Avropa İttifaqı (Aİ) fevralın 24-dək növbəti – 20-ci anti-Rusiya sanksiyalar paketini tətbiq edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Euractiv”-ə adı açıqlanmayan diplomata məlumat verib.
Onun sözlərinə görə, Finlandiya və İsveç Avropa Komissiyasını Rusiyaya dəbdəbəli malların ixracına və Rusiya neft tankerlərinə xidmət göstərməyə qadağa qoymağa, həmçinin Rusiya gübrələrinin idxalına Aİ-nin kvotalarını azaltmağa çağırır.
Daha əvvəl “Politico” avropalı diplomatlara istinadən xəbər vermişdi ki, Avropa İttifaqı 2026-cı ilin əvvəlində 20-ci sanksiyalar paketini hazırlamağa başlayacaq.
Yeganə





















