Danimarka ABŞ Prezidenti Donald Trampın Luiziana qubernatoru Jeff Landry-ni Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsinə reaksiya verdi.
Elchi.az xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen İnstaqram hesabında paylaşım edərək Qrenlandiyanın “satış üçün deyil” olduğunu bildirib və əlavə edib: “Qrenlandlar öz gələcəklərini özləri müəyyən edirlər. Həmişə istədiyinizi əldə etmirsiniz”.
Ölkəsinin demokratik dəyərlərindən imtina etməyəcəyini vurğulayan Frederiksen bildirib: “Biz Danimarka Krallığının ərazi bütövlüyünə hörmət gözləyirik”.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen də sosial mediada ABŞ-ın onların ölkəsinə xüsusi nümayəndə təyin etməsinin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini bildirib və əlavə edib: “Bizim öz demokratiyamız, öz qərarlarımız və möhkəm dayanan güclü bir icmamız var. Qrenlandiya Qrenlandiyalılara məxsusdur və onun ərazi bütövlüyünə hörmət edilməlidir”.
Şayəstə





















