"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bakıda “SWING & JAZZ Night” adlı tədbir keçirilib

19 Yanvar 2026 - 12:49
in CƏMİYYƏT, MƏDƏNİYYƏT, Xəbər
FacebookVatsap

Bakıda da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində Swing və Jazz rəqslərinə həsr olunmuş “SWING & JAZZ Night” adlı rəngarəng gecə keçirilib.

Bunu da oxuyun

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

Musiqi və rəqsin vəhdətində təşkil olunan tədbir paytaxtın cazsevər auditoriyasını bir araya gətirib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti işlər vəkili xanım Emi Karlon, Mədəniyyət attaşesi Rendi Kol, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, ABŞ Səfirliyin Mədəniyyət və İdman Proqramları üzrə meneceri Fərqanı Əliyev, Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun təsisçisi, professor Sona İbrahimova, “AZƏRTAC” Mədəniyyət şöbəsinin redaktoru, dramaturq Anara Axundova və digərləri iştirak ediblər.

Gecənin rəsmi açılışı Lenay və Kavenin giriş sözləri və Azərbaycanda lindy hop rəqsinin tarixçəsi ilə başlayıb. Ardınca səhnəyə çıxan Orxan Ağayev “Seven Nation Army”, “La Mer”, “Let it snow”, “I will survive” və “That’s life” kimi məşhur ifaları ilə tamaşaçılara caz ab-havası yaşadıb.

Tədbir proqramı çərçivəsində “SwingIN’Baku” studiyasının tələbələrinin ifasında “Swingin Paws” xoreoqrafiyası təqdim olunub. Xoreoqraf Lenay Seid-Əlizadə tərəfindən hazırlanan bu nömrə gecənin ən yadda qalan çıxışlarından biri olub.

Vokal ifalar gecəyə xüsusi ovqat qatıb. Leyla Noir “When I fall in love”, “The man I love” və “All of me” mahnılarını səsləndirib. Daha sonra “LYNX” və “Gülüstan” rəqs qruplarının əməkdaşlığı ilə hazırlanan “Another day of sun” nömrəsi təqdim olunub. Solo ifaçılar Günay Əşrəfova və Emil Əzizovun çıxışı alqışlarla qarşılanıb.

Proqram IMEC studiyasının tələbələrinin musiqi nömrələri ilə davam edib. Bella Novruzova “Je veux” və “La sien” kompozisiyalarını, Aida Əmirbəyova isə “Beggin” mahnını ifa edib. Bu çıxışların müəllimləri Leyla Gerayzadə və Nigar Hüseynli olub.
Gecədə həmçinin gənc və istedadlı jazz ifaçısı SEVİL “At last”, “Hit The Road Jack” və “It could happen to you” mahnılarını ifa edib.

Respublikanın Xalq artisti, canlı caz əfsanəsi Cavan Zeynallı gecənin xüsusi qonağı kimi səhnəyə çıxıb. Onun ifasında səslənən məşhur “Feelings” və digər sevilən kompozisiyalar zalda toplaşan tamaşaçılara unudulmaz anlar yaşadıb. Ustad sənətkarın özünəməxsus dərin emosiyası və səhnə mədəniyyəti gecəyə fərqli ovqat qatıb. Korifeyin çıxışı tədbirin ən təsiredici və yadda qalan anlarından biri kimi yaddaşlarda qalıb.
HEGGY “Fly me to the moon” və “My baby just care for me” mahnıları ilə səhnəyə çıxıb. Leyla Noir gecənin ikinci hissəsində “Cheek to cheek”, “Love” və “Hello, Dolly” ifaları ilə yenidən tamaşaçı qarşısına çıxıb.

Tədbirin sonunda Lenay Seidali-zadən yekun çıxışı və “SwingIN’Baku” musiqi klubunun 2 illiyi münasibətilə tortun kəsilməsi baş tutub.
Lenay xanım söylədi ki, 2 il öncə Bakıda lindy hop cəmiyyətinin yaradılmasında cəmi iki insanın – Eylem Ülüş və Lenay Seidəli-zadənin – inamı, jazz musiqisinə və rəqsinə sevgi və həvəsləri olubsa, bu gün keçirilən tədbir cəmiyyətin böyüməsi və aktiv şəkildə fəaliyyət göstərməsi, tələbələrin nailiyyətləri və jazz rəqslərin Azərbaycanda inkişaf etməyinin təsdiqidir.
Axşamın sonunda Bakı lindy hop cəmiyyətinin üzvləri tərəfindən Frankie Manningin xoreoqrafiyası olan klassik “Shim-Sham” caz rutini nümayiş etdirilib.

Qeyd edək ki, Bakı son illər caz musiqisi ilə yanaşı, caz və sving rəqslərinin inkişaf etdiyi mühüm mərkəzlərdən birinə çevrilməkdədir. Bu sahədə fəaliyyət göstərən studiyalar, canlı musiqi gecələri və tematik tədbirlər gənclərin caz mədəniyyətinə marağını artırır. Xüsusilə lindy hop, charleston və swing kimi rəqs növləri Bakının mədəni həyatında yeni nəfəs kimi dəyərləndirilir. “SWING & JAZZ Night” kimi gecələr isə bu mədəniyyətin təbliğində və davamlı inkişafında xüsusi rol oynayır.

 

Havar Şəfiyeva

 

Previous Post

Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək

Next Post

Milli mübarizə və azadlıq yolunun başlanğıcı

Bənzər yazılar

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən...

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16

“Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik...

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18

“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” təqaüd proqramının 2026-cı il üçün nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu...

TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib

TKTA Hesablama Palatasının auditinin nəticələri ilə bağlı məsələyə aydınlıq gətirib

26 Oktyabr 2026 - 16:55

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının apardığı auditin nəticələrinin mediada işıqlandırılması ilə bağlı açıqlama yayıb. Elchi.az xəbər verir ki,...

Next Post
Milli mübarizə və azadlıq yolunun başlanğıcı

Milli mübarizə və azadlıq yolunun başlanğıcı

Sabah Bakıda qar yağacaq

Sabah Bakıda qar yağacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

26 Oktyabr 2026 - 18:05
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

26 Oktyabr 2026 - 17:52
Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38
Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Doqquz ayda 276 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

26 Oktyabr 2026 - 17:26
“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

“Əlaçı” təqaüd proqramının qalibləri arasında UNEC tələbələri yenə liderdir

26 Oktyabr 2026 - 17:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.