Yaponiyada episentri Şimane prefekturasında olan 6,2 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi olmadığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Yaponiya 6,2 bal gücündə zəlzələ ilə sarsılıb.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, episentri Şimane prefekturasının şərqində olan zəlzələ yerli vaxtla saat 10:18-də 10 kilometr dərinlikdə qeydə alınıb.
Şimane ilə yanaşı, Tottori, Okayama və Xirosima prefekturalarında da güclü hiss olunan zəlzələdən sonra sunami təhlükəsi olmadığı açıqlanıb.
Zəlzələdən sonra 3,2 ilə 5,4 bal arasında çoxsaylı afterşoklar baş verib.
İlkin məlumatlara görə, zərərçəkən olmayıb və təsirlənmiş ərazilərdəki nüvə elektrik stansiyalarında heç bir anomaliya aşkar edilməyib.
Şayəstə





















