Nigeriyanın Laqos şəhərində 25 mərtəbəli binada yanğın baş verib. Yanğında beş nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Nigeriya Dövlət Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (SEMA) Laqos ofisi Laqos adasında 25 mərtəbəli binada yanğın baş verdiyini açıqlayıb.
Açıqlamada yanğında 5 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.
Bəyanatda yaralıların xəstəxanaya aparıldığı qeyd edilib və ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıq ifadə edilib. Açıqlamada əraziyə müdaxilə qruplarının göndərildiyi və hadisə ilə bağlı araşdırmanın başlandığı bildirilib.
Məryəm





















