Flydubai aşağı büdcəli aviaşirkəti İrana bəzi uçuşları bərpa edib.
Elchi.az xəbər verir ki, bu barədə “TASS”a aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
Şirkət aydınlaşdırıb ki, Dubay-Tehran marşrutu üzrə FZ 1929 və FZ 1930 reysləri 12-15 yanvar tarixlərində ləğv edilib. “Flydubai” şirkətinin açıqlamasında deyilir: “İrana qalan bütün uçuşlar bərpa olunub və cədvələ uyğun olaraq həyata keçirilir”.
Yanvarın 9-da Dubayda yerləşən aviaşirkət həmin gün İrana planlaşdırılan bütün uçuşları ləğv edib. Aviaşirkət İslam Respublikasındakı vəziyyəti izlədiyini vurğulayıb.
Məryəm





















