Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqı ilə Hindistan arasında ticarət sazişinin bağlanmasına cavab verib və onu bütün sövdələşmələrin anası adlandırıb.
Elchi.az xəbər verir ki, bundan əvvəl baş nazir Narendra Modi Hindistan və Avropa İttifaqının yanvarın 26-da azad ticarət sazişinin mətni üzərində razılığa gəldiyini açıqlamışdı.
“Bu, hələ başlanğıcdır. Biz strateji əlaqələrimizi daha da gücləndirmək üçün inkişaf etdirəcəyik”, – AK sədri X sosial mediada yazıb.
Onun sözlərinə görə, sövdələşmə iki milyard insanın ümumi bazarını və dünya ÜDM-nin dörddə birini yaradacaq.
Yeganə





















