Qara dəniz hava məkanında Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Boeing RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi və ABŞ Hərbi Dəniz Qüvvələrinin Boeing P-8A Poseidon anti-submarin kəşfiyyat təyyarəsi fəaliyyət göstərir.
Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuş izləmə xidməti məlumat verib.
Britaniya kəşfiyyat təyyarəsi Uoddinqton bazasından qalxaraq Niderland, Almaniya, Çexiya, Slovakiya, Macarıstan və Ruminiya üzərində uçduqdan sonra Qara dəniz hava məkanına daxil olub və Krım yarımadası yaxınlığından keçib.
ABŞ anti-submarin kəşfiyyat təyyarəsi isə Siciliyada yerləşən Siqonella hava bazasından qalxaraq Yunanıstan, Bolqarıstan və Ruminiya üzərində uçub. Daha sonra Qara dəniz hava məkanına daxil olub və Novorossiysk istiqamətində patrul əməliyyatı aparır.
Saat 16:10-a olan məlumata görə, hər iki təyyarə hələ də Qara dəniz üzərindədir.
Məryəm





















