ABŞ-ın şimal-şərqindəki Men ştatında 8 nəfərin olduğu şəxsi təyyarə qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, Federal Aviasiya Administrasiyası (FAA) Bombardier Challenger 600 təyyarəsinin Bangor Beynəlxalq Hava Limanından qalxış zamanı qəzaya uğradığını bildirib.
Təyyarədə 8 nəfərin olduğu barədə məlumat paylaşılan açıqlamada qəza ilə bağlı araşdırmanın başlandığı bildirilib. Hava limanından verilən açıqlamada həmçinin uçuş-enmə zolağının müvəqqəti olaraq bağlandığı və vətəndaşlardan hava limanından uzaq durmalarının xahiş olunduğu bildirilib.
Sərnişinlərin sağlamlıq vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Şayəstə





















