"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

İlk dəfə sırf QHT-lər üçün bayram konserti proqramı təşkil olunub

29 Dekabr 2025 - 11:16
in MƏDƏNİYYƏT
FacebookVatsap

2025-ci il dekabrın 28-də – “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ey, Vətən!” adlı konsert proqramı keçirilib. Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub.

Bunu da oxuyun

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb

Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri Ramil Qasımovun ifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdar artist Emil Əfrasiyab, gənc sənətkarlar – Riyad Quliyev, Soltan Əliyev və Tofiq Şıxıyev müşayiət ediblər.

Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərin bəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmli şairlərin sözlərinə yazılmış mahnılar oxunub.

İraq və Suriya türkmanları arasında böyük şöhrət qazanmış, “İraq Divanı” ilə könülləri fəth etmiş, Hələbdə edam olunmuş Azərbaycanın dünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçaları səsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi” operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən bir hissəni ifa edib. R.Qasımov məlumat verib ki, 2026-cı ildə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi türkman irsi mövzusunda yeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək.

Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatı elan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinə müraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığında istifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir, böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosu Leyla Qədirzadəyə məxsus “Məhsəti” operasının premyerasından bir hissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiət edib.

Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib. Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarının çıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsert zamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondan ümumiyyətlə, istifadə edilməyib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin bu nümunəvi layihəsində olduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstə kləməkdə, onlara tərəfdaşlıq etməkdə davam edəcək.

 

Previous Post

Ədliyyə naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək

Next Post

Qeyri-iş günündə mənşə sertifikatı üçün müraciət mümkün olacaq

Bənzər yazılar

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

10 Sentyabr 2026 - 13:45

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı yüzlərlə tarixi-mədəni abidə dağıdılıb və müxtəlif dərəcədə zədələnib. Hazırda 434 abidəyə dəymiş maddi ziyanın...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

09 Sentyabr 2026 - 10:17

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib. Elchi.az xəbər...

Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb

09 Sentyabr 2026 - 10:07

Mədəniyyət Nazirliyi Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq yayıb. Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyi məlumat verib. Bildirilib ki,...

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski vəfat edib

09 Sentyabr 2026 - 09:58

Xalq artisti Aleksandr Şarovski vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva paylaşım edib. Paylaşımda deyilir:...

Next Post
Qeyri-iş günündə mənşə sertifikatı üçün müraciət mümkün olacaq

Qeyri-iş günündə mənşə sertifikatı üçün müraciət mümkün olacaq

Azərbaycan idmanının 2025-ci ildəki uğurları və qarşısında duran yeni hədəflər

Azərbaycan idmanının 2025-ci ildəki uğurları və qarşısında duran yeni hədəflər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

16 Sentyabr 2026 - 16:58
ABŞ rəsmiləri Məsqətdə husilərlə gizli görüş keçirib

ABŞ rəsmiləri Məsqətdə husilərlə gizli görüş keçirib

16 Sentyabr 2026 - 16:46
Parlamentin növbəti komitə iclası keçirilir

Parlamentin növbəti komitə iclası keçirilir

16 Sentyabr 2026 - 16:34
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

16 Sentyabr 2026 - 16:25
​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

16 Sentyabr 2026 - 16:16
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

16 Sentyabr 2026 - 16:05
“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00
Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

16 Sentyabr 2026 - 15:51
BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

16 Sentyabr 2026 - 15:42
“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

“Qəbələ”yə yeni baş məşqçi gətirlidi

16 Sentyabr 2026 - 15:30
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

16 Sentyabr 2026 - 15:25
“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

16 Sentyabr 2026 - 15:16
Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

16 Sentyabr 2026 - 15:08
Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

Müharibə uzandıqca xərclər artır: Ukraynanın 2027-ci il büdcəsi yetərlidirmi?

16 Sentyabr 2026 - 15:00
Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

Ronaldu “Əl-Nəsr”in sahibi olacaq?

16 Sentyabr 2026 - 14:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.