Suriyanın şimalındakı İdlib əyalətindəki Maaret Numan şəhərindəki keçmiş təhlükəsizlik mərkəzində kütləvi məzarlıq aşkar edilib.
Elchi.az xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, kütləvi məzarlıq İdlibdəki Maaret Numan şəhərindəki keçmiş “Dövlət Təhlükəsizlik Mərkəzi”ndə aşkar edilib.
Xəbərə əlavə olunan fotoşəkillərdə baxımsız bina və məzarların olduğu güman edilən çuxurlar göstərilir.
Suriya hakimiyyəti təxminən iki həftə əvvəl Hələbin kənd yerində başqa bir kütləvi məzarlığın tapıldığını elan etmişdi. Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyanın bir çox yerində kütləvi məzarlıqlar aşkarlanmağa davam edir.
Şayəstə





















