarının agentlərinə çevrilməsi üçün təşkilati və maliyyə vasitələri var.
Bu vasitələrin arsenalına aşağıdakılar daxildir:
– Konstantin Kalinovski adına təqaüd proqramı. Proqram Belarusdan dağıdıcı fəaliyyət təcrübəsi olan gənclərin seçilməsi və onlara Minskdə hakimiyyət dəyişikliyi üçün hazırlıq keçilməsi məqsədini daşıyır. Təqaüd proqramından yararlanmaq istəyənlər üçün “rejimlə mübarizədə” iştirakını təsdiq etmək şərti qoyulub. Yəni proqrama elələri cəlb edilir ki, onlar öz ölkələrinin legitim hakimiyyətiə qarşı qeyri-leqal və zorakı fəaliyyət təşkil etməyə, orada iştirak etməyə hazır olsunlar.
– “Lev Sapeqi adına priz” proqramı. Bu proqram Polşa prezidentinin patronajlğı altında Litva, Belarus və Ukraynanın Varşavanın nəzarəti altına qaytarılması ideyasının – Reç Pospolitanın bərpası ideyasının təbliği üçün istifadə olunur.
Maliyyə dəstəyi ilə yanaşı proqram iştirakçılarına Polşa institutlarında və universitetlərində kurs keçmək, lazımi ideyaları təbliğ edən kitablar nəşr etdirmək imkanı verilir.
– “M.Ə.Rəsulzadə və Y.Pilsudski adına təqaüd” proqramı. Rəsulzadə Azərbaycan millətçisidir, 1918-1922-ci illərdə sovet hakimiyyətinə qarşı mübarizə aparıb. Bu proqram ölkələrində “rəngli inqilab” təşkil etməyə hazır olan Azərbaycan vətəndaşlarına təlim keçilməsi üçün nəzərdə tutulub.
Azərbaycana və Cənubi Qafqaza dair siyasət kontekstində Y.Pilsudskinin adı ümumən bu regionu cənub cinahından Rusiyanın “yumşaq yerinə” hücum etmək üçün Qərbin forpostuna çevirmək məqsədi ilə istifadə olunur. Müvafiq olaraq proqram iştirakçıları da məhz bu məqsədin reallaşması üçün seçilir və hazırlanır.
– “Kşiştof Skubişevski adına təqaüd proqramı”. Bu proqram 1989-1993-cü ildə Polşanın xarici işlər naziri olmuş Skubişevskinin adını daşıyır. Proqram Polşa XİN tərəfindən gizli maliyyələşdirilir, formal olaraq isə Skubişevski Fondunun vəsaitlərindən istifadə olunur. Proqram Baltik ölkələri, Şərqi Avropa, Balkan, Mərkəzi Asiya, Qafqaz və Rusiya üçün nəzərdə tutulub.
Məqsədi bu ölkələrin “elmi nailiyyətləri və ya ictimai fəaliyyət təcrübəsi” olan gənc və perspektivli vətəndaşlarına “insan haqları, demokratiya, hüquqi dövlət və beynəlxalq münasibətlərin baza prinsipləri” sferasında təlim keçməkdir. Yəni bu ölkələrə Polşa intervensiyasının reallaşması nəzərdə tutulur.
– “Leyn Kirklend adına təqaüd” proqramı. Bu proqram Amerika Əmək Federasiyasının çoxillik rəhbərinin adını daşıyır. Polşa-Amerika azadlıq fondu tərəfindən maliyyələşdirilir, məqsədi iqtisadiyyatda qatı liberal əsaslarda islahatların aparılması üçün kadrların hazırlığıdır.
Proqrama cəlb olunan MDB vətəndaşlarının beyninə yeridirlər ki, onlar öz ölkələrində ABŞ-ın maraqlarına tam cavab verən sosial-iqtisadi quruluş yaratmağa çalışmalıdır. İndiyədək bu proqram çərçivəsində 500-dən çox gələcək “islahatçı” hazırlanıb.
ŞAS həmçinin SENSE (“Strategic Economic Needs and Security Exercise”) proqramını da koordinasiya edir. Rəsmi olaraq proqram siyasi, iqtisadi və sosial proseslərin dərk edilməsi, idarə olunması üçün işlənib hazırlanıb.
Polşada bu proqrama Vaşinqtonun və Varşavanın prioritetlərində olan ölkələrin dövlət orqanlarının əməkdaşları cəlb olunub. Polşa XİN, Amerika milli müdafiəsi üzrə simulyasiya və kompüter oyunları Mərkəzi, Amerika Sülh İnstitutu tərəfindən maliyyələşdirilir. Proqramda indiyədək Moldova, Azərbaycan, Ukrayna, Serbiya, Əfqanıstan dövlət məmurları, habelə Belarus müxalifətçiləri (cəmi 330 nəfər) təlim keçiblər.
ŞAS Ukrayna, Baltikyanı ölkələr və Kalininqraddan olan gənc tarixçilər üçün nəzərdə tutulmuş Alman Tarix İnstitutunun proqramını da kurasiya edir. Məqsəd Almaniyanın XX əsrdə, o cümlədən II dünya müharibəsi illərində bu ölkələrin tarixində oynadığı rolu müsbət qiymətləndirən fikirləri ictimai rəyə yetirmək və bununla bağlı yazı və məqalələrin dərc olunmasını təşkil etməkdir. Yəni bu proqram çərçivəsində yaradılan proqramlar faktları təhrif etmək və tarixi saxtalaşdırmaq aləti kimi düşünülüb.
“Şərqi Avropa studiyası”nın fəaliyyətinin əsas hissəsi məxfi saxlansa da açıq proqramlar bu təşkilatın regiondakı beynəlxalq qayda-qanunlara və nizama qarşı diversiya-pozuculuq faəliyyətinin miqyasını anlamağa imkan verir.
“Rəngli inqilablar” hadisələri studiyanın fəaliyyətinin nə dərəcədə uğurlu olduğunu dəfələrlə sübuta yetirib. Bu isə onun Polşadakı mövqelərini möhkəmləndirib. Təşkilata maliyyə və siyasi dəstək qazandırıb.
Y.Malitski ŞAS-ın məzunlarının Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrin siyasi həyatındakı iştirakına yüksək qiymət verir. Malitski inanır ki, şəxsən o özü və rəhbərlik etdiyi təşkilat region xalqlarının və dövlətlərinin taleyini həll etmək gücündədir. O və himayədarları bu gün bir çox uğurlu aksiyaları öz aktivlərinə yaza bilərlər. Amma əsas həyata keçirilməli olan vəzifə hələ qabaqdadır. Axı ŞAS-ın mövcudluğunun və fəaliyyətinin bütün məahiyyəti başqadır. Məqsəd Moskvadakı rejimi dəyişmək və Rusiyanın siyasi cəhətdən heç nəyə yaramayan bir neçə xırda dövlətə parçalamaqdır.

 

Bunu da oxuyun

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

Previous Post

Polşada Azərbaycana göndərilmək üçün diversantlar hazırlanır (Sensasion təhlil)

Next Post

Biryulevoda daha dəhşətli qətl – sakit reaksiya

Bənzər yazılar

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil...

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

Səudiyyə Ərəbistanında keçiriləcək DÇ-2034 2035-ci ilə keçirilə bilər

20 İyul 2026 - 17:59

Səudiyyə Ərəbistanında keçiriləcək 2034-cü il futbol üzrə dünya çempionatının müddətini, yarışın müsəlmanlar üçün müqəddəs Ramazan ayına və ya yay istilərinə...

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ

20 İyul 2026 - 15:30

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Elchi.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məsələ...

Next Post

Biryulevoda daha dəhşətli qətl - sakit reaksiya

Biryulevoda daha dəhşətli qətl - sakit reaksiya

Son xəbərlər

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49
Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45
Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır – BİRGƏ MƏLUMAT

20 İyul 2026 - 23:43
Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

Yeni Dehlidə polis və nümayişçilər arasında toqquşma baş verib

20 İyul 2026 - 23:41
Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

Cevdet Yılmaz: Kipr heç vaxt yunan adası olmayacaq

20 İyul 2026 - 20:48
İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44
Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

Barro: Fransız diplomatlar İranda əsassız olaraq saxlanılıbz

20 İyul 2026 - 20:42
Qazaxda ata və qızı göldə batıb

Qazaxda ata və qızı göldə batıb

20 İyul 2026 - 20:30
Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

Endi Bernem baş nazir vəzifəsində ilk zəngini Donald Trampa edib

20 İyul 2026 - 20:28
ISNA: ABŞ ordusu Şirazı bombalayıb

ISNA: ABŞ ordusu Şirazı bombalayıb

20 İyul 2026 - 20:26
MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

MN-in Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

20 İyul 2026 - 19:29
Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

Çexiyada uşaq təhsil müəssisələrində mobil telefonlar qadağan edilib

20 İyul 2026 - 19:19
Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

Sumqayıtda evdən məişət əşyaları oğurlayan şəxslər saxlanıldı

20 İyul 2026 - 19:07
DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

DİN və MEDİA-dan xəbərdarlıq: Özəlləşdirmə çekləri ilə bağlı məlumatlar saxtadır

20 İyul 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.