"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Ürəklərə köçən dahi

11 Dekabr 2025 - 11:46
in MANŞET, MÖVQE
FacebookVatsap

Hər insan öz ömrünün yolçusu, taleyinin müəllifidir. Hər kəs fərqli düşünür, fərqli yaşayır, həyatına öz baxış bucağından yön verir. Lakin tarix göstərib ki, dahilik şəxsi maraqların içində deyil, xalqın taleyində parlayır. Dahilər öz ömürlərini özləri üçün yaşamırlar, millətin ağrısını ağrısı, sevincini sevinci bilirlər. Onlar xalqın gələcəyi naminə düşünür, millətin taleyinə heç vaxt biganə qalmırlar. Dünyada çox belə nümunələr var. Fransa sarsılmadı, Şarl de Qoll vardı! Türkiyənin istiqlaliyyəti əyilmədi, çünki Atatürk öndə idi! Azərbaycan məhv olmadı, bölünmədi, parçalanmadı, Heydər Əliyev buna imkan vermədi! Tarix faktlarla sübut edir ki, yalnız güclü lider xalqı ayaqda saxlayır. Liderin qərarı, iradəsi və cəsarəti bütün xalqın taleyini dəyişir. Hər bir uğurlu dövlətin arxasında isə şübhəsiz belə dahilər olub.

Bunu da oxuyun

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Ümummili lider Heydər Əliyev bizlərə o vaxt sahib çıxdı ki, dövlət, millət olaraq sözün əsl mənasında uçurumun kənarında dayanmışdıq. Ümidlər məhv olmuş, inam sarsılmış, xalqın taleyinin üzərində isə daha dəhşətli və amansız fəlakətlərin qara kölgəsi dolaşırdı. Ölkə özünü idarə edə bilməyən xaosun içində boğulur, daxili çəkişmələr və xaricdən yönələn planlar Azərbaycanı yıxmağa doğru addım-addım yaxınlaşırdı. Məhz belə bir anda böyük Heydər Əliyevin varlığı Azərbaycan üzərində qurulan bütün oyunları darmadağın etdi. Onun qətiyyəti, soyuqqanlılığı və siyasi iradəsi həm ölkə içində qurulan hesabları, həm də xaricdən yönəldilən xain niyyətləri kökündən məhv etdi. Heydər Əliyevin qəbul etdiyi çevik qərarlar yalnız müstəqilliyimizi ölümdən geri qaytarmaqla bitmədi, xalqın taleyini də müsbət mənada dəyişdi. Azərbaycanı məhvolma təhlükəsindən çəkib çıxardı və millətə yenidən nəfəs verdi.

Jan Jak Russo deyirdi ki, azadlıqdan əl çəkmək insanın öz ləyaqətindən əl çəkməsi deməkdir. Ötən əsrin sonlarında isə milli kimliyimizə düşmən kəsilən qüvvələr, bizi müstəqil görmək istəməyən xarici və daxili dairələr xalqı alçaldıcı itaətə sürükləməyə, azadlıq kimi ali dəyərdən uzaqlaşdırmağa çalışırdılar. Biz azad yaşaya, öz taleyimizin sahibi ola bilmərik kimi məntiqsiz düşüncələr sistemli şəkildə toplumun şüuruna yeridilir, ideoloji təzyiqlərlə insanların öz gücünə inamı sarsıdılırdı. Lakin Ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısını kəsməyə çalışan bütün cəbhələrlə qətiyyətlə mübarizə apararaq qələbə qazandı, göstərdi ki, azad və müstəqil yaşamaq xalqımızın sarsılmaz haqqıdır və milli ləyaqətimizi heç bir qüvvə əlimizdən ala bilməz. Heydər Əliyev ölkənin ən həssas dönəmlərində təhlükələrdən, təhdidlərdən çəkinmədən xalqın arzuladığı dövləti qurmağa nail oldu. Böyük öndər illərlə yalnız şeirlərin, mahnıların, düşüncələrin mövzusu olan ideyaları real dövlətçilik təcrübəsinə çevirdi. Onun yaratdığı dövlət təkcə regionda deyil, dünya siyasətində də söz sahibi oldu, beynəlxalq münasibətlərdə Azərbaycanın nüfuzunu möhkəmləndirdi, ölkəmizi qlobal diqqətin mərkəzinə gətirdi, vətənimizi iqtisadi baxımdan cazibədar və dinamik məkan etdi. Uzun müddət unudulmuş kimi görünən məmləkətimizdə yenidən həyat, enerji və inkişaf hiss olunmağa başladı. Sabitlik şəraitində respublika sürətlə irəlilədi, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirildi, bütün sahələrdə yenilənmə ruhu formalaşdı. Ümummilli lider özünəməxsus siyasəti ilə qeyri-mümkün görünən layihəni gerçəkləşdirərək ölkəmizin iqtisadi müstəqilliyini təmin etdi. Bütün maneələrə baxmayaraq Heydər Əliyev Azərbaycanın taleyini düzgün istiqamətə yönəldərək “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilə təkcə iqtisadi məsələləri həll etməklə kifayətlənmədi, həm də Azərbaycanın siyasi mövqeyini gücləndirdi. Eyni zamanda bu tarixi addım ölkəmizin dünya arenasında tanınmasına imkan yaratdı və gələcək nəsillərə ümid verdi. Beləliklə, Azərbaycan üçün yeni inkişaf dövrü açıldı və strateji layihələrə zəmin hazırlandı.

Bu gün Vətən sevinir. Qürurla ayaq basdığımız, üzərində gəzməyə haqq etdiyimiz, uğrunda ölməyi şərəf bildiyimiz torpağımız, ucaldıqca ucalan bayrağımız ona görə var ki, biz müstəqilik, azadıq, qalibik, qüdrətliyik və sözümüz dünya qarşısında eşidilir. Çünki Vətənimiz, Azərbaycanımız var. Bütün bunlara ona görə nail ola bildik ki, xalqımızın içindən bir dahi doğulmuşdu. Onun varlığı və iradəsi bizi zirvəyə daşıdı. Biz xalqımızın əziz övladı, ən böyük azərbaycanlı Heydər Əliyevə Azərbaycan var olduqca borcluyuq. Onun uzaqgörənliyi sayəsində xalqımız birləşdi və vətənimiz gücünü, şərəfini qorudu. Bu gün biz onun yolunu izləyərək gələcəyə inamla addımlayır və Azərbaycanın qüdrətini daha da möhkəmləndiririk.

Ölüm qaçılmazdır və insan övladı onu yaşamağa məhkumdur. Lakin Heydər Əliyev ölümsüz doğulmuşdu. O, fiziki olaraq aramızda olmasa da, torpağa yox, ürəklərə köçdü. Hər bir azərbaycanlının qəlbinin ritmində yaşayan ürək adamına çevrildi. Bu gün ölkəmizin hər bir övladı bu əvəzsiz liderin işıq saldığı yolda inamla addımladığını onun əbədi yaşadığı qəlbimizin dərinliklərindən yüksələn bir qürurla dərk edir. Bu baxımdan Ulu öndər sağdır, bizə miras qoyduğu bu ölkənin hər bir vətəndaşının ürəyində yaşayır.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Previous Post

Konfrans Liqası: V turun oyunları başlayır

Next Post

Bu nazirlik üçün yeni bina tikilir

Bənzər yazılar

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

29 İyul 2026 - 22:01

Azərbaycanda iyulun 30-da 39 dərəcə isti olacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və...

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

29 İyul 2026 - 21:59

İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən...

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Next Post
Bu nazirlik üçün yeni bina tikilir

Bu nazirlik üçün yeni bina tikilir

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

FHN radiasiya təhlükəsizliyinə dair tədbir keçirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

29 İyul 2026 - 22:01
Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

29 İyul 2026 - 21:59
Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.