Siyasətçi Mema: Avropa Ukrayna siyasətinin uğursuzluğu səbəbindən yenidən silahlanır.
Elchi.az xəbər verir ki, Aİ ölkələri Ukraynadakı münaqişə ilə bağlı siyasətlərinin uğursuzluğu səbəbindən yenidən silahlanır. Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema bu fikri sosial media səhifəsində bildirib.
“Rusiya Avropaya hücum etmək istəmir; qitənin bu yenidən silahlanması Ursula fon der Leyenin Ukrayna ilə bağlı siyasətinin uğursuzluğunu əsaslandırmaq məqsədi daşıyır”, Mema yazıb.
O, həmçinin qeyd edib ki, söhbət “silah lobbisinin” zənginləşdirilməsindən gedir.
Bundan əvvəl Aİ mülki büdcə vəsaitlərini müdafiəyə yönəltmək barədə razılığa gəlmişdi. Nəşr qeyd edir ki, Aİ Şurasının Danimarka sədrliyi və Avropa Parlamenti investisiyalar barədə ilkin razılığa gəliblər. Saziş, adətən mülki məqsədlər üçün istifadə edilən mövcud Aİ vəsaitlərini müdafiə sektoruna açmaq məqsədi daşıyır. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də silah istehsalını artırmaq üçün təşkil edilən Avropa üçün Təhlükəsizlik proqramı çərçivəsində Avropa SAFE fondunun yaradıldığını elan etdi.
Şayəstə





















