Yalnız NATO avropalıları qoruya və onların ukraynalılarla eyni taleyi paylaşmasının qarşısını ala bilər.
Elchi.az xəbər verir ki, bu fikri Şimali Atlantika Alyansının baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransının təşkilatçılarının xahişi ilə Berlində əsas nitqlə çıxış edərkən bildirib.
“Ukrayna üzərindəki sirenləri dinləyin. Dağıntılar altından çıxarılan cəsədlərə baxın”, – deyə o, iddia edib. “Onların başına gələnlərlə bizim başımıza gələnlər arasında nə dayanır? Yalnız NATO.” Rutte avropalılara “tez hərəkət etməsələr, müdafiəyə sərmayə qoymasalar və Ukraynaya dəstəyi artırmasalar, onları nələrin gözlədiyini” söyləməyi “öz vəzifəsi” adlandırıb.
“NATO-nun bir planı var, biz nə edəcəyimizi bilirik, işə başlayaq!” – deyə baş katib yekunlaşdırıb.
Məryəm





















