Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ ilə “düzgün kanallar” vasitəsilə dialoqu davam etdirmək istədiklərini söylədi.
Elchi.az xəbər verir ki, Nilsen ABŞ Prezidenti Donald Trampın “Milli təhlükəsizliyimiz üçün Qrenlandiyaya ehtiyacımız var” açıqlamasından sonra Qrenlandiyanın paytaxtı Nuukda mətbuat konfransı keçirdi.
Xüsusi bir vəziyyətlə üzləşdiklərini bildirən Nilsen dedi: “Son hadisələri nəzərə alaraq, ictimaiyyətin narahatlığı başa düşüləndir, lakin buna ehtiyac yoxdur. Qrenlandiya ABŞ ilə “düzgün kanallar” vasitəsilə dialoqu davam etdirməyə çalışır. Biz ABŞ ilə uzun illərdir mövcud olan etimad və əməkdaşlığı qorumaq niyyətindəyik.”
Yens-Frederik Nilsen həm cəmiyyət, həm də müttəfiqlərlə birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğuladı və NATO ilə əməkdaşlığı genişləndirmək istədiklərini də vurğuladı.
Şayəstə





















