Semeru vulkanının püskürməsi İndoneziyanın mərkəzi hissəsində, Şərqi Yava əyalətində qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin açıqlamasında bildirilib.
Onun məlumatına görə, kül vulkanın kraterindən 1000 metr hündürlüyə və ya dəniz səviyyəsindən 4676 metr hündürlüyə çatıb. Kül şimala doğru yayılır. Agentlik vulkanın isti qayaları atması riski ilə əlaqədar bölgə sakinlərinə ehtiyatlı olmağı və kraterin 5 kilometr radiusunda qalmamağı tövsiyə edib.
Semeru İndoneziyanın dördüncü ən hündür vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.
Dünyanın ən böyük arxipelaqı olan İndoneziya arxipelaqı 18.000 adadan ibarətdir və Sakit Okeanın “Od halqası” adlanan hissəsində yerləşir və bu, regionu güclü seysmik fəaliyyətə həssas edir. Ümumilikdə İndoneziyada 500-dən çox vulkan var, onlardan 130-a yaxını aktivdir.
Məryəm





















