Cənubi Afrikanın Yohannesburq şəhərinin cənub-qərbindəki bir şəhərdə baş verən silahlı hücumda doqquz nəfər ölüb, on nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Cənubi Afrika polisi bildirib ki, Yohannesburq şəhərinin cənub-qərbindəki Bekkersdal şəhərində gecə saatlarında baş verən silahlı hücumda doqquz nəfər ölüb, on nəfər yaralanıb.
Bəyanatda deyilir ki, 12 şəxsiyyəti müəyyən edilməmiş şübhəli şəxs əyləncə məkanında müştərilərə atəş açıb və hadisə yerindən qaçarkən təsadüfi atəş açmağa davam ediblər.
Polis qrupları şübhəliləri tutmaq üçün genişmiqyaslı əməliyyat başlatdı və şahidləri hadisə ilə bağlı məlumat paylaşmağa çağırdı.
Şayəstə





















