ABŞ Prezidenti Donald Trampın administrasiyasının 2025-ci ilə qədər 100.000-dən çox vizanı ləğv etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Donald Trampın dövründə viza ləğvlərinin ABŞ-ın keçmiş prezidenti Co Baydenin səlahiyyət müddətinin son ili olan 2024-cü illə müqayisədə ikiqat artdığını açıqladı. Bəyanatda 100.000-dən çox vizanın ləğv edildiyi, qanuni statusunu itirənlər arasında təxminən 8000 tələbə və 2500 ixtisaslı işçi olduğu bildirilir. Vizalarını itirən tələbə və işçilərin çoxunun cinayətlərdə iştirak etdiyi və hüquq-mühafizə orqanları ilə üzləşdiyi bildirilir.
Şayəstə





















