Tramp ABŞ-ın beynəlxalq arenadakı səlahiyyətlərinin həddinin “öz əxlaqı və öz ağlı” olduğunu bildirərək əlavə etdi: “Mənə beynəlxalq hüquq lazım deyil”.
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə New York Times (NYT) qəzetinə verdiyi geniş müsahibədə iqtisadiyyatdan xarici siyasətə qədər bir çox məsələ ilə bağlı qiymətləndirmələr apardı.
Müsahibədə Tramp ölkəsinin milli maraqlarını vurğulayaraq ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edib-etməyəcəyi ilə bağlı təəccüblü açıqlamalar verdi.
Qlobal səlahiyyətlərinə hər hansı bir məhdudiyyət qoyulub-qoyulmadığı soruşulduqda, ABŞ Prezidenti “Bəli, bir şey var; öz əxlaqım, öz ağlım. Məni dayandıra biləcək yeganə şey budur. Mənə beynəlxalq hüquq lazım deyil” deyə cavab verdi.
Məqsədinin insanlara və ya digər ölkələrə zərər verməmək olduğunu deyən Tramp, beynəlxalq hüququn necə müəyyən edilməsindən asılı olaraq bu prinsiplərə riayət edib-etməmək barədə qərar qəbul etdiklərini bildirdi.
Administrasiyasının beynəlxalq hüquqa riayət edib-etməyəcəyi soruşulduqda, o, “Biz riayət edirik” deyə cavab verdi. Tramp cavabında açıq şəkildə bildirib ki, ABŞ-ı məhdudlaşdıran beynəlxalq hüquqi hallar olduqda “qərar qəbul edən şəxs o olacaq”.
Şayəstə





















